İnsan orqanizmi müəyyən problemlər yarananda özü-özünü bərpa eləmək üçün “hərəkətə” keçir.
Bunun üçün beyin və mədə müxtəlif siqanllar göndərir.
Məsələn, çörək və makaronu çox yemək istəyirsiniz, karbohidratlara meyliniz çoxdursa, orqanizmin amin turşularına ehtiyacı var.
Hər gün özününüzü kofe ilə gümrahlaşdırmağa çalışırsınız? Bu, kükürd və dəmir çatışmazlığı yaşayırsınız anlamına gəlir.
Qızarmış kartof istəyirsiniz? Qızardılmış məhsullara ehtiyac çoxdursa, orqanizmin faydalı yağlara ehtiyacı var.
Tərkibində Omeqa yağları olan qidalara üstünlük verin. Şirin içkilərə meyliniz çoxdursa, deməli, minerallara, xüsusən kalium və kalsiuma ehtiyacınız var.
Duzlu yeməklərə meyliniz çoxdursa, bu alışqanlıqdan irəli gəlir. Biz gündəlik duz ehtiyacımızı yetərli qədər alırıq. Amma hər ehtimala qarşı qanda kalium və maqneziumun həddini yoxlatmaq olar
Şokolad arzunuz çoxdursa, bu da orqanizmdə B qrup yağların, maqneziumun çatışmazlığı ilə əlaqədardır.
Bundan əlavə insan orqanizmi yaşadığı stressi də xəstəlik şəklində geri qaytarır.
Əgər çiyniniz və beliniz ağrıyırsa, həyatda lazım olduğundan çox yükün altına girməyiniz deməkdir. Boğaz ağrısı deyilməmiş sözlərin çoxluğuna işarədir. Çox incidilmiş və çox söz udmuşsunuz.
Saçlar tökülür, ağarırsa, bu genetik səbəblərdən deyilsə çox kədər, qüssə çəkməyin, gələcək qayğılarının işarəsidir. Əgər sol əl barmağınız ağrıyırsa, bu ürəyinizə dəymiş bir zərbənin göynəməsidir. Qaşınmaq, səpgilər üzə vurmadığınız, içinizə atdığınız əsəbin göstəricisidir.
Gündəlik həyat qayğılarından vaxt tapıb arada özünüzü dinləyin. Görün özünüz özünüzə nə demək istəyirsiniz?
İlhamə Həkimoğlu