Vərdişlərdən imtina etmək çox çətindir. Ancaq sağlamlığınızı qorumaq və bədəninizi formada saxlamaq istəyirsinizsə, yeməkdən sonra edilən 7 səhvə nəzər salmalısınız.
Təqdim edəcəyimiz siyahıda sizin də doğru olmayan vərdişləriniz varsa, mümkün qədər tez imtina etməyinizi tövsiyə edirik.
Siqaret çəkmək
Mütəxəssislər bu vərdişin göründüyündən daha zərərli olduğunu xəbərdar edirlər. Çünki yeməkdən sonra çəkilən bir siqaret 10 siqaretin bağışladığı təsirə bərabərdir.
Meyvə yemək
Bədən desert kimi istehlak olunan meyvələri tez həzm edə bilər. Ancaq yeməkdən dərhal sonra yeyilən meyvə uzun müddət mədədə qalır və çürüməyə səbəb olur. Bu da mədə xəstəliklərinin əmələ gəlməsinə şərait yaradır. Yeməkdən dərhal sonra meyvə yeməklə bədən, selülit meydana gəlməsini təşviq edə bilən qaz və toksinləri də buraxır. Buna görə, mədə boş olduqda və ya yeməkdən iki saat əvvəl, yaxud sonra meyvə yeyin.
Çay içmək
Yeməkdən sonra təzə dəmlənmiş çay kimi ləzzət edən ikinci bir şey yoxdur, elə deyilmi? Demək olar ki, hamımızın vərdişi olan yeməkdən sonra çay içmək bədənimiz üçün çox zərərlidir. Bu vərdiş həzm sistemini ləngidir. Bu, anemiyalı insanlar üçün daha zərərlidir. Yeməkdən sonra çay içmək üçün 1 saat gözləyin.
Duş qəbul etmək
Mütəxəssislər yeməkdən dərhal sonra duş qəbul etməyin zərərli olduğunu söyləyirlər. Duş qəbul etdiyimiz zaman bədənimizdə temperaturun qəfil dəyişməsi müşahidə olunur.
Bel hərəkətləri etmək
Bu hamımızın vərdişidir. Yeməkdən sonra bel məşqləri bağırsaqların dolaşmasına və yavaş həzmə səbəb ola bilər. Bundan əlavə, yedikdən sonra bel məşqinin zərərli olmasının başqa bir səbəbi də çəki artımına gətirib çıxarmasıdır.
Fiziki fəaliyyətlər
Hər kəs yeməkdən sonra fiziki fəaliyyətin yaxşı olduğunu düşünsə də, reallıq tamamilə fərqlidir. Fiziki fəaliyyətlər həzm sisteminizi bloklayır. İdman və ya gəzinti üçün yeməkdən sonra bir az gözləyin.
Yuxu
Yuxu zamanı bütün bədən funksiyaları beynimizlə birlikdə yatır. Bu səbəblə yeməkdən sonra yuxuya getmək tövsiyə edilmir. Yuxuya getməsəniz belə, yatağa uzanmayın. Çünki bu hərəkət həzm üçün yaxşı deyil və mədə problemlərinə səbəb ola bilər.