İstinad kitabları və ensiklopediyalar belə müəyyənləşdirir: “Qorxu hansısa şəxsin və ya hadisənin təhlükəli, ağrılı olmasından irəli gələn və ya həyat üçün təhlükə yarada biləcəyinə inamdan yaranan xoşagəlməz hissdir”. Fobiyalar haradan qaynaqlanır və qorxularımızın məntiqsiz olduğunu bildiyimiz halda niyə qorxuruq? Bədəndə eyni vaxtda hansı reaksiyalar baş verir? Bunun öhdəsindən gəlmək niyə bu qədər çətindir?
Bütün bu məsələləri başa düşmək üçün daha çox məlumat əldə etməliyik. Yalnız bundan sonra biz xəyallardan, ölümdən, yadplanetlilərdən, köpək balıqlarından, hörümçəklərdən və təyyarə uçuşlarından niyə qorxduğumuzu anlayacağıq. Yəqin ki, sizin öz qorxularınız var, amma insanların bu hissə “hava” kimi ehtiyacı olduğuna təəccüblənəcəksiniz. Qorxu olmasaydı, əcdadlarımız vəhşi heyvanlarla qeyri-bərabər döyüşdə heç vaxt sağ qala bilməzdilər. Qaranlıq bir gecədə kriminal ərazinin ortasında gəzməməyə imkan verən qorxudur. Ancaq bəzən bu hiss nəzarətdən çıxa bilər.
Məntiqsiz qorxular da realdır
Rasional qorxu dedikdə, real bir şeylə üzləşməyi nəzərdə tuturuq. Lakin kosmos yadplanetliləri tərəfindən əsir düşmə qorxusu bu fenomenin irrasional təzahürü ilə əlaqələndirilə bilər. Bununla birlikdə, beynin müəyyən bir sahəsi ağlasığmaz qorxuların və nevrozların meydana gəlməsindən məsuldur. Bu psixoloji vəziyyət sizi depressiyaya salırsa, peşəkarlardan kömək istəməkdən çəkinməyin.
Qorxu irsi ola bilər
Məlum olub ki, qorxu da bütün digər genetik xüsusiyyətlər kimi nənə və babadan, atadan və anadan miras qala bilər.
Fobiyaların çoxu ömür boyu inkişaf edir
Fobiyaların çoxunu insan həyatı boyu qazanır. Bəzi hadisələrin təsiri altında bəzi hadisələrə mənfi reaksiya formalaşır. Ona görə də bütün insanlar müxtəlif şeylərdən qorxurlar. Əqrəblərdən qorxanlar yəqin ki, tropik enliklərdə çox olublar. Manyaklardan qorxanlar həyatlarında heç vaxt hücuma məruz qalmayıblar. Ancaq bəzən fobiyaların məntiqi izahatını tapmaq olmur. Məsələn, 666 nömrəsi ilə qarşılaşmamaq istəyi bir şəkildə əsaslandırıla bilərsə, düymələr, tərəvəzlər və ya uzun sözlər qorxusunu necə əsaslandırmaq olar?
Sevgi qorxu verə bilər
Biz “sevgi” sözünün antonimini “nifrət” anlayışı hesab etməyə adət etmişik. Ancaq qorxu həm də bu parlaq hissin antipodudur. Aşiq olan zaman beyin tərəfindən ifraz olunan oksitosin hormonu travmatik hadisələr nəticəsində yaransa belə, istənilən qorxu və fobiya onun yanında sönük qala bilər.
Qorxu yuxuda yoxa çıxır
Tədqiqatlar göstərib ki, yuxu qazanılmış qorxuları silir, lakin bunun bir şərti var – yuxuda əlaqəli bir qorxuya məruz qalma. Bu, yuxunun həyatımızda əhəmiyyətini bir daha təsdiqləyir.
Qorxudan hətta ölüm halı baş verə bilər
Güclü bir qorxu ilə təhrik edilən adrenalinin ilkin sərbəst buraxılmasından sonra insan heç bir şəkildə sakitləşə bilmədiyi zaman şok vəziyyətinə düşür. Bu zaman adrenalin və kalsium ürəyə daxil olur və o, çılğın sürətlə döyünməyə başlayır. Bəzən qorxu qan təzyiqinin aşağı düşməsinə və huşun itməsinə səbəb olur. Belə hallarda həkimlər ölüm ilə rastlaşdıqlarını deyirlər. Yoqa və meditasiya ilə müntəzəm məşğul olmaqla bunun qarşısını ala bilərsiniz.
Qorxuların çoxu sağ qalmaqla bağlıdır
Çox vaxt insanlar yüksəklikdən yıxılmaqdan və ya yırtıcı bir heyvanla qarşılaşmaqdan qorxurlar, çünki bu, həyatı birbaşa təhdid edir. İnsan instinktləri özünü qorumağa yönəlib.
Bəzən qorxu reallığı təhrif edir
Xüsusi fobiyaları olan insanlar bəzi hallarda reallıqla əlaqəni itirirlər. Məsələn, qapalı məkanlardan qorxanlar, otağının əslində olduğundan daha kiçik olduğunu düşünürlər. Aqorafobiyadan əziyyət çəkən insanların şüuru hörümçəkləri nəhəng ürpədici canavarlar kimi qəbul edir.
Qarşı durma əsl qurtuluşdur
Məntiqsiz qorxulardan əziyyət çəkən insanların təxminən 90 %-i onlara qalib gələ bilir. Bunu etmək üçün cəsarət toplamalı, qorxunun “düz gözünün içinə baxmalı”, xoşagəlməz hissləri özünüz idarə etməyi bacarmalısınız.
Nubar Süleymanova