Həmişəki kimi unudulmuşam!”, “Müdirə qarşı bu qədər səmimi olsaydım, mən də yüksələrdim.”, “Canımın ağrısından ölürəm, ömrümün sonuna qədər belə olacaq…
Bu cümlələr əminəm ki, sizə də ətrafınızda olan insanı xatırlatdı. Ya da bitib-tükənməyən şikayətlərinizi xatırladınız. Özünüzə qarşı dürüst olun, zaman-zaman hər kəs hər şeyi həll edəcəkmiş kimi şikayət etməyi vərdiş halına gətirir. Yaxşı niyə bu baş verir? Şikayət etmək həyat tərzinə çevrilibsə, bunun arxasında nə gizlənir?
Kalimero sindromu nədir?
“Bu ədalətli deyil!” Artıq həyat tərzinə çevrilən bu ifadə Kalimero sindromu qurbanlarının sevimli ifadəsidir. Yumurtadan çıxdığı yumurta qabığının yarısı ilə maraqlanan bu balaca cücə 70-ci illərin cizgi filminin qəhrəmanıdır. Davamlı şikayətlənir, ona görə də bu sindroma bu ad verilib.
Biz belə insanlardan qaçmağa meyl edirik, çünki bütün gün şikayət eşitmək yorucu olur. Lakin bu şikayətlərə etinasız yanaşmaq olmaz, çünki onların hansısa əsassız olmur.
Şikayət etməyi kim sevməz ki?
Nədənsə şikayət etmək üzərimizdəki yükü götürür. Bizi narahat edəni ifadə etmək və psixosomatik xəstəliklərdən əziyyət çəkmək arasında fərq qoymalıyıq. Çünki şikayət etməyin də müsbət təsiri var.
Psixoanalitik və “Kalimero Sindromu” kitabının müəllifi Saverio Tomasella izah edir ki, kitabın əvvəlində insanlar pis kimi qəbul edildiyi üçün şikayət etməkdən çəkinirdilər.
Kalimero niyə belə davranır?
İnsan daim şikayət edəndə bir növ yarasını gizlətməyə çalışır. Müalicə olunmamış uşaqlıq travması və ya emosional şok kimi. Həmçinin, ətrafımızdakı insanların çox şikayət etdiyini eşitmişiksə, şikayət etmək öyrənilmiş bir davranışa çevrilmiş ola bilər. Ona görə də təbii ki, valideynlərimizin səhvlərini təkrarlamaq istəmirik, amma bəzən tam eyni şeyi etdiyimizi dərk etmirik. Uşaq vaxtı eşitdiklərimizi təkrar edirik.
Bəzən şikayətlər insanın ifadə edə bilmədiyi daha dərin gizlətməyə çalışdığı problemləri gizlədir. Daim şikayətlənmək sizi real problemlər haqqında düşünməməyə vadar edir. Kalimero sindromlu insanlar şikayət etmək və kömək üçün diqqəti cəlb etməyi eyni şey olduğunu düşünürlər.
Şikayət etməyi həyat tərzinə çevirməmək üçün nə edə bilərsiniz?
Şikayət etməklə özünü ifadə etməyi dayandırmaq və kalimero sindromundan xilas olmaq üçün bir neçə addım lazımdır:
Özünüzü olduğunuz kimi görməyi qəbul etmək:
Tez-tez şikayət etdiyinizi etiraf etmək asan deyil. Ancaq öz davranışınızla üzləşmək gözlərinizi açır.
Şikayətlərin mənşəyini anlamaq:
Şikayətlərin necə başladığını müəyyən etmək lazımdır. Mənşəyi müəyyən etmək ( sağlamlıq problemləri, narahatlıq, dəyərsiz hiss etmək, , travmatik hadisə və s…) ailə vərdişi olsa belə, əsas problemin həllinə kömək edir.
Emosiyaların ifadəsi:
Şikayət etmək bir vasitədir. Daha dəqiq alətlər əldə edə bilsəniz, hisslərinizi ifadə edərkən şikayət etmək vərdişinizdən əl çəkə bilərsiniz. Gündəlik yazmaq, və s.. Özünüzü ifadə etməyin başqa yolu olmalıdır.
Daha xoşbəxt və sakit bir həyat üçün özünüzə sual vermək və özünüzü təkmilləşdirmək sizə bağlıdır.
Şikayət etməyin sizə və ətrafınızdakılara zərər vermək üçün həyat tərzinə çevrildiyinə inanırsınızsa, yaxşı olar ki, psixoloqla danışın və davranışlarımızı daha obyektiv anlamağa çalışın.
Psixoloq Zümrüd Haqverdiyeva