ticaret merkezi

Bu marketinq hiylələrindən ən azı 1-nə düşmüsünüz!

Baxış sayı: 812

Bəzən böyük ticarət mərkəzlərində vaxtın necə keçdiyini bilmirsiniz, planladığınızdan artıq pul xərcləyirsiniz, heç vaxt istifadə etməyəcəyiniz əşyaları alırsınız? Elə isə yaxın əyləşin bütün bunlar sizin zəifliyinizin yox, ticarət mərkəzlərinin peşəkarlığının nəticəsidir. Bizi planladığımızdan daha çox almağa sövq edən bəzi marketinq hiylələrini açıqlayırıq.

Ticarət mərkəzlərində alıcını cəlb etmək üçün istifadə olunan bəzi marketinq hiylələrini sizinlə paylaşırıq.

 

1-ci hiylə: Çətin çıxış

marketing hiylələri

Əgər siz ilk dəfə daxil olduğunuz ticarət mərkəzində çıxışı tapmaqda çətinlik çəkirsinizsə, bu sizin günahınız deyil. Ticarət mərkəzləri tikilən zaman sizi növbəti mağaza və ya mərtəbələrə aparan yol çox rahat olur amma çıxışı tapmaq bir o qədər asan olmur. Mərkəzin bütün proyekti sizin orada daha çox vaxt keçirməyiniz, çıxışı axtaran zaman daha bir neçə mağazaya daxil olmağınız və orada vaxtın necə keçdiyini bilməməyiniz üzərinə qurulur. Heç fikir vermisiniz hansısa ticarət mərkəzində pəncərə və saat olsun? İri ticarət mərkəzlərində pəncərələr və saat ona görə olmur ki, siz orada vaxtın necə keçdiyini bilməyəsiniz, günəşin batdığından və orada nəçə saat vaxt keçirdiyinizdən xəbəriniz olmasın.

marketing hiylələri

2-ci hiylə: Sağ tərəf

Marketing hiylələri

Müştəri davranışları üzrə araşdırmalar göstərir ki, müştərilər mağazalara daxil olarkən sağdan sola doğru hərəkət edirlər. Bunu nəzərə alan mağazalar yeni sezon kolleksiyalarını, ən bahalı və trenddə olan məhsullarını mağazaların sağ tərəfində yerləşdirirlər.

3-cü hiylə: Böyük səbət

Marketing hiylələri

Marketlərdə girişdə bizə təqdim edilən böyük alış-veriş səbətləri. Səbətin böyük olması sizə daha çox məhsul almaq üçün yer təqdim edir. Belə ki, heç planda olmayan əlavə məhsul almaq istəsəniz, rahatlıqla almağınız üçün o səbətlər lazım olduğundan daha böyük olur.

4-cü hiylə: Rəng

Mağaza dizayn edilən zaman doğru seçilmiş rənglər sizi heç düşünmədən o məhsulu almağa sövq edə bilər. Bəzi rənglər bəzi dadlarla assosiasiya olunmuşdur və rəng sizə həmin dadı xatırlamağa kömək edir. Məsələn, qırmızı rəng şirin, mavi acı, sarı yağlı, yaşıl turş dadlı qidaların qablaşdırılmasında istifadə olunur. Heç fikir vermisiniz bütün fastfud restoranlarının loqo və restoran dizaynında qırmızı rəngdən istifadə edilir. Qırmızı rəngin aqressiyası aclıq hissinin güclənməsinə, bu hissə qapılıb daha çox yemək sifariş etməyimizə, sürətli yeməyə və məkanı mümkün qədər tez tərk etməyimizə təsir edir.

Burger King

Burger King

McDonald`s

McDonald's

KFC

KFC

5-ci hiylə: Qoxu

Hugo Boss

Gözəl qoxu hər zaman bizə xoş təsir edir və daxil olduğumuz mağazada daha çox vaxt sərf etməyimizə, hətta o qoxudan məst olub o məhsulu almağımıza səbəb olur. Kofeşopların önündən keçəndə gələn o kofe qoxusu, ətriyyat mağazalarından gələn ətir qoxuları, fastfud restoranlarının özünə xas qoxusu, geyim mağazalarından gələn qoxular. Bir düşünün neçə dəfə bu qoxuların təsirinə düşüb o mağazalara daxil olmuşuq. Bu qoxuların cazibəsindən istifadə edib satışı artırmaq üçün istifadə olunan marketinq sahəsinə “olfactory marketing” deyilir. Araşdırmalar göstərir ki, qoxu ilə müştərini mağazaya cəlb etmək, mağazada uzun müddət vaxt keçirməsinə, hətta mağazadan alış-veriş etməsinə də nail olmaq olur. Bu səbəbdən də bəzi mağazalar özlərinə xas, xüsusi qoxulardan istifadə edirlər. Məsələn, “Hugo Boss”un bütün mağazalarında istifadə edilən eyni maskulin qoxu ilə mağaza müştərilərin yaddaşında qalır. Hətta siz növbəti dəfə mağazaya gözüyumulu daxil olsanız, buranın “Hugo Boss” olduğunu tapa bilərsiniz.

6-cı hiylə: Toxunuş

marketing hiylələri

Aldığımız geyimin materialını bilmək üçün ona toxunmaq, mebel alan zaman onun üzərində oturmaq, elektronika cihazları alan zaman onları istifadə etmək bizim üçün hər zaman maraqlı olur. Bu səbəbdən bütün elektronika mağazalarında vitrində ekranı açıq televizor mütləq olur. Bütün “Apple” mağazalarında daxil olub, almaq istədiyimiz cihaza baxa, ona toxuna və onu istifadə edə bilirik. Toxunub istifadə etdikdən sonra bu əşyaların bizim olmasını istəyirik. Bunu bilən mağazalar əşyaları daha əlçatan, göz səviyyəsinə yaxın və onlara toxuna biləcəyimiz yerlərdə yerləşdirirlər.

7-ci hiylə: Musiqi

Musiqinin əhvalımıza təsiri danılmazdır, bu təsir alıcı kimi davranışlarımıza da təsir edir. Məsələn, klassik musiqi spa mərkəzlərində, çay evi və şərab içilən məkanlarda insanların rahatlığını artırmaq üçün qoşulur. Supermarketlərdə aşağı templi musiqilər alıcıları orada daha çox vaxt keçirməyə və daha çox pul xərcləməyə həvəsləndirir. Yuxarı templi musiqilər fastfud restoranlarında daha tez yeyib və məkanı daha tez tərk etməyimiz üçün istifadə olunur.

Bütün bunlar ticarət mərkəzləri tərəfindən bizi cəlb etmək üçün istifadə olunan marketinq hiylələridir. (“Nevarneyox.com”)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir