Sebnem Endelifova

Boşanmış ailələrdə uşaqların yaşadığı problemlər

Baxış sayı: 608

Ailə cəmiyyətin ən vacib dayağıdır. Bu dayağın möhkəm olması xalq və dövlətin də sağlam olması deməkdir. Ailənin əmin-amanlığı ölkənin tərəqqi və inkişaf meyarıdır. Təlim-tərbiyə isə insan psixologiyasını formalaşdıran mühüm amillərdən biridir, çünki uşaqların fərqli olan baxışları, qavrayışı, nitqi məhz ailədə, məktəbdə və cəmiyyətdə təşkil olunan tərbiyə əsasında formalaşır. Uşaqlar ata və ana vasitəsilə ətraf mühitdə, cəmiyyətimizdə yaranan hadisələrlə bağlı təsəvvürlərə sahiblənir və bunun əsasında ətrafda olan insanları, özünü qiymətləndirmək meyarlarını mənimsəyirlər. Ailə həyatı şəxsiyyətin inkişafında çox mühüm rol oynayır. Bu cəhət, ilk növbədə, uşağın emosional aləmində əks olunur. Gəlin baxaq natamam ailədə böyüyən uşaq psixologiyası hansı vəziyyətdədir?

Boşanmaq, yoldaşlar üçün bütün arzuların bitmə nöqtəsi ola bilər, amma uşaqlar üçün heyatın sonu mənasındadır. Ata və anasının ayrıldığını görən uşaqlar hər şeydən çox onların sevgisinə ehtiyac duyurlar. Tək qalmaqdan qorxurlar. Onların sevgisini eyni dam altında hiss etmək isteyirlər. Boşanmanın ilk qurbanları uşaqlardır. Ana və atasının ayrıldığını görən uşaqların əksəriyyətində  psixoloji tarazlıqlar pozulur və xüsusilə çox sevilən uşaqlar, böyük bir pisixoloji çöküntü yaşayırlar.Ana və atası ayrılan uşaqlar, evi bir qorxu yuvası olaraq görürlər və sığınacaq bir yer axtarırlar. Ana və ataya çata bilməmək duyğusu bir uşağın həzm edəcəyi növdən bir duyğu deyil. Anadan məhrum uşaqların bir çox yöndən digər uşaqlardan bir addım geridə olduqları dəfələrlə araşdırılıb sübut edilən bir gərçəkdir. Psixoloji inkişafın yanında bu uşaqların fiziki  inkişafını da yavaşladır.

Ana və ya atasından ayrılan uşaq, sevgi əksikliyi hiss edir və ümumiyyətlə sevgiyə susamış bir halda olduğu üçün bu sevgini başqa yerlərdə axtarar ve təəssüf ki, bu cür uşaqlar asanlıqla pis insanların yemi halına gələ bilirlər.

  • 0-2 yaş arası uşaqlar bu vəziyyətdən tesirlənirmi?

Tibbi araşdırmalar göstərir ki, hətta ana bətnində olan uşaq belə valideynlərin ayrılması prosesini çətin emosional hallarla müşaiət olunan vəziyyətdə keçirir.

  • 2,5-3,5 yaşlı uşaqlar bunu necə qarşılayır?

Hələ bir çox şeyin fərqində olmadığı zənniylə körpəlik çağındakı uşaqların boşanmadan ən az təsirlənəcəyi düşüncəsi səhvdir. Bu yaşdakı uşaqlarda boşanma sonrası diqqətə çarpan davranış dəyişiklikləri müşahidə edilmişdir. Daha çox ağlama, yuxu və bəslənmə pozuqluqları, oyuncaqlara qarşı marağını itirmə kimi davranışlar meydana çıxır.

  • 4-6,5yaşlı uşaqlarda bu təsir özünü necə göstərir?

Ailənin dağılması faktına ağlamaqla, yuxu rejiminin pozulması ilə, yüksək həyəcanlılıq, dərketmə proseslərinin ləngiməsi və öz şəxsi oyuncaqlarına bağlılıq ilə müşaiət olunan emosional hallar yaşayırlar.

Məktəb  çağındakı uşaqlar bəlkə də boşanmadan ən ağır təsirlənənlərdir deyə bilərik. Uşaqlar bu yaşlarda özlərini ailənin mərkəz nöqtəsi olaraq görər. Bu düşüncə onları  günahkarlıq duyğusuna gətirər. Uşaq “Mən ağıllı olmadığım üçün, dostlarımı döydü yüm üçün “ana və atam döyüşür, buna görə  ayrıldılar. Bu şəkildə düşüncələr onları rahat buraxmaz. Nəticədə yenidən yatağını islatmağa başlayacaq, barmaq əmmə, dırnaq yemə kimi və  bir çox problemlər sıxlıqla görülə bilər. Bununla yanaşı  yüksək narazıçılıq, aqressivlik, narahatlılıq və s çətin emosional hallar yaşayırlar. Həmyaşıdları ilə ünsiyyətə girmir, bir növ özlərinə qapılırlar .Ən çox təsirlənənlər isə yeniyetmələr olur.

bosanma

Bəzən ana ya da atadan birinin tərəfini tutmaq məcburiyyətində olduqları düşüncəsiylə digər tərəfə düşmənlik bəsləmə kimi davranışlar da ortaya çıxa bilər. Dərs müvəffəqiyyətləri azalar.  İlk reaksiyaları ümumiyyətlə ana və atalarına daha məsafəli davranmağa başlamaları, valideynlərindən çox uşaq öz yoldaşları ilə vaxt keçirmələri və ailə içərisində yaşanan bu hadisədən ötəri ətraflarına qarşı utanc duyğusu bəsləmələridir.

Daxili travmalar  yeniyetməlik dövründə xüsusi ilə özünü birüzə verə bilər. Bu cür uşaqlar çox vaxt özlərinə diqqət cəlb etmək üçün kobudluq edirlər. Beləliklə, natamam ailələrdə böyüyən uşaqlarda özünü qeyri-adekvat aşağı qiymətləndirmə xasdır. Uşaqların yaşadığı bir çox psixoloji narahatlıq ana və atanın boşanmasından qaynaqlanır. Ana və ata ayrıldığında, uşaq istər istəməz özünü tək hiss edir və heyatının geri qalanı üçün böyük narahatlıqlara qapılır buda uşağın gün bunu böyük psixoloji çətinliklər yaşamasına və bunun nəticəsində də normal psixoloji tarazlığını itirməsinə səbəb olur.

Depresiya, sosial fobiya, xəyal və gərçəyi ayırt edə bilməmək və hətta itirmək kimi təsirləri bərabərində getirə bilər. Bu təsirlərin buraxdığı qalıcı izlər isə ümumiyyətlə adamın gələcəyini mənfi təsir etdiyi kimi heyatının sonuna qədər də davam edir.

 

Şəbnəm Əndəlifova

Zəfər Psixoloji Nitq İnkişaf Mərkəzinin psixoloqu

 shabnam.aliyeva95@gmail.com




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir