Ulviyye Efendiyeva

Uşaqlarda qorxular və onların aradan qaldırılması

Baxış sayı: 646

Qorxu – uşaqların görünən və görünməyən təhlükələrə verdiyi təbii reaksiyadır. Qorxunun ən xüsusi cəhəti odur ki, o, ani və gözlənilməz bir vəziyyətlə bağlı ortaya çıxa bilər.

 

Qorxunun səbəbləri

Travmatik təcrubə (itin hücum etməsi)

Doğru olmayan nümunə(valideynlərin nədənsə qorxması)

Uşağı qorxutmaq

Cizgi film, oyuncaqlar

Yaşına uyğun olmayan məlumat

 

Yaş dövrləri və qorxular

1-3 yaş – bu dövrdə uşaqlar gözlənilməz kəskin səslərdən, tək qalmaqdan, ana ilə emosional ünsiyyəti itirməkdən, şimşək çaxmasından, ağrıdan, iynədən, tibb işçilərindən qorxularlar.

Bu dövrdə ola bilsin ki, yuxularında nağıl qəhrəmanları görürlər.

3-5 yaş – bu dövrdə uşaqlar tək qalmaqdan, yanğından, qaranlıq və qapalı məkanlardan(dar otaq, ev)

Bu yaş dövründə hətta xəyal edilə bilən şeylər də qorxu qaynağı ola bilər. Bunun səbəbi uşağın xəyal gücünün , fantaziyalarinin daha çox inkişaf etməsidir.

4 yaşında olan uşağın qorxuları tədricən azalmağa başlayır.

5-7 yaş – bu yaş dövründəki əsas qorxular öz valideynlərini itirməklə bağlı olur. Bu yaşlarda olan uşaqlar uşaq nağılllarının təsiri ilə canlandırdığı obyektlərdən , obrazlardan qorxa bilərlər.

6 yaşdan sonra qorxular yenidən artmağa başlayır.

7-11 yaş – bu yaş dövründə uşaqlar səhv etməkdən, dərsə gecikməkdən qorxurlar.

11-16 yaş – bu dövrdə uşaq və yeniyetmələr daha çox fiziki dəyişikliklərdən qorxurlar. Hətta tənhalıqdan,cəzadan, yaşıdları tərəfindən rədd edilməkdən qorxurlar.

 

Valideynlərə məsləhətlər

Uşağı heç vaxt heç kimlə qorxutmayın

Uşağı heç vaxt qorxusuna görə utandırmayın

Heç vaxt uşağı tanımadığı evdə, tanımadığı adamla  tək qoymayın

Uşaq yalnız ona tanış olmayanları öz valideynlərinin yanında tədqiq edir

Qorxuları ilə onları bir başa üzləşdirməyin

Qorxulrını və hisslərini ifadə etməsinə imkan verin

 

Psixopedaqoq, loqoped Ülviyyə Əfəndiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir