nikah muqavilesi

Nikah müqaviləsini niyə bağlamalıyıq?

Baxış sayı: 857

İlk olaraq nikah müqaviləsinin nə olduğunu aydınlaşdırmaq gərəkdir. Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanılan və ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. 

Nikah müqaviləsi nikah şəhadətnaməsi kimi məcburi deyildir və tərəflər arasında könüllü iradə razılığı əsasında bağlanılır. Nikah müqaviləsi yazılı olur və notariat qaydasında təsdiq edilir. Nikah müqaviləsi nikah pozulduqdan sonra tərəflər arasında əmlakın bölüşdürülməsində əsas  sənəd olaraq çıxış edir. Belə ki, əgər ər-arvad boşandığı təqdirdə bu zaman  əmlakı nikah müqaviləsinə uyğun olaraq kimdə qalacağı müəyyən olur. Nikah müqaviləsi nikahdan öncə və nikahdan sonra bağlanıla bilinər. Nikah müqaviləsi tərəflərinin hər ikisinin razılığı ilə dəyişdirilə və ya pozula bilinər.

Ər-arvad boşandığı zaman onların  əmlakı tərəflər arasında bərabər bölünür. Burada əmlak iki hissəyə ayıra bilərik ki, bunlar nikahdan öncə və nikahdan sonrakı dövrləri əhatə edir. Nikahdan sonrakı əmlak tərəflər arasında bərabər bölündüyü halda nikahdan öncəki əmlak ümumi əmlakdır və tərəflərin öz mülkiyyətidir. Bir çox hallarda nikah müqaviləsinin bağlanmamasına görə boşanan ər-arvad ümumi mülkiyyətdə olan əmlakı da birgə mülkiyyət kimi bölünməsini tələb edir. Bu zaman nikah müqaviləsinin olması ər-arvadın nikahdan öncəki əmlakının bölünməsinin qarşısını alır. Nikah müqaviləsi olduğu təqdirdə onlar əmlakın müqəddəratını daha öncədən təyin etmiş olurlar. Ailə Məcəlləsinin 37.1-ci madddəsində mülkiyyətin bölünməsi zamanı nikah müqaviləsində nəzərdə tutulan müddəalar barədə qeyd olunur və buradan çıxış edərək deyə bilərik ki, nikah müqaviləsi olarsa, bu zaman payları tərəflər özləri bölüşdürür və boşanan zaman əmlaklar ər-arvadın müəyyən etdiyi qaydada bölünür.

nikah muqavilesi

Əvvəllər nikah müqaviləsini bağlayanlar az olsa da 2019-cu  ildə bu say daha da artaraq 150-yə yaxın olmuşdur.[1]   Nikah müqaviləsinin bağlanılmasında olan əsas problemlərdən biri də mental düşüncələr və tərəflərin nikah müqaviləsinin bağlanması  barədə bədbin düşünməsidir. Belə ki, nikah bağlayan şəxslərin heç biri boşanma barədə düşünmək istəmir. Əksinə olaraq nikah müqaviləsinin bağlamaq tərəflərin boşanmadan çəkindirə bilər. Bununla bağlı, Ailə qadın və uşaq məsələləri komitəsinin üzvü,  eyni zamanda Milli Məclisin keçmiş deputatı Sədaqəv Vəliyeva bildirib və nikah müqaviləsinin məcbur edilməsini təklif edib.[2] Statistikaya əsasən boşanmalar hər il artmaqdadır. 2019-cu ilin ilk 10 ayı ərzində nikahlara və boşanmalara baxsaq görərik ki,  51735 nikah olduğu təqdirdə 14281 boşanma olmuşdur.[3] Statistikadan da göründüyü kimi hər 5 ailədən ən azı 1-i boşanır və bir çox hallarda tərəflər boşandıqdan sonra  əmlakın bölüşdürülməsi zamanı çətinliklər yaşayırlar. Bu problemlə qarşılaşmamaq üçün nikah müqaviləsinin bağlanması zəruridir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir