Adətdəndir, əvvəlcə “yatırım tövsiyə edilmir” (YTE) qeydini xatırladım və ardınca xəbərdarlıq edim: hər maliyyə bazarında olduğu kimi, kriptovalyuta bazarında da yüksəlişlər də var, enişlər də.
Kiçik sərmayədarlar arasında da kriptovalyuta istifadəsi genişləndikcə, bu sahəyə olan maraq xeyli dərəcədə artıb. Mən də bu yazımda kriptovalyuta ilə bağlı ən çox cavab axtarılan suallara aydınlıq gətirməyə çalışacam.
Kriptovalyuta nədir?
Kriptovalyutaları heç bir mərkəzi orqana bağlı olmadan, virtual şəkildə mövcud olan valyutalar kimi izah edə bilərəm. Sikkələrin istehsalı, köçürülməsi və mövcudluğu blokçeyn texnologiyası ilə idarə olunur.
Siz, həmçinin, internet vasitəsilə kriptovalyuta mübadiləsi xidmətləri göstərən vasitəçi qurumlardan kriptovalyuta ala bilərsiniz və ya mədənçilik (mining) yolu ilə kriptovalyuta əldə edə bilərsiniz. Daha sonra bu sikkələri virtual pul kisənizə (kassanıza) köçürə və şifrəli saxlaya bilərsiniz.
Əməliyyatlar necə qeydə alınır?
Kriptovalyuta bazarında valyutanın bir aktivdən digərinə hərəkəti “əməliyyat” termini ilə müəyyən edilir. Bitkoin üzərindən bir misal verim: bitkoini öz bitkoin pul kisənizdən başqasının pul kisəsinə köçürmək istəyirsinizsə, “əməliyyat girişi” və “əməliyyat çıxışı” anlayışları ilə qarşılaşacaqsınız. Köçürmə zamanı əməliyyat girişləri və əməliyyat çıxışları şifrələnmiş və əlçatmaz blokçeynlə dəstəklənən kitablarda saxlanılır. Bu sistem sayəsində insanlar bitcoin transfer əməliyyatlarını tam şəffaf şəkildə izləyə bilirlər.
Kimlər kriptovalyuta istehsal edə bilər?
Nəzəri olaraq bu suala “bəli” cavab vermək mümkündür. Lakin zaman keçdikcə kriptovalyutaların, xüsusən də bitkoin kimi məşhur valyutaların istehsalı xeyli çətinləşir. Kompüteri olan hər kəs müvafiq proqram təminatından istifadə etməklə kriptovalyuta istehsalı prosesinə cəlb oluna bilər. O, mədənçilik yolu ilə bitkoini çıxara bilər. Amma indiki vaxtda əvvəlki kimi sadə cihazlarla “mining” mümkün deyil. Bunun üçün daha güclü cihazlar tələb olunur.
Kriptovalyutalar necə saxlanılır?
Kriptovalyutaları flaş yaddaşa bənzəyən “soyuq” (virtual) pul kisələrinə köçürməklə saxlaya bilərsiniz. Bundan əlavə, kriptovalyutalarınızı satın aldığınız broker evində və ya “mining” etdiyiniz cihazda hesabınızda saxlamaq imkanınız var.
Ancaq daha təhlükəsiz təcrübə üçün parolla qorunan “soyuq” kassalardan istifadə etməlisiniz. Təbii ki, “soyuq” pul kisəsini itirməyəcəyiniz yerdə saxlamalı və şifrəni unutmamalısınız.
Kriptovalyutanın fiziki ekvivalenti varmı?
Xeyr! Təəssüf ki, bu, qızıl və ya gümüş almağa bənzəyir. “Hesabımda bu qədər bitkoin var, onu çıxarmağa gəlmişəm”, deməklə maddi bir qarşılıq əldə etmirsiniz. Ani tələbatdan asılı olaraq dəyəri dəyişən kriptovalyutanızı dəyişdirdiyiniz zaman onu TL, dollar, avro kimi valyutalara çevirib kağız pul kimi ala bilərsiniz.
Təhlükəsiz və qanunidirmi?
Hazırda kriptovalyutaya sahib olmaq qanunidir. Bununla belə, hökumətlər zaman-zaman kriptovalyutalarla alış-verişi qadağan edə bilər. Beləliklə, bir xidmət gördüyünüz zaman kriptovalyuta ilə ödəniş etmək qeyri-qanuni ola bilər.
Dürüst broker firması ilə işlədiyiniz zaman, kriptovalyutanızı virtual kassanızda etibarlı şəkildə saxladığınız zaman heç bir problem olmadan qoruya bilərsiniz. Ani eniş-yoxuşlardan zərər görməmək üçün sizə zərər verməyəcək səviyyədə investisiya etmək faydalıdır (YTE).
Unutmayın ki, bu valyutalar insanları varlandırmaq üçün buraxılmayıb və bazarda bir çox böyük oyunçu qazanc əldə etmək üçün kiçik investorlara ziyan vuracaq əməliyyatlar həyata keçirə bilirlər.
Sağlam və sevgi ilə qalın!
Müəllif: Vedat Karabulut