Orucluq ayında bəzi insanlar düzgün qidalanmadıqlarına görə daha çox çəki alırlar.Uzun müddət ac qalan orqanizm iftarda daha çox yüklənilir. Nəticədə yediyiniz hər şey piy hüceyrələrinə çatır və çəkiniz artır.
Ona görə də bəzi qidalardan xüsusilə uzaq durmaq lazımdır. Ramazan ayında kökəlməmək üçün aşağıdakı qidalardan uzaq durum.
Bal- mürəbbə yeməyin
Sadə süfrələr açın. İftarda və ya sahurda sosis, basdırma, müxtəlif cür pendir çeşidləri, qaymaq, kərə yağı, bal, mürəbbəni süfrədən götürün.
5 cür yemək qaydasına əməl edin
İftarda süfrədə ən çox 5 cür yemək olsun. Süfrəyə 1 cür şorba, 1 cür ət yeməyi, tərəvəz yeməyi, 1 kasa salat və 1 stəkan qatıq qoymağa çalışın.
Plov, makaron, unlu yeməklərdən qaçın
Fərqli çeşiddə plov, makaron, unlu və xəmirli yeməklərdən uzaq durum. Çalışın yeməyin. Əgər istifadə edirsinizsə, 5 fərqli yemək formuluna riayət edin.
Paxlalı bitkilərdən daha çox istifadə edin
Ramazan ayında quru paxlalıları süfrənizdən əskik etməyin. Protein, karbohidrat və lif baxımından zəngin olan paxlalı bitkilər həm tox qalmanıza, həm də sağlam qidalanmanıza kömək edəcək. Salatlarda belə istifadə edin.
Tox qalmaq üçün protein mütləqdir
Süfrələrdə ətə mütləq yer verin. Proteinli yeməklər həm tox tutur, həm əzələləri qoruyur, həm də orqanizmi dəmir və minerallarla təmin edir. Xüsusilə, qırmızı ət B12 vitamini və dəmir baxımından zəngindir.
Şorbasız olmaz
İftar süfrəsində mütləq bir çeşiddə şorbanın olması vacibdir. Bol yağlı və ədviyyatlı şorbalardan uzaq durun.
Şorbaya mərci əlavə edin
Həftədə ən azı 3 gün qırmızı mərci şorbası hazırlayın. Digər günlərdə də hazırladığınız şorbaları yaşıl və ya qırmızı mərci əlavə edin.
İftarda salat mütləqdir
Süfrələrin olmazsa-olmazı salatdır. Hər iftarda salata mütləq yer verin. Salatları qızardılmış ət, pendir və quru paxlalı bitkilərlə zənginləşdirə bilərsiniz. Yağın miqdarına və sousa diqqət edin. Adam başına düşən 1 çay qaşığı zeytun yağını aşmayın.
1 çeşid tərəvəz yeməyi
Hər itarda istər ətli olsun, istərsə də zeytun yağlı tərəvəz yeməyi hazırlayın. Əgər ətli tərəvəz yeməyi hazırlamısınızsa, əlavə ət yeməyi hazırlamağa ehtiyac yoxdur. Tərəvəzlər insanı tox tutur.
Sahurda qatıq yeyin
Qatıq, ayran və kefir iftar və sahur menyusunda olsun. Bu qidalar protein, karbohidrat, yağ və kalsium baxımından çox zəngindir. Həm tox tutar, həm də metabolizmanı sürətləndirər. Xüsusilə hər sahurda 1 stəkan qatıq və ya süd için.