olum reqsi

Yüzlərlə insanın soyunaraq oynadığı “ölüm rəqsi” haqqında MARAQLI FAKTLAR

Baxış sayı: 638

“Orta əsr ölüm rəqsi”nin mənşəyi Avropanın ən böyük fəlakəti olan vəbanın başlanğıcına qədər gedib çıxır.

Orta əsrlər tarixi bəlkə də ən çətin hadisələrinin baş verdiyi, xaotik bir dövr sayılır. Müharibələr, qıtlıqlar, epidemiyalar və təbii fəlakətlər xaricində “ölüm rəqsi” də bu dövrün ən yadda qalan hadisələrindəndir. XIV-XVI əsrlərdə avropalıların isterik rəqs etmək istəyi var idi. Və yorğun düşənə qədər bunu kütləvi şəkildə edirdilər.

Beləliklə, “orta əsr ölüm rəqsi” haqqında maraqlı faktları təqdim edirik.

1518-ci ildə Frau Troffea adlı bir qadın Strasburqdakı evini tərk edərək yaxınlıqdakı dar bir küçəyə girib. Əvvəlcə kənddə gündəlik işlərini görən qonşularının çox diqqətini çəkməyib. Ancaq bu hal tezliklə dəyişib. Frau Troffea adlı qadın birdən ətrafdakılara məhəl qoymadan rəqs etməyə başlayıb. Özü də ətrafda heç bir musiqi səslənmədiyi halda. Hərəkətləri şüurlu deyildi və heç kim onun nə etməyə çalışdığını anlamırdı. Qısa bir müddətdən sonra kənddən bəzi insanlar reaksiya vermədən rəqsə qoşulmağa başlayıb. Bir müddət sonra 400 nəfərə yaxın adam Frau Troffea ilə birlikdə rəqs edib. Bu gün bizə nə qədər qəribə gəlsə də, buna oxşar hadisələr orta əsrlərdə tez-tez baş verirdi.

XIV-XVI əsrlərə aid salnamələr orta əsrlərdə Avropadakı insanların yorğunluqdan ölənə qədər rəqs etdikləri barədə məlumatlarla doludur.

İnsanlar istər-istəməz həftələrlə, bəzən də aylarla dayanmadan rəqs etməyə başlayardılar. Vəziyyət “yoluxucu” görünürdü və yüzlərlə insanın yorğunluqdan ölənə qədər qrup halında rəqs etməsinə səbəb olurdu. 1378-ci ildə kollektiv bir rəqs Meuse çayı üzərindəki bir körpünün çökməsinə səbəb olub. Ən az 200 nəfər hadisə yerində ölüb. Bir çox insan rəqs zamanı paltarlarını çıxarar və müqəddəs hesab etdikləri adları qışqırardılar. Yarım min il keçsə də, elm adamları hələ də bu qəribə hadisənin səbəblərini araşdırırlar.

Ölüm Dansı: İnsanların Yorgunluktan Bayılana Kadar Dans Ettiği Tuhaf Fenomen

Dəlicəsinə rəqs edən insanlar Trier şəhəri yaxınlığındakı bir meşədə növbəti bir xəstəliyə səbəb olub. Burada elə böyük bir izdiham yaşanıb ki, meşə az qala kiçik bir kəndə bənzəyib. İnsanlar burada rəqs edib, sonra soyunmağa başlayıblar. Daha sonra 100-dən çox qadının hamilə qalması ilə nəticələnən bir orgiya başlayıb. Bəzi rəqqaslar yerdə sürünüblər.

Rəqqasələr o qədər isterik davranıblar ki, qırmızı və ya diqqətçəkən paltar geyinən insanlara hücum etməyə başlayıblar. İnsanların küçələrdə seks və rəqs etdiyini görən səlahiyyətlilər dərhal rəqqasələri azğın elan edib. Üsyançıların çoxu Liege kilsəsinə qapanıb. Kahinlər isə onları ələ salıb zorakılıq ediblər. Üstlərin su töküb, və ya insanların başlarını su çəlləklərinə salıblar. Ancaq heç bir metod rəqs çılğınlığına son qoya bilməyib.

Rəqs çılğınlığı başladıqdan sonra kilsə rahibləri insanların şeytani qüvvələrinin qurbanı olduqlarını elan ediblər.

orta çağ ölüm

Bəs bu diaqnoz düzgün idimi?

İnsanlar o zaman buna inanırdılar. Bu qəribə hadisələri izah etmək üçün son beş yüz il ərzində saysız-hesabsız tədqiqatlar aparılıb. Bəziləri insanların isteriya xəstəliyinə tutulduğunu iddia etdi. Digərləri bunun xoreoqrafiya olduğunu düşündülər. Son illərdə elm adamları bu hadisəni izah etmək üçün ətraf mühit faktorlarının qiymətləndirilməli olduğuna diqqət çəkməyə başladılar. Bəzi elm adamları xəstələrin psixotrop təsirləri olan ergot qəbul etdiyini düşünürlər.

Ergot nəzəriyyəsi bəzi elm adamları tərəfindən qəbul edilərkən digərləri bunu rədd edir. Çünki insanlar rəqs edərkən bədənlərini heç bir şəkildə idarə edə bilmirdilər. Bəzi psixoloqlar bu hadisəni izah edərkən dissosiativ şəxsiyyət pozğunluğuna işarə edirlər.
Ekspertlər taun, sifilis, müharibələr, fəlakətlər və stresslə bu rəqsin arasındakı əlaqəni görməzdən gəlmir. Lakin Reyn sahillərində coşquyla başlayan rəqs çılğınlığının əsl səbəbi hələlik sirr olaraq qalır.

 

Turan Oruc




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir