Hal-hazırda hiss üzvlərimizə təsir edən cism və hadisələrin ayrı-ayrı xassələrin əlamətlərinin beyində inikasından ibarət olan psixi prosesə duyğu deyilir.
Duyğular iki qrupa bölünür:
Ekstroseptiv (xarici duyğular)
İnteroseptiv ( daxili duyğular)
Ekstroseptiv duyğular bədənin xarici səthində yerləşir:
Görmə, eşitmə, iybilmə, dadbilmə, dəri
Ekstroseptiv duyğular iki cür olur:
Kontakt duyğular- dad və dəri
Distant duyğular- görmə, eşitmə, iybilmə
Görmə duyğusu – rənglər işığın inikasından ibarətdir. Biz iki cür rəngi duyuruq: xromatik və axromatik
Xromatik rənglər – boyalı- isti rənglərdir- pozitiv- sarı, qırmızı
Axromatik rənglər – soyuq rənglər- mavi, yaşıl
Görmə duyğularının reseptorları gözün torlu qişasında yerləşir. Bunlar iki cür hüceyrə olur: çöpcüklər və kolbacıqlar
Çöpcüklər işığı, kolbacıqlar isə rəngləri duymamıza kömək edir. Çöpcüklər pozulduqda toyuq korluğu, kolbacıqlar pozulduqda yarasa korluğu adlanan xəstəlik baş verir.
Eşitmə duyğusu- səslərin inikasından ibarətdir.
İybilmə duyğusu- müxtəlif iylərin inikasından ibarətdir. İnsanlar iyləri xoşagəlməz, xoş olması baxımından fərqləndirirlər. İybilmə duyğusunun reseptorları burun boşluğunun yuxarı hissəsində yerləşir.
Dadbilmə duyğusu- nüxtəlif maddələrin suda, tüpürcəkdə həll olunması nəticəsində onların ağız boşluğunda dad reseptorlarına təsiri nəticəsində əmələ gəlir.
Dörd növ dad duyğusu vardır: şirinlik, acılıq, turşluq, duzluluq
Dəri duyğusu- toxunma, temperatur, ağrı
Psixopedaqoq, loqoped Ülviyyə Əfəndiyeva