Narsistlər özlərinin seçilmiş olduqlarını düşünürlər, öz maraqları üçün başqalarından istifadə edirlər, başqalarının uğurlarını qısqanırlar, empati qurmurlar, başqalarının hisslərinə, duyğularına qarşı laqeyd yanaşırlar, çox sevilmək, bəyənilmək istəyirlər, özlərində günah görmürlər, həmişə özlərini haqlı, başqalarını günahkar sayırlar, daim hər şeyi idarə(manupilyasiya) etməyə çalışırlar, özlərinin qüsursuz olduğunu düşünürlər, qüsurlarını bildirdikdə isə qəbul etmirlər.
Xəstəliyin səbəbi tam məlum deyil. Amma ətraf mühit, sosial, neyrobioloji faktorların təsir etdiyi bildirilir.
Müalicə üçün çox az adam müraciət edir. Çünki özləri bunu qəbul etmirlər, hərəkətlətinin normal olduğunu bildirirlər, xəstə olduqlarına inanmırlar.
Ümumi narsistik şəxsiyyət pozuntusu əlamətləri olaraq aşağıdakıları qeyd edə bilərik:
– manipulyasiya;
– insanları öz mənfəətləri və mənafeləri üçün istifadə etmək;
– eyni statuslu dostluqlarda belə irəlidə olmaq istəyi, qeyri – sağlam rəqabətdə olmaq;
– öz qabiliyyətlərini və nailiyyətlərini şişirtmək və həddindən artıq qiymətləndirmək;
– özlərini ən yaxşı, ən gözəl, ən uğurlu və ən ağıllı görmək,
– hər sahədə ən zirvədə olduğunu iddia etmək
– daim tərif gözləmək və bunun üçün təzyiq mühiti qurmaq,
Narsisistik şəxsiyyət pozğunluğunun ən fərqli xüsusiyyətlərindən biri də günahı başqalarında axtarmaqda peşəkar olmaları, ən kiçik tənqidi belə münaqişəyə və hətta aqressivliyə çevirmələridir.
Bu tip insanlarla dostluq , yoldaşlıq etmək, bir evdə yaşayib, eyni mühiti bölüşmək çox çətindir.
Psixopedaqoq, terapist Ülviyyə Əfəndiyeva