Zumrud Haqverdiyeva

Tükənmişlik sindromu nədir? – “SEANS VAXTI”

Baxış sayı: 586

İnsanların gördüyü işin, mənasını və məqsədini itirməsi, insanlara qayğı göstərə bilməməsi, həddindən artıq gərginlik və narazılıq səbəbindən ruhən işləmək motivasiyasının itirilməsini tükənmişlik adlandırırıq. Tükənmişlik, uzunmüddətli stress, fiziki/emosional/zehni gərginliklər qarşısında insanın işindən və münasibətlərindən qopması prosesidir. Xüsusilə insanlarla təkbətək ünsiyyətin tələb olunduğu xidmət sektorlarında özünü göstərən bir problemdir.

 

Tükənmişlik sindromunun mərhələləri hansılardır?

Birinci mərhələ insan çox həyəcanlı, həvəslidir. Karyera planları qurur və var gücü ilə işləyir.

İkinci mərhələ arzu və xoşbəxtlik azalır. İşini görərkən qarşılaşdığı kiçik problemlərdən belə böyük narahatlıq hiss edir.. Özünü yorğun hiss edir.

Üçüncü mərhələ insanların dəyişməyəcəyinə inam yaranır. Nəticədə, insan ya mübarizə aparmaq üçün yeni strategiyalar hazırlayır, ya da müqavimət göstərmək və işdən çəkilmək kimi davranışlara əl atır.

Dördüncü mərhələ dərin inamsızlıq, peşəyə sevgi və marağın azalması, ümidsizlik vardır. Şəxsi uğur aşağı düşür.

tukenmislik

Tükənmişlik sindromnda  nə baş verir?

Fiziki simptomlar

Yorğunluq

Enerji itkisi

Xəstə olaraq hiss etmək

Davamlı soyuqluq

Mədə-bağırsaq problemləri

Ürək-damar xəstəliyi

Hipertoniya meyli

Baş ağrısı

Çəki artırmaq/azalmaq

Yuxusuzluq/həddindən artıq yuxu

Tənəffüs çətinlikləri

İştahın azalması

yorgunluq

Davranış simptomları

Daha az uğur üçün çox çalışmaq

İşə gec gəlib, tez çıxmaq

İcazəsiz  işə gəlməmək,

Peşəkar motivasiyanın azalması.

Qərar qəbul etməkdə çətinlik

Adi davranış modellərində əhəmiyyətli dəyişiklik

İşgüzar və qeyri-iş münasibətlərinin pisləşməsi, boşanma, uyğunsuzluq

Siqaret və içkinin artması

Emosional və cinsi həyatda düşüncəsiz davranış

Danışıqda və ya yazıda qeyri-müəyyənlik və əlaqənin kəsilməsi

Sağlamlığa həddindən artıq maraq.

YORGUNLUQ

Psixoloji simptomlar

Qəzəb və inciklik

Məyusluq

Maraqların olmaması

Boşluq və mənasızlıq hissi

Narahatlıq

Etibarsızlıq və tərk edilmə hissləri

Davamlı qıcıqlanma

Daim uğursuzluqlar haqqında düşünmək

Zəif diqqət , unutqanlıq

Qərar qəbul edə bilməmək

Tez-tez təkrarlanan  intihar düşüncələri

Dəyərsizlik,   günahkarlıq hissləri

Kədər hissi

Səbirsizlik

Həddindən artıq xəyal qurmaq

yorgunluq

İnsan necə davranır?

Tənqidi

Pessimist

İntrovert

İyrənc davranış nümayiş etdirir.

 

Zümrüd Haqverdiyeva

Special school məktəb tipli Reabilitasiya Mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir