sevgi

Evlənmə qərarı almadan əvvəl nələrə diqqət etməliyik?

Baxış sayı: 947

Evlənmədən öncə bəzi şeylərə diqqət etməyimiz çox vacibdir. Əgər bir insan qarşısındakı insanı tanımadan evlənmə qərarı qəbul etsə, gələcəkdə problemlərlə üzləşməyi qaçınılmazdır və həmişə diqqət etməli olduğumuz bəzi məqamlar var. Bu dəfəki məqaləmizdə bu məqamlarla yaxından tanış olacaqsız.   Ümid edirik ki, gələcəkdə düzgün seçim edənlərdən olacaqsınız.

1) Bunlardan birincisi gələcək həyat yoldaşınızın, sevgilinizin sizin ailənizlə və ya ailə üzvlərinizlə necə münasibətdə olduğu, onlarla yola gedə bilməsi və  problemlərinin olub-olmamasıdır. Çox vaxt insanların “Biz bir-birimizi sevirik”, “Ailəmin onunla yola getməməsi məni maraqlandırmır” və s ifadələrini eşidirik, ancaq bu vəziyyət sonra da belə qalmır.

Boşanma hadisələrinin bir çoxunun səbəbi sırf yoldaşının ailəsi ilə yola getməməsi olur. Belə də demək olar: siz birisi ilə evlənəndə onun ailəsi , anası və atası ilə də evlənirsiz. Əgər həqiqətən də sevgilinizin ailəsi ilə ciddi problemlər yaşayırsızsa ya bu problemi tezliklə həll edin, ya da aranızda həll olunmayacaq dərəcədə ciddi problemlər varsa bu münasibəti bitirin, çünki əvvəl-axır evlilik həyatınızda bu problemlərlə üz-üzə gələcəksiz.

2) Evlənmədən əvvəl diqqət etməli olduğunuz digər məqam isə pulunuzu idarə etməyi bacarmağınızdır. Burda sizin çox imkanlı, varlı olmağınız nəzərdə tutulmur. Sadəcə pulu yönlü istifadə edə bilmək bacarığınızdan söhbət gedir. Əgər yoldaşınızla bu məqamda problemlər yaşasanız, məsələn, bədxərclik etsəniz, pulunuzu nəyə gəldi xərcləsəz bu sizin gələcəkdə evliliyinizə mənfi təsir göstərəcək. Ona görə də əvvəlcədən, gələcəkdə bu cür problemlərlə üzləşməmək üçün pul məsələsini ciddi intizama salmağınız məsləhət görülür.

3) Diqqət etməli olduğunuz digər məqam münasibətinizdə yalanların olub-olmamasıdır. Əgər partnyorlar bir-birinə çoxlu yalan deyirlərsə, bu münasibət uzun ömürlü olmur. Əslində yalan patoloji xəstəlik kimidir. Bir insan əgər yalan danışmağı vərdiş bilirsə, bu hal siz evli olduğunuz zaman da belə davam edəcək. Bir də tez-tez belə bir ifadə işlənilir “Evlilikdən sonra düzələr”.

Psixoloqların fikrincə evlilik problemləri həll etmir, əksinə evlilikdən qabağ 1 probleminiz var idisə, evlilikdən sonra onların sayı 15 olur. Psixoloqlar heç vaxt evlilikdən sonra həllini tapan problemləri görmədiklərini  deyirlər.

4)Evlənəcəyiniz insana çox aşiq ola bilərsiz, ona vurğun olduğunuzu, romantik bir münasibət yaşadığınızı fikirləşə bilərsiz, ancaq yaddan  çıxarmayın ki, bir münasibətdə vacib olan sevgilinizlə ünsiyyət qurmağı bacara bilməyinizdir. Bəzən bir-birinə vurğun cütlüklər özlərini romantik münasibətə həddindən artıq adayırlar və realist dünyadan, problemlərdən kənarda qalırlar, problemləri müzakirə etməkdən qaçırlar, ancaq bu həmişə belə davam etmir və evləndikdən sonra məcbur olub bu problemlərlə üzləşirlər. Ona görə də evlənmədən əvvəl onunla problemləri danışa bildiyinizdən əmin olun.

5) Digər daha çətin məqamlardan biri empatiya bacarığıdır. Əgər bir insan sadəcə özünü fikirləşirsə, qarşısındakı insanı anlamağa çalışmırsa, özünü onun yerinə qoymursa belə münasibətlərdə qısa zamanda çatlar əmələ gələ bilər . Evlənəcəyiniz insanda empatiya bacarığının olması çox vacibdir.

6) Çox xoşbəxt münasibətiniz olsa da hər evlilikdə olduğu kimi sizin də bəzi kiçik problemləriniz olacaqdır. Aranızda apardığınız müzakirələr, bəzən mübahisələrə səbəb olacaqdır. Əgər qısa bir müzakirədən sonra yoldaşınız sizə “Mən anamın evinə gedirəm”“Mən artıq bu oyunu oynamaq istəmirəm” kimi ifadələr işlədirsə, sizin qarşınızda hər bir problemdə boşanmaq istəyən, hisslərin idarə edə bilməyən, uşaq kimi hərəkətlər edən bir insan var və belə bir insanla evliliyi sürdürmək çox çətin və ağır ola bilər.

Ona görə də qarşınızdakı insanın lazımlı dərəcədə yetkin olmağı çox vacib bir məqamdır. Həm də evlilik uşaq işi deyil, insandan bir az yetkin və olğun olmağı tələb edir. Hər işdə sakit və soyuqqanlı qala bilməyi tələb edir. Ona görə də əgər evlənəcəyiniz insan uşaq kimi davranırsa və ya uşaq xarakterlidirsə, tövsiyə edərdik ki, aranızdakı münasibətinizi bir daha gözdən keçirin.

7) Sonuncu məqam isə sizin kifayət qədər fədakar ola bilməyinizdir. Əlbətdə bir münasibətdə sevgi, pul çox böyük rol oynayır, ancaq bir yerdə qərar qəbul edə bilmək, özü də həmişə qəbul etdiyimiz qərarlar sizin xarakterimizə uyğun olmaya bilər və buna  görə də bəzən fədakarlıq etməlisiniz. Bu fədakarlığı edə bilirsizmi? Xarakteriniz buna icazə verirmi? Evlilik qərarı qəbul etmədən əvvəl özünüzə bu sualları verin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir