mekteb-telefon

Məktəblərdə qadağalar: təəccüblüdür, yoxsa?

Baxış sayı: 517

Hər bir ölkənin  öz qanunlarına əsasən qurulan  təhsil sistemi mövcuddur.Bəs görəsən, dünya ölkələrinin məktəblərində hal-hazırda tədris prossesi neçə keçir?

 

ABŞ

ABŞ məktəblərində  şagirdlərə qoyulan qəribə  qadağalar bir çoxlarını təəccübləndirə bilər. Məsələn, burada məktəblilər bir-birlərinə toxuna bilməz.  Orta məktəbdə sinif otağının girişində xüsusi lövhələr qoyulur. Dərs zamanı hər kəs telefonunu aparıb ora qoymalıdır.

Çox maraqlıdır ki, bir çox ABŞ məktəblərində futbol oynamaq  qadağandır. Onların düşüncələrinə görə, bu oyun azyaşlı şagirdlər üçün  çox təhlükəli ola bilər.

 

Fransa

Fransa orta məktəblərdə şagirdlərin mobil telefonlardan  istifadə etməsinə qadağa tətbiq edib. 2018-ci ildən etibarən qüvvəyə minən bu qadağa valideynlər arasında fikir ayrılığı yaradıb. Tətbiqə qarşı çıxan ailələr qadağanı uşaqları texnologiyadan uzaqlaşdırmaq kimi görürlər. Əksinə bu tətbiqi dəstəkləyən valideynlər isə qadağan olunduqdan sonra sagirdlərin dərsə diqqətinin artacağını və uğurlu olacaqlarını düşünürlər. Qoyulan bu qadağanın əsas məqsədi sagirdlərin bir-biri ilə daha çox ünsiyyətdə olmasına şərait yaratmaq və onların telefondan asılılığını azaltmaq, dərslərinə diqqəti daha da artırmaqdır. Qeyd edək ki, Fransada 12-17  yaşarası uşaqların təxminən 93 faizi mobil telefonlardan istifadə edir.

 

Cənubi Koreya

Hamımız bilirik ki, bütün ölkələrdə adətən məktəbli forması hər kəs üçün eynidir.  Çox maraqlıdır ki, Cənubi Koreyada bu qaydalar üst geyimləri üçün deyil, alt geyimlərinə də aid edilir. Burada  qızlar üçün təyin edilən bütün alt paltarları ağ rəngdə və  əsasən də bər-bəzəksiz olmalıdır.  Nə qədər qəribə səslənsə də,  burada yerləşən bəzi təhsil müəssisələrində, xüsusən də özəl müəssisələrdə qızların alt paltarları   kişi müəllimlər tərəfindən  yoxlanılır. Hökumət bu alçaldıcı qadağanı ləğv etməyə çalışsa da, təəssüf ki, məktəb direktorları ” bu vacib ənənin ” çox önəmli olmasını vurğulayaraq  qadağaları  dəstəkləyirlər.

Yaponiya

Yaponlar təlim-tərbiyə məsələsində  olduqca sərtdir. Bu ölkədə orta məktəb təhsili məcburi deyil.  Burada təhsil haqqı isə çox yüksəkdir. Yaponiyada özəl məktəblərdə  təhsil haqqı təxminən  40 000 dollardır. Uniformalar və məcburi ortopedik çantalar  bu məbləğə daxil deyil.

Məktəbləri 12 illikdir. Bir çox məktəblərdə qızlara makiyaj və saçları boyamaq qadağandır. Məktəbli uniforması hər kəs üçün məcburidir. Çox maraqlıdır ki, Yaponiya məktəblərində  kolqotqalara icazə verilmir. Bu qadağanın  məqsədi uşaqların  bədənini  gücləndirməkdir.

Məktəblərdə yeməkxana yoxdur. Şagirdlər  yeməklərini  evdən gətirir və  hər kəs öz yeməyini  sinifdə, öz partasının üstündə yeyir.  Məktəbdəki tualeti belə  şagirdlər özləri yuyur, təmizləyir, səliqəyə salır. Valideynlərə  uşaqlarını məktəbə aparmaq qəti qadağandır. Burada  məktəb avtobusları da mövcud deyil. “Sağlam bədəndə, sağlam ruh olar” şüarını dəstəkləyən yaponlar uşaqlarının piyada gəzməsini dəstəkləyirlər.  Tədris  prosesini adətən  polis və növbətçilər nəzarət edir. Hər bir gecikmə qeydə alınır və xüsusi jurnalda qeyd olunur. Müəyyən sayda gecikmələri olan şagirdlər isə  cərimə ödəməli olurlar.

Türkiyə

Türkiyədə 2016-ci ildə Təhsil Nazirliyi dərs zamanı məktəblərdə mobil telefonların istifadəsini qadağan edib.  Məktəbə mobil telefon gətirən şagirdlərdən onun səsini azaltmalarını və ya söndürməsini tələb edirlər. Lakin 2018-ci ildə bu qadağa daha da sərtləşdirildi və siniflərdə mobil telefonlardan istifadə birdəfəlik qadağan olundu. Bu qadağa məktəblərdə mənfi hadisələrin qarşısını aımaq üçün çox vacib qərarlardan biri oldu.

 

Çin

Çin məktəblərində xüsusi yuxuya saatları var. Bu zaman şagirdlər  sinif otağında elə stol və stullarda yuxu gedirlər.  Burada şagirdlər  məktəbi bütün dərslər bitdikdən sonra tərk edə bilərlər. Çünki  tədris prosesi zamanı bütün ərazi bağlı olur.

Çinlilər bədən tərbiyəsi dərsinə xüsusi diqqət yetirirlər.  Bu  dərslər səhər 7-də başlayır və 3-də bitir. Dərslər bitdikdən sonra isə şagirdlər evə gedə bilməz. Çünki  saat 4-dən sonra ev tapşırığı vaxtı gəlir. Ev tapşırıqları  adətən  məktəbdə  edilir bəzən axşam 9-a qədər çəkir.

 

Niderland

Niderlandda şagirdlər üçün 1 sentyabr heç də sevincli bir gün deyil.  Çünkü məhz  bu ölkədə 1 sentyabr şagirdlər üçün kifayət qədər dərs yükünün olduğu adi bir gündür.  Burada yay tətili cəmi 6 həftədir.

Niderland məktəblərində şagirdlərə qoyulan qadağalar çoxdur. Məsələn , burada məktəbdə yeməkxanalar mövcud deyil.   Özü ilə yemək gətirməyi unudan sagird ac qalaraq  dərslərin sonuna qədər gözləməli olur.  Bu ölkədə məktəbdə davamiyyətin səbəbsiz yerə pozulmasına görə valideynlər məsuliyyət daşıyır. Ciddi bir səbəb  olmadan məktəbə gəlməyən  sagirdlərin  valideynləri cərimələnərək  təxminən 200-250 avro odəməli olurlar.

Böyük Britaniya

Böyük Britaniyada isə məktəblərdə sagirdlərə qolulan qadağalar daha təəccüblüdü. Burada oğlanlar və qızlar üçün ayrıca məktəblər mövcuddur.  Əsasəndə   yatılı internat məktəblərində uşaqlar bütün il boyu  ən sərt nizam-intizam qaydaları altında yaşamalı olurlar.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir