Zumrud Haqverdiyeva

Övladınız yuxuya getməkdə çətinlik çəkirsə, nə etməlisiniz? – “SEANS VAXTI”

Baxış sayı: 684

1-2 yaşlı uşaqda, yuxuya getməkdə problem varsa, nə etmək olar? Gəlin onlara nəzər edək.

1) İlk öncə evdə yuxu rejimi təşkil etməlisiniz. Övladınızın yuxusu gəldiyi zaman, yuxusu gəldiyini fiziki olaraq da istəyə bilməsi üçün bunu evin müəyyən hissəsində təşkil etməlisiniz.  Bunu da yoldaşınızla birlikdə müəyyən etməlisiniz.

2) “Yatmaq vaxtıdır “ göstərən hər hansı simvol yoxdursa, övladınıza ‘Yatmaq zamanı”dır, bunu göstərə bilməyəcəksiniz. Buna görə də sizin dediyinizi onun başa düşməsini gözləməməlisiniz.  Misal olaraq deyə bilərik ki, ‘Yatmaq vaxtıdır” bunu göstərmək üçün evdəki işıqların azaldılması, onun hazırlanmasına səbəb olacaqdır.

3) Övladınıza əvvəlcədən məlumat verməlisiniz. Bunu isə onunla baş-başa olduğunuz zaman verməlisiniz. O artıq bilməlidir ki, oyun zamanı müəyyən saatlarda olacaq və yatmaq saatına kimi bitirməlidir. Misal üçün:  Yatmağına artıq 20 dəqiqə qalıb.

4) Yersiz təkrarlar etməməlisiniz. Əgər övladınıza nəyisə izah etmək istəyirsinizsə və sizin sözünüzü dinləməsini istəyirsinizsə, bu zaman lazımından artıq dərəcədə həmin fikirləri ona qarşı ifadə etməyin. Yersiz danışıqlar etməməlisiniz.

5) Övladınıza “Artıq, yatmaq zamanı”dır deyib, qucağınıza alın, otağına tərəf getməlisiniz. “Yatmaq zamanı “ dır deyib hərəkətə keçməyiniz, sizin qərarlı olduğunuzun göstəricisidir.

6) Övladınızı yatağına yerləşdirdikdən sonra hərəkət etməyiniz, onun yuxuya getməsinə maneə olacaqdır. Davamlı üstünü örtməyə cəhd etmək, yatağını düzəltmək və.s

7) Otağa girdiyiniz zaman sakit bir mühit yaratmalısınız. Bunu necə edə bilərsiniz? Gecə paltarını geyinməsi, nağıl oxunması və.s kimi sizə köməkçi olacaqdır. Bu həm də yuxuya getmədən öncə övladınızın sizə doymasına şərait yaradacaqdır.

8) “Gecən xeyrə” dedikdən sonra işıqları söndürə bilərsiniz. Bunu etdikdən sonra onun yatağı tərəflərdə bir yerdə oturub, onu sakitləşdirməyin lazımdır. İşığı söndürdükdən sonra fiziki olaraq müdaxilə, danışmaq bu onun yuxuya getməsinə mane olacaqdır.

Bəzən valideynlərin davranışı uşağa belə bir mesaj verir: “Sənin deyil, mənim istədiyim vaxtda yatacaqsan “. Bu kimi mesaj verdikdə, əgər 10 dəqiqə müddətində yatacaqdısa, indi artıq 2 saat olsa da, uşaq yuxuya rahat gedə bilməyəcəkdir. Unutmayın, yuxu hər bir insanın özünü güvəndə hiss etdiyi və rahatlıq tapdığı anlardan biridir.

 

Psixoloq Zümrüd Haqverdiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir