Yalançı adamı necə tanımaq olar? Əslində bu, düşündüyümüz qədər də çətin deyil. Elə isə yalan danışan adamın ümumi keyfiyyətləri hansılardır?
– Yalan danışan adam göz-gözə gəlməkdən qaçır və ya göz-gözə gəlməmək üçün əlindən gələni edir.
– Əl-qol hərəkətlərindən çox az istifadə edir.
– Hərəkətləri ilə sözləri uyğun gəlmir.
– Baş hərəkətləri mexanikidir.
– Əlləri çox vaxt bağlı olur. Əllərin aşağı vəziyyətdə olması da yalançılara xas keyfiyyətdir.
– Əllərini tez-tez üzünə və ya boynuna aparır.
– Suallara cavab verərkən rahat olduğunu göstərməyə çalışır.
– Yerli-yersiz çiyinləirini çəkir.
– Təəccüb, qorxu və ya sevinc kimi hisslər ağız nahiyəsi ilə məhdud qalır.
– Yalan danışan adam ayaq üstə dayanarkən və ya oturarkən kürəyini dik tutmur.
– Danışdığı adamla ya çox az fiziki təmas qurur, ya da heç qurmur.
– Onu ittiham edən adamla arasında məsafə qoyur.
– Yalan danışan adamın tez-tez dilinin dolaşması da təbiidir.
– Qarşısındakı adam danışdığı yalana inanana qədər danışmaqda davam edir.
– Suallara heç vaxt birbaşa cavab vermir.
– “Mən”, “biz” və “bizim” kimi şəxs əvəzliklərindən ya çox az, ya da heç istifadə etmir.
– İstifadə etdiyi sözlər çox vaxt aydın olmur.
– Bütün suallara cavab versə də, özü sual vermir.
– “Həqiqəti söyləmək lazımdırsa” və ya “Niyə yalan deyim ki?” kimi cümlələrdən istifadə edir.
– Sualı əvvəlcədən düşünür və təbii ki, cavabı da əvvəlcədən hazırdır.
– Sualı təkrar etməyi tələb edir, ya da suala sualla cavab verir.
– Danışmağa “Səhv başa düşməyinizi istəməzdim, ancaq…” kimi bir cümlə ilə başlayır.
– İttihamlara qarşı laqeyddir.
– Diqqətinizi dağıtmaq üçün zarafat edir.
– Geniş izahat tələb edən məsələləri adi bir şey kimi çatdırır.
– Yalanı o qədər inanılmazdır ki, ona bəlkə də sırf buna görə inanırsınız.