Yer planetindən savayı başqa planetlərdə də həyat varmı? Kainatda başqa canlılar da yaşayırmı? Necədirlər, necə həyat tərzi keçirirlər, insan övladına bənzəyirlərmi?.. Bu suallar uzun illərdir alimləri də düşündürür, sadə insanları da. Yadplanetlilərlə bağlı elmi araşdırmalar da aparılır, qorxulu, gülməli və məzəli filmlər də çəkilir.
Lakin dəqiq məlumat hələ də əldə edilməyib. Alimlər son zamanlar yadplanetliləri qarışqalarla müqayisə etməyə başlayıb. Alimlər bu qənaətdədir ki, dünyamız xaricində var olma ehtimalı yüksək varlıqlar bəşər tarixindən daha da qədimdir.
“Gencaile.az” saytı “Milliyet.com”a istinadən bildirir ki, BBC tərəfindən yayımlanan “İlk təmas: Bir yadplanetli ilə qarşılaşmaq” adlı bəlgəsəldə həqiqətən də yadpalenitlilərin var olması halında nələr yaşana bilər, senarisi tərtib edilib. Bəlgəsəldə guya ki, yadplanetlilərdən siqnallar alındığı göstərilir. Senariyə görə, insanlarla əlaqə quran yadplanetlilərlə rabitə yaratmaq dünyada müxtəlif problemlərə səbəb ola bilər.
Astrofizik-professor Michael Garrett, bəlgəsəllə bağlı “orada xəyal belə etmədiyimiz baş verə bilər. Bu durum qarışqaların insanlarla əlaqə yarada bilməsinə bənzəyir, həm də çox. Biz – Yer planeti sakinlərinin yadplanetlilərlə müqayisədə qarışqalarla eyni durumda olma ehtimalımız daha böyükdür.
Günəş sisteminin yaşı 4.5 milyard ildir, dünyamızın yaşı isə 13,8 milyard ildir. Dünyamız xaricində bizdən qat-qat artıq qədim mədəniyyətlər mövcud ola bilər.
Bu nəhəng fərqi nəzərə aldıqda biz yadplanetlilərlə müqayisədə qarışqa kimiyik. Buna qarışqalarla insanlar arasındakı fərq kimi baxın. Biz insanlar qarışqaları saya belə salmırıq.
Eyni məntiqlə Yer üzünün insanları da hansısa başqa planetdə yaşayanların vecinə də deyil. Onlar da bizi, biz qarışqalara baxdığımız kimi görə və müşahidə edə bilər.