usaq

Azərbaycan ailələrinin qız problemi

Baxış sayı: 1. 134

Son bir neçə ildə Azərbaycan ailələrində qız uşaqlarının dünyaya gətirilməsinin qarşısı alınır. Ümumiyyətlə, son illərdə Azərbaycanda ailə institutu ilə bağlı ciddi narahatçılıqlar var. Statistika göstərir ki, qurulan ailələrin sayı getdikcə azalır, boşanmaların sayı isə durmadan artır. Eyni zamanda ailələrdə qız uşaqlarının sayının azalması problemi də mövcuddur. Selektiv abortlarla bağlı aparılan izahat işlərindən, maarifləndirici tədbirlərdən və dövlətin müdaxiləsindən sonra problemi qismən aradan qaldırmaq mümkün olsa da, məsələ aktual olaraq qalır. Odur ki, ailələrdəki mövcud durumu və selektiv abortlar fonunda respublikanın sosial-demoqrafik vəziyyəti gündəmə gətirməklə biz cəmiyyətin diqqətini bu problemlərə cəlb etmək istəyirik.

 

“Qadın Liderliyi Uğrunda” İctimai Birliyin sədri Ülkər Abdullayeva qeyd edir ki, ailələrdə qadınların vacib rolunu diqqətə çatdırmaq, eyni zamanda qızların niyə hələ də bir çox Azərbaycan ailələrində arzuedilməz olmasının səbəblərinə aydınlıq gətirmək istəyirlər. “Nə üçün qız uşaqları Azərbaycan ailələrində o qədər də arzuolunan deyil?”, “Selektiv abortların sayı niyə durmadan artır?” – kimi suallara ictimai müzakirələr sayəsində cavab tapmağa çalışırlar. Cəmiyyətin diqqətini bu kimi problemlərə yönəltməyə çalışan Ülkər Abdullayeva problemin əslində təkcə ölkəmizdə deyil, bütün dünyada ciddi olduğunu diqqətə çatdırır.

Əsas məsələ klassik Azərbaycan ailəsi modelinin müsbət cəhətlərini müzakirəyə çıxarmaq, ölkəmizdə nəhayət boşanma mədəniyyətinin bərqərar olmasına çalışmaqdır” – deyən QHT sədri, ailələrimizdə utanc gətirən məsələlərdən birinin qız uşaqlarının arzulanmaması olduğunu bildirir.

Ülkər Abdullayeva: “İqtisadi cəhətdən asılı qadın zorakılığa məruz ...

“Təcrübələr göstərir ki, Azərbaycanda hələ də qadına qarşı şiddət, zorakılıq davam edir. Bu, təkcə ər tərəfindən həyat yoldaşına qarşı edilən zorakılıq deyil, həm də atanın qızına, qardaşın bacıya qarşı etdiyi zorakılıqdır. Bütün bunlar ona gətirib çıxarır ki, qızlar ailədə arzulanmayan övlada çevrilirlər. Hamiləlik dövründə məlum olanda ki, döl qızdır, ailələr o uşağı abort etdirirlər. Çünki qız uşaqlarını ailəyə yük kimi qəbul edirlər. Bəzən valideynlər bu yükdən azad olmaq üçün qızları erkən yaşda ərə verirlər. Təəccüblüdür ki, ailənin yükünü ən çox qızlar çəkir. Atalar özləri də həmişə etiraf edirlər ki, onların qayğısına daha çox qızları qalır. Bəs onda niyə ailələrdə qız uşaqları arzu edilmir?” – deyən QHT rəhbərinin sözlərinə görə, belə münasibət demoqrafik problemlərə gətirib çıxarır.

Xəyanət bəzən ailəni möhkəmləndirir” – PSİXOLOQ İZAH EDİR | Gənc Ailə

Psixoloq Zeynəb Əyyubova Azərbaycan ailələrində “mənim niyə oğlum yoxdur?” sualının populyar olduğunu bildirib. O, sırf oğlu olmadığına görə, psixoloji problemləri yaranan pasientlərinin olduğunu qeyd edib. Ekspertin sözlərinə görə, bəzən Azərbaycan ailələrində oğlu olmayan qadına sonsuz kimi baxır, onu qınaq obyektinə çevirirlər.

 Bütün bədən 70 manat

Araşdırmaçı-jurnalist Raminə Eyvazqızı qeyd edib ki, ailələrdə qız uşaqlarına münasibəti dəyişmək üçün sosial çarxların, kütləvi tədbirlərin köməyilə ciddi maarifləndirmə işləri aparmaqla ilə yanaşı qaydaları sərtləşdirmək lazımdır.

EHMED MANSUROV

Sosioloq Əhməd Mansurovun fikrincə, müasir ailələrdə qız uşaqları üçün münasib həyat şəraiti standartları yaratmaq lazımdır. Başlıca problem ailənin qız övladına normal həyat şəraiti yaratmamasındadır. Oğlan uşaqları üçün ev, torpaq payı, miras nəzərdə tutulduğu halda, qız uşaqları mülkiyyət hüquqlarından məhrum olur.

Anastasiya Lavrina | EURASIA EDU

Beynəlxalq Avrasiya Mətbuat Fondu sədrinin köməkçisi, gender problemləri üzrə ekspert Anastasiya Lavrina isə qeyd edir ki, cəmiyyətimizdə qadın və kişi hüquqlarını bərabər olduğu fikrini təlqin etmək lazımdır. Qızların zəif cinsin nümayəndəsi kimi təqdim edilməsi yanlışdır. Bu, əks cinsdə zəifi əzmə instinktini formalaşdırır. Qız uşaqlarının arzu olunmamasının həm də iqtisadi faktorlarla bağlı olduğunu vurğulayan Lavrina, oğlanlara ailələrdə əlavə işçi qüvvə, evə çörəkgətirən kimi yanaşıldığını qeyd edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir