aliment

Boşanmış ailələrdə aliment problemi – PSİXOLOQ YANAŞMASI

Baxış sayı: 586

Azərbaycan cəmiyyətində ailə həmişə müqəddəs sayılıb. Belə ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. İllərlə ata-babalarımız müqəddəs dəyərlərimizi qoruyaraq bu günlərə kimi gətirib çıxarıblar. Amma təəssüflər olsun ki, son zamanlar müxtəlif səbəblər üzündən ailənin dəyərini unudanların sayı artıb. Bu isə özünü dağılan ailələrin sayının artmasında daha çox göstərir. Qeyd edək ki, boşanma prosesinin heç də hər zaman sakitliklə ötüşməməsi, tərəflər arasında müəyyən mübahisələrin yaranması ailə dəyərlərinin aşınmasına səbəb olur.

Boşanma zamanı fərdlərin qərarına təsir edən əsaslı ünsürlərin başında aliment ödəmək məsuliyyəti gəlir. Aliment uşağın ehtiyaclarını qarşılamaq məqsədi ilə ödənilir. Amma təəssüf ki, bu gün Azərbaycanda boşanmalar zamanı əsas mübahisə predmetlərindən biri aliment məsələsi sayılır. Boşanma mərhələsində olan valideynlər uşaqları üçün aliment ödəməli olduqlarını anlasa da, bir çox halda qərarın icrasına əməl etmir.

Jale Mirsaabqizi

Mövzuyla bağlı fikirlərini “Gencaile.az” saytına açıqlayan Psixologiya Departamentinin rəhbəri, psixoloq Jalə Mirsaabqızı aşağıdakıları dedi:”Son vaxtlar Azərbaycanda boşanmaların sayı sürətlə artmaqdadır. Bunu rəsmi statistika da təsdiqləyir. Ekspertlər ailələrin dağılmasında bir çox səbəbləri əsas göstərirlər. Səbəblər adi sözdən tutmuş, sosial, məişət problemlərinə qədər uzanır. Bəzən kişilər elə bilir ki, boşandılar və bitdi. Aliment adı gələndə düşünürlər ki, bunu qadına ödəyirlər. Amma bu belə deyil. Aliment uşaqların ehtiyaclarını qarşılamaq üçün ödənilən məbləğdir. Qadınların isə qanunla alimentdən imtina etmək hüququ yoxdur. Aliment məsələsi  nikahın pozulmasından sonra, məhkəmə çəkişmələrinə, hətta bəzən atanın həbs olunmasına belə gətirib çıxarır. Son zamanlarda bu kimi halların artması cəmiyyətdə geniş müzakirələrə səbəb olur. Hətta bəzi sosioloqlar alimenti ödəməyən atanın valideynlik hüququndan məhrum edilməli olduğunu söyləyir.”

 

Hazırladı: MƏTİN




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir