bina

Çoxmənzilli binaları hansı qurum idarə etməlidir?

Baxış sayı: 844

Son illərdə dövlət tərəfindən tikinti və daşınmaz əmlakın idarə olunması sahəsində xeyli islahat həyata keçirilib, müvafiq sərəncamlar verilib və normativ aktlar qəbul olunub.

Bunlarla yanaşı, daşınmaz əmlak sahəsində bir sıra qeyri-müəyyənliklər mövcuddur. Bir yandan ləğvi məsələsi gündəmdən düşməyən JEK-ləri (Mənzil-Kommunal İstismar Sahələri) kimin əvəz edəcəyi sual altındadır, digər yandan da yeni tikilən binaların qeyri-effektiv idarəetməsi problemi mövcuddur. Yeni yaşayış binalarının əksəriyyətinin sakinləri xidmətlər və onun keyfiyyəti ilə müqayisədə qiymətlərin çox baha olduğu qənaətindədir.

İqtisadçı-ekspert Samir Əliyev bildirir ki, binalara nəzarət məsəsləsi bələdiyyələr təəfindən icra edilməməlidir.

Экономист Самир Алиев

“Yerli məsələri icra hakimiyyətləri verir. Bələdiyyə səlahiyyətləri çox məhduddur. Bələdiyyə tamamlayıcı rolunu oynayır.

Mənzil idarəçiliyinə gəldikdə isə, Mənzil Məcəlləsi bələdiyyələrin üzərinə bir məsuliyyət qoyur. Əgər idarəetmədə mənzil mülkiyyətçiləri idarəetmə formaısnı seçməyiblərsə, artıq bələdiyyələr buna müdaxilə edir. Onları bir yerə toplayıb, təsisi yığıncağını keçirir. Əgər bir il müddətində bu qurum fəaliyyt göstərmirsə, artıq idarıetməni müsabiqəyə çıxarır. Bələdiyyənin bu məsəslərdə rolu var. Amma onun statusunu mənzil idarəçiliyi səviyyəsinə salmaq düzgün olmaz”.

Əmlak eksperti Ramil Osmanlı bildirir ki, qanunvercilik imkan verir ki, mənzil mülkiyyətçiləri özləri idarəetmə formasını seçsin.

Эксперт Рамиль Османлы

“Bu gün Azərbaycanda 100 dən artı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri (MMMC) var. Bunların sayı çox olmalı idi. Binəqədidə bu istiqamətdə fəaliyyətə başlayanda İqtisadiyyat nazirliyinin proqnozu ondna ibarət idi ki, 2018-ci ilə qədər bu qurumlrın sayı 1000-ə yxın olacaq. Təəsüüf olsun ki, proqnoz özünü doğrultmadı. MMMC –lərin fəaliyyətini daha səmərli etmək və 2-və daha artıq MMMC lərin birləşməsi formasını yaratmaq lazımdır”-deyə o bildiirb.

Ekspertin sözlərinə görə, dövlətin bu sahəyə müaxiləsi yaxşı heç nə vəd etmir.

Daha sonra ekspertlər çoxmənzilli binaların idarəedilməsi ilə bağlı məsələləri müzakirə etdilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir