Susen Seferli

Peşə seçiminə valideynlərin təsiri

Baxış sayı: 735

Valideynlər uşaqlar hələ dünyaya gəlməmişdən öncə onların gələcəyinə aid planlar qururlar. Bu planlara daxildir:

1) Peşəsi

2) Maraq dairəsində olan idman növü

3) Davranışı

4) İstəkləri

5) Sosial əhatəsi

Təbii ki, plan qurmaqla bərabər onu həyata keçirməyin yollarını axtarırlar. Bunun da səbəblərindən biri özlərinin olmaq istədikləri hər nə varsa, amma ola bilmədiyi, yəni yarımçıqlıq hissini övladında tamamlamağa çalışırlar. Bir sözlə,valideyn yarımçıq mənlik duyğusunu övladı ilə kompensasiya edir.

Valideynin ən böyük gözləntisindən biri də övladının təhsil həyatıdır. Bunun əsasında valideynin övladından bəzi gözləntiləri olur. Təbii ki, bu gözləntilər formalaşarkən uşağın fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Bunlara aiddir:

1) Fərdi xüsusiyyətləri

2) Maraq və meylləri

3) Uğurları və uğursuzluqları

4) Peşəyə yararlılıqları

 

Valideynin gözləntisi uşağa uyğun olmazsa, uşağın təhsil həyatına da mənfi təsir göstərəcək.

Hansı valideyn tipləri vardır?

1) Demokratik

2) Mükəmməlliyətçi

3) Laqeyd

4) Qoruyucu

5) Nizamsız

6) Avtoritar

 

1.Demokratik valideynlər

Uşağın istək və ehtiyacları nəzərə alınır, uşağa bir şəxsiyyət kimi yanaşılır.Peşə seçimi edərkən uşağa təzyiq göstərilmir, onlara məntiqi cəhətdən yanaşmağa şərait yaradılır.

 

2.Mükəmməlliyyətçi valideynlər

Uşaqla düzgün münasibət qurmaqda çətinlik çəkirlər. Düzgün münasibət qura bilmədikləri üçün bu hal peşə seçiminə də öz təsirini göstərir. Bu tip tələbənin təhsil həyatında daim narahatlıqlar olur və övladlarından hər şeyin ən yaxşısını gözləyirlər.

 

3.Laqeyd valideynlər

Uşağın istəklərini ifrat dərəcədə qəbul edirlər. Bu tip uşaqlar artıq sərhədsiz formada formalaşır və duyğularını idarə etməkdə çətinlik çəkirlər.

 

4.Qoruyucu valideynlər

Həddindən artıq uşaqlarını qorumağa çalışırlar. Belə olduqda ətrafdakı insanlara qarşı düzgün bağlılıq formalaşmır. Nəticədə uşaq tək başına bir işin öhdəsindən gələcəyinə inanmır .

 

5.Nizamsız valideynlər

Bu tip ailədə videynlər fikir ayrılıqları yaşayırlar. Valideynlərin qərarları eyni olmadığı üçün bu da uşağın fikirlərinin formalaşmasına mənfi təsir göstərir. Bu usaqlar özlərini ifadə etməkdə çətinlik çəkirlər, çünki qarşı tərəfdən necə reaksiya alacağına əmin deyillər.

 

6.Avtoritar valideynlər

Bu tip ailədə daim valideynlərin istəkləri nəzərə alınır. Uşaqların valideynlərinə qarşı sevgi deyil, qorxu hissləri olur. Ən sadə işləri belə bacarmayacaqlarından qorxurlar.

 

Düzgün valideyn tiplərindən biri demokratik tip hesab olunur.Yəni:

1) Valideynin gözləntisi uşağın bacarıqlarına uyğun olmalıdır. Bu da uşaqda düzgün özgüvən hissini formalaşdırır.

2) Peşə seçimi edilərkən məntiqi əsaslar olmalıdır.

3) Başqa uşaqların bacarıqları ilə müqayisə edilməməlidir.

4) Uşağın zəkası imtahan ilə ölçülməməlidir.

5) Dərsə ayırdığı zamanla birlikdə onun şəxsi istirahət vaxtları da olmalıdır.

6) Əgər uşağın dərsə marağı yoxdursa, təzyiq göstərmək əvəzinə ona motivasiya verilməlidir.

 

Psixoloq Süsən Səfərli

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir