Təbii ki, qurduğumuz münasibətlər problemsiz ötüşmür. Hər bir münasibətlərdə çəkişmələr, küskünlüklər və hətta qısa sürən ayrılıqlar olur. Son zamanlar aparılan araşdırmalar göstərir ki, xüsusilə uzun müddətli münasibətlər və evlilik mərhələsinə çatan münasibətlərdə daha çox problemlər yaşanır.
Bəs görəsən insanlar arasında yaranan sevgi münasibətlərinə hansı faktorlar mane olur?
Eqoizm
Adətən münasibətlər qarşılıqlı güvən və paylaşma üzərində qurulmalıdır . Bir münasibət içində daim özünü fikirləşən, öz faydası üçün çalışan, öz xoşbəxtliyini düşünən bir həyat yoldaşı olduğu zaman bu münasibət daha tez bitmiş olur.
Güvən hissinin itirilməsi
Bir münasibətdə digər bir əhəmiyyətli hiss güvəndir. İnsanlar bir-birlərinə güvənə bildikləri müddətcə birlikdə və xoşbəxt ola bilərlər.
Qısqanclıq
Normal səviyyədə olan qısqanclıq cütlükləri bir-birinə daha da bağlayır və münasibətə bir romantika qatır. Həddindən çox və ifrat dərəcədə qısqanclıq isə çox ciddi problemlər yaradır. Çünki bu, əslində qısqanclıq deyil, bir psixi pozğunluqdur. Qısqanclıq səbəbilə yoldaşına zərər verən insanlar çoxdur. Belə insanlar mütləq psixoloji dəstək almalıdırlar.
Maddi sıxıntılar
Evlilik dövründə işini itirmə, iflasa uğrama, yığılan borclar və s. bu kimi hallarında evliliyə təsiri olur. Ailənin gündəlik xərcini qarşılaya bilməmək, uşaqlı evlərdə uşaqların ehtiyaclarının qarşılanmasını təmin etməyi bacarmamaq kimi mənfi hallar evliliyi bitirməyə səbəb olur.