Nezrin Cerullayeva 3

Auitizmli övlad böyüdərkən nələrə diqqət etməli? – PSİXOLOQ YAZIR

Baxış sayı: 563

Autizm şiddəti və simptomları adətən azalsa da,  həyat boyu davam edən bir problemdir. Bu problem uşağın sosial həyatını, ünsiyyət bacarıqlarını və davranışlarına mənfi olaraq təsir göstərməkdədir. Autizmin əlamətləri 0-3 yaş aralığında özünü büruzə verməyə başlayır. Bəzi sinir sistemi problmelərindən qaynaqlandığı düşünülsə də nə səbəbdən və necə yarandığı tam olaraq müəyyən edilməyib.

Autizmin genetik olduğu istiqamətindəki fikirlər daha çoxdur. Lakin autizmə tək bir genin deyil, cox sayda genin yol açdığı haqqında düşünülür. Autizmli şəxslər üçün böyük təsir gücünə malik tibbi müalicə metdoları da müəyyən edilməmisdir. Lakin təsirli təlim metodları var. Təlimin təsirli ola bilməsi üçün cox erken yaşlarda başlamaq,  təlimlə fasiləsiz olaraq məsğul olmaq lazımdır.

Autizmli övlad böyütmək olduqca stressli və yorucu vəziyyətdir. Bu səbəblə də valideynlərin bu vəziyyətə tez bir vaxtda  uyğunlaşması və övladına vacib olan dəstəyi göstərməsində fayda var. Bunun üçün ilk olaraq valideynlər övladına qoyulan autizm diaqnozunu qəbul etməlidir, və bu dönəmi olduqca stressli keçirə bilər. Zaman keçdikcə stressin yerini “övladım üçün nə edə bilərəm” düşüncəsi almağa başlayır. Qəbullanma dönəmi nə qədər tez baş verərsə, ailə və uşaq üçün də vəziyyət bir o qədər asan olacaq. Qəbullanma dönəminin sürətlənməsi üçün isə düzgün mütəxəssis seçimi vacibdir.

autizm

Ailənin autizmli övladına qarşı olan gözləntiləri nə qədər müsbət olarsa, ailənin stressi də bir o qədər azalmış olacaq. Ailə  kiçik müsbət dəyişiklikləri görməli və bunlardan xoşbəxt olmağı bacarmalıdır. Buna görə də uşağa yönəldilmiş real gözləntilər içində olmaqda fayda var.

Autizmli övladı olan ailələrdə adətən fiziki, psixoloji tükənmişlik vəziyyətinə rast gəlinir.  Bu baximdan ailə fərdləri özünə mütləq şəkildə zaman ayırmalıdır. Unutmaq olmaz ki, tükənmişlik yaşayan valideynlərin övladı üçün göstərdikləri cəhdlər azalacaqdır. Ana və atalar sırf övladları üçün belə olsa, özünə yaxşı baxmalıdır. Bu məqsədlə, idman, yoqa kimi çalışmalardan faydalanmaq lazımdır. Eyi zamanda ruhi sağlamlıqlarını qorumaq üçün mütəxəssislərdən psixoloji dəstək almaqda fayda var.

 

Uşaq və yeniyetmə psixoloqu Nəzrin Cərullayeva

Zəfər Psixoloji Nitq İnkişaf Mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir