ish

Maaşınızın artmasına nə mane olur?

Baxış sayı: 791

1) Tələb etməyə utanırsınız

Şirkətlərə əməkdaşa daha az ödəniş etmək sərf etdiyi üçün, bu mövzu ilə bağlı təklifi adətən əməkdaş irəli sürməli olur. Bəzi hallarda isə şirkət əməkdaşın maaşının çoxdandır  nəzərdən keçirilmədiyindən xəbərsiz olur. Əmək haqqınızla bağlı danışıqlar aparmaqdan çəkinməyin, ancaq unutmayın ki, bunun üçün tutarlı arqumentləriniz olmalıdır.

 

– Nə etməli?

Rəhbərliklə danışıq üçün uyğun vaxt seçin. Nə danışacağınıza öncədən qərar verin. Onların əmək haqqınızı niyə nəzərdən keçirməli olduqlarına dair səbəblər verin. Səbəblər kəskin və obyektiv olmalıdır.

 

2) İnkişaf etmirsiniz

Öz üzərində işləməyən əməkdaş, maaş artımına layiq deyildir. Bir çox sahələrdə davamlı yeniliklər olur. Bu sahə üzrə ixtisaslaşmış əməkdaş daim bu yeniliklərdən xəbərdar olmalıdır.

 

– Nə etməli?

Kurslara gedin, seminarlarda iştirak edin və ya ən azından online resurslardan faydalanın.

 

 

3) İşinizin həcminin artması barədə susursunuz

İşə qəbul olduğunuz zaman görməli olduğunuz işlər arasında indi etdikləriniz yox idi və siz bunu rəhbərliyə deməyə utanırsınız.

 

– Nə etməli?

Rəhbərliklə danışın. İş yükünüzün artması ilə bağlı məlumat verin, ancaq bu danışıq şikayət xarakterli olmamalıdır. Yox, siz çox işləməkdən qorxmursunuz və iş yükünüzün azalmasını tələb etmirsiniz. Siz inkişaf etmək və şirkətə faydalı olmaq istəyirsiniz, ancaq əmək haqqınızın da artması sizin üçün vacibdir. Yaxşı müdir əməkdaşının əmək haqqının artırılmasının zamanı olduğunu anlayacaq.

 IS

4) Müdiriniz nə qədər effektiv iş gördüyünüzdən xəbərsizdir

Satışlar artır, müştərilər razıdır, şirkət böyük pullar qazanır. Sizin də bunda payınızın olduğunu qeyd etməkdən çəkinməyin, çünki hər bir əməkdaşın gördüyü effektiv iş, bütün şirkətin effektivliyinin təminatıdır.

 

– Nə etməli?

Son 1 ayda gördüyünüz işlərin hesabatını hazırlayın. Bu hesabatda nəticələrə yer verin. Sonda isə əmək haqqınızla bağlı söhbət aparın.

 

 5) Siz işlədiyiniz şirkətdə vəzifəniz üzrə ən yüksək əmək haqqını alırsınız

Bu hal kardinal qərar tələb edir, çünki maaş artımını tələb etmək artıq mümkün deyil.

 

– Nə etməli?

Bu halda iki çıxış yolu var: iş yerinizi dəyişmək və ya vəzifə artımını tələb etmək. Birincini seçdiyiniz halda dolğun CV hazırlayıb, bazarı analiz etmək və sizə maraqlı olan variantları seçmək lazımdır. İkincini seçdiyiniz halda rəhbərliklə danışıb ortaq məxrəci tapmağınız lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir