Nermine Abbasova

Nərminə Abbasova: “D vitamini bədəndə xərçəng meydana gəlməsinin qarşısını alır”

Baxış sayı: 709

Ölkəmizdə və dünyada D vitamini çatışmazlığı epidemiya kimi sürətlə yayılır. Bu epidemiya sümük xəstəliklərinə səbəb olmaqla yanaşı, xərçəng, revmatizmal xəstəliklər, immun xəstəlikləri, nevro-psixatrik xəstəliklər, ürək xəstəlikləri, təzyiq və sair bu kimi xəstəliklərə səbəb olur.

Bu mövzu ilə əlaqədar Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi Nərminə Abbasova ilə həmsöhbət olduq.

 

“Vitamin qəbulundan çox günəş şüalarına ehtiyac duyulur”

Nərminə Abbasova bildirdi ki, insan bədənində olan D vitamininin təxminən 90 faizi günəş şüalarından dərinin ən dərin təbəqələrində sintez edilir. Onun sözlərinə görə, D vitamini çatışmazlığı zamanı vitaminlər qəbul etmək, amma günəş şüaları qəbul etməmək vitamin əskikliyini bərpa etməz:

“D vitmaini əskikliyi zamanı vitamin qəbulundan çox günəş şüalarına ehtiyac duyulur. Hesablamalara görə, günorta saatlarınada yarım saat günəş şüası vannası qəbul etmək bədəndə xeyli miqdarda D vitamini sintez edilməsinə səbəb olur. Heyvan və bitki mənşəli D vitamini incə bağırsaqda sorulub qana keçir. Yağda əridiyi üçün öd duzlarına ehtiyac hiss edilir. Bu səbəbdən də öd axının azaldığı qaraciyər xəstəliklərində D vitmamini sorulması azalır. Buna görə də, qaraciyər-öd kisəsi xəstələrinin D vitamininə ehtiyacı daha çoxdur. “A vitamini D vitamininin aktivasiyasını təmin edir. A vitamininin çoxluğu isə D vitamininin aktivasiyasını azaldır. Bu səbəblə şüursuz A vitamini istifadə edilməməlidir. Bəzi balıq – qaraciyər yağlarında A vitamini modul olaraq D vitaminindən 150-12000 qat daha çoxdur. Bu vəziyyətə diqqət yetirilmədən daha yüksək D vitamini qəbul etmək məqsədi ilə balıq – qaraciyər yağı istifadə etmək orqanizm üçün zərərlidir. Balıq yağı isə rahatlıqla istehlak edilə bilər. Çünki balıq yağında, balıq qaraciyər yağından fərqli olaraq o qədər D vitamini və A vitamini yoxdur”.
Həkim-terapevt qeyd etdi ki, D vitamininin sümük sağlamlığı ilə yanaşı başqa funksiyaları da var. Belə ki, D vitamini bədəndə xərçəng meydana gəlməsinin qarşısını alır. İmmunitet sistemini gücləndirir, immun xəstəliklərin inkişafına mane olur. D vitamini əskikliyi insilin ifrazatını azaldaraq bədəndə 2-ci tip diabet riskini qaldırır:

“D viatmin çatışmazlığı uşaqlara daha çox təsir edir

“Bədənimizə daxil olan D vitaminin ancaq 10 faizi yeməklər (yumurta, balıq, heyvani yağlar) vasitəsilə qəbul edilir. Ana və inək südündə olan D vitamini yaxşı sorulur. İsti ölkələrdə yaşayan və kifayət qədər günəş vannası qəbul edən insanların bədənində D vitamini hər zaman yüksək olur.
D viatmin çatışmazlığı uşaqlara daha çox təsir edir. Uşaqda D vitamni çatışmazlığı hamiləlik dövründə ananın qeyri-kafi qidalanması, uşağın günəş vannası az qəbul etməsi və körpənin az ana südü ilə qidalanması nəticəsində meydana gəlir. Uşaqlara bir yaşına kimi hər gün 400 İU vitamin D verilməlidir. Bu miqdar bir qaşıq balıq-qaraciyər yağında var.
Nəzərə almaq lazımdır ki, orqanizmdə ən az 2000 genin yaxşı işləməsi D vitamininə bağlıdır. Uşaqlarda olan D vitamini çatışmazlığını aradan qaldırmaq üçün ən yaxşı vasitə balıq yağlarıdır. Həftədə uşağa ən az 3 dəfə balıq verilməlidir. D vitamini digər heyvani qidalarda daha azdır.

Ana bətnindəki körpə kalsium ehtiyacını anadan alır. D vitamini çatışmazlığı zamanı körpə zəif doğulur. Bunlarla bərabər, uşağın əzələlərində zəiflik, gec diş çıxarma halları müşahidə olunur. Hamiləlikdə D vitamini çatışmazlığının yeni doğulan körpə üzərindəki təsirləri hətta qalıcı ola bilər. Bu təsirlər doğumdan sonra veriləcək D vitamini dəstəyilə tam olaraq sağalmaya bilər. Bu, uşağın immunitet sisteminin zəif olmasına gətirib çıxarır”.

 

Nərminə xanım onu da qeyd etdi ki, D vitamini qəbul etməyin ən yaxşı yolu mütəmadi olaraq günəş vannası qəbul etməkdir. Bu gün ölkədə hər 3 uşaqdan birinin D vitamini çatışmazlığından əziyyət çəkdiyini deyən həkimin sözlərinə görə, tez-tez xəstələnmələr, rəngin solğunluğu, revmatik xəstəliklər Dvitamini çatışmazlığındandır:

 

“Yetərsiz olduğu hallarda mütləq həkim nəzarəti ilə qəbul edilməlidir”

“Bu vitamin isə Yaradan təbii yolla insanlara verib. Günəş şüaları ən təbii və daha çox D vitamini verən vasitədi. Valideyinlər heç olmasa gün içində uşağına 20 dəqiqə günəş vannası qəbul etdirməlidir. D vitamini qida yolu ilə də alına bilər. Amma qidalarla istənilən nəticə əldə etmək mümkün deyil. Balıq yağı, süd və süd məhsulları, somon, ton balığı, yumurta sarısı, kərəyağı, yulaf əzməsi kimi qidalarda D vitamini var. D vitamini sümük və dişlərin güclənməsini təmin edir. Bu vitamin kalsium və fosforun sorulması üçün önəmlidir. Bird aha deyirəm, D vitamini immunitet sistemini gücləndirərək orqanizmi xəstəliklərdən qoruyur”.

Həkim deyir ki, günəşli bir gündə ən az 15-20 dəqiqə qədər gəzmək belə gündəlik D vitamini çatışmazlığını aradan qaldırmaq üçün kifayətdir. Nərminə xanımın sözlərinə görə, lazımi günəş işığı miqdarı insanın yaşı, dəri rəngi və ya qaralma müddətinə görə dəyişir:

“Dəri rəngi tünd olan insanlar yetərli qədər D vitamini qəbul etmək üçün xüsusən qış aylarında uzun müddət gün işığında gəzməlidir. Eyni zamanda, günəşin az olduğu qış aylarında D vitamini çatışmazlığı yaşamamaq üçün qidalanma rejiminə diqqət göstərilməlidir. Qeyd etdiyim kimi, yağ baxımından zəngin olan alabalıq, sardana, skumbriya və ton balığı istehlak edilməli, habelə süd, süd məhsulları və yumurtanın da qidalanma rejiminə əlavə olunması lazımdır. Bitkilərdən cəfəri, gicitkən və yoncada D vitamini bol olur”.

Nərminə Abbasova bildirdi ki, qış aylarında mümkün qədər günəş vannası qəbul etmək yetərsiz olduğu hallarda mütləq həkim nəzarəti ilə qəbul etmək lazımdır.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir