Hamilə olduğunuz zaman körpənizin sağlam inkişafı sizin qəbul etdiyiniz qidalardan asılıdır. Düzgün qidalanma normal bir hamiləliyin və dölün tam inkişafını təmin edir. “Gencaile.az” hamiləlik zamanı qəbul edəcəyiniz məsləhətli qidaları sizə təqdim edir.
Süd məhsulları
Süd, qatıq, kəsmik və pendirin tərkibində olan kalsium körpənin sümüklərinin və dişlərinin formalaşması üçün mütləqdir.
Paxlalı bitkilər
Zülal və karbohidrat tərkibli olan noxud, lobya, mərci və soyadan istifadə etmək ana və uşağın sağlamlığı üçün vacibdir.
Qramafonçiçək batat (Şirin kartof)
Hamiləlik zamanı A vitamini qəbul etmək lazımdır. Lakin bunu heyvan mənşəli məhsullardan almaq məsləhət deyil. Şirin kartofda kalsium, C və A vitaminləri və beta karotinlə bol olduğu üçün istifadəsi önəmlidir.
Balıq
Balıq hüceyrə funksiyası, beyin və göz inkişafı üçün əhəmiyyətli olan omeqa-3 yağ turşusunun əsas mənbəyidir. Həftədə iki dəfə D vitamini ilə zəngin olan somon balığı yemək tövsiyə olunur.
Yumurta
Gün ərzində bir ədəd yumurta yedikdə lazım olan protein, dəmir və B12 vitaminini qəbul etmiş olursunuz.
Yarpaqlı tərəvəzlər
C, A, K vitaminləri ilə zəngin brokoli, kahı, ispanaq, kələm və s. yarpaqlı tərəvəzlər hamilə qadınlar üçün təhlükə yaradan qəbizliyin də qarşısını alır.
Ət
Zülal körpənin orqanizmi üçün xeyirlidir. Heyvan mənşəli zülallar daha faydalı hesab olunur. Mal əti, qaraciyər və toyuqdan hazırlanan yeməklər zülal ilə yanaşı dəmir ehtiyatını da təmin edir.
Çiyələk
Karbohidrat, dəmir və C vitamini qəbul etməyin ləzzətli yolu çiyələk yeməkdir.
Avokado
Avokado bol lif, fol turşusu, B6 və C vitaminləri ilə zəngindir. Lifli quruluşu sayəsində qəbzliyin qarşısını alır, ürək bulanmasını kəsir, körpənin beyin və sinir sisteminin inkişafına müsbət təsir edir.
Manqo
Manqo hamiləlik boyu yeyilə biləcək ən faydalı meyvələr sırasındadır. Bu meyvə A, C vitamini və kalium cəhətdən zəngindir. Manqonu salatlarınıza və ya şirniyyatlarınıza da əlavə edə bilərsiniz.
Günəbaxan tumu
Günəbaxan tumu sadəcə omega-3 və omega-6 yağlı turşuların mənbələri deyil, həmçinin, magnezium, A,B,D,E və K vitaminləri, kalsium, dəmir, kalium və sink ilə boldur. Bu da hamilələr üçün möhtəşəm seçimdir.
Çərəz və quru meyvələr
Hamiləlikdə qoz, fındıq, fıstıq, badam və quru meyvələr yemək lazımdır. Quru meyvələr sizin və körpənizin sağlamlığı üçün çox vacib olan yağlara sahibdir. Qoz-fındıq maqnezium, mis, kalium, kalsium və vitamin E tərkiblidir. Bu vitaminlər körpənizin beyninin inkişafına müsbət təsir edir.
Su
Sistitin və qəbizliyin qarşısını almaq üçün su içmək mütləqdir. Gün ərzində iki litrə yaxın sudan istifadə etmək məsləhətdir. Kifayət qədər su içmədikdə, uşaq qarnınızda susuz qala bilər.
Qeyd edək ki, həddindən artıq yemək qadağandır. Yeməkdən sui-istifadə yalnız çəki artımı ilə yanaşı dölün obezliyinə də səbəb ola bilər.