sEDDAM HUSEYN

Liderlərin həyatının faciəli sonluğu

Baxış sayı: 517

Con Kennedi

ABŞ-ın 35-ci prezidenti Con Kennediyə 22 noyabr 1963-cü ildə sui-qəsd təşkil edilib. Ona Dallas şəhərinə səfər edən zaman, günorta saat 12:30-da snayper tüfəngindən iki dəfə atəş açılır. Birinci güllə prezidentin boynuna, ikincisi isə başına dəyir. Həkimlər 25 dəqiqə ərzində xəstəxanaya çatdırılan Kennedinin həyatını xilas etməyə çalışıblar. Lakin saat 1-də rəsmi olaraq onun ölüm xəbəri elan edilir.

Con Kennedi

Bütün hadisəni Abraham Zapruder adlı Dallas sakini kameraya çəkmişdi. Sui-qəsdlə bağlı Amerika ordusunun keçmiş kəşfiyyatçısı Li Harvey Osvald həbs olundu və Dallas polis idarəsinin qarşısında Cek Rubi tərəfindən öldürüldü.

seddam H

 

Səddam Hüseyn

İraq dövlət və siyasi xadimi, İraqın 5-ci prezidenti (1979-2006) Səddam Hüseyn 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilmiş, həmin il dekabrın 13 – də Tikritdə həbs olunmuş və İraq məhkəməsinin 2006 – cı il 5 noyabr tarixli qərarı ilə ölümə məhkum edilmişdir.2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən  asılaraq edam edilmişdir.

-926c11cc163611650583676230810904664

Nikolae Çauşesku

Nikolae Çauşesku rumın siyasətçi və dövlət xadimi, 1965-ci ildən Rumıniya Kommunist Partiyası MK-nın baş katibi, 1974-1989-cu illərdə Rumıniya Sosialist Respublikasının prezidenti olub.

Sosialist düşərgəsində və Şərqi Avropada baş verən dəyişikliklər Rumıniyadan da yan keçmədi. 1989-cu ilin dekabrında ölkədə narazılıqlar baş qaldırdı. Transilvaniyada bu narazılıq daha güclü oldu. Əhalinin böyük hissəsinin onu dəstəkləyəcəyinə ümid edən Çauşesku 1989-cu ilin dekabrın 17-də regionun şəhərlərinin birində, Timişoarada nümayişçilərin güllələnməsinə qərar verdi. Ertəsi gün Rumıniyanın bütün şəhərlərində, ilk növbədə də Buxarestdə minlərlə insan küçələrə axışdı. Bir müddətdən sonra üsyanın qarşısının alınması mümkünsüz oldu.  Diktator xanımı ilə birgə Rumıniya senatının damından qaçdı. Ancaq Tırqovişte şəhərində həbs edildilər.

Dekabrın 25-də rumın hərbçilər prezident və xanımı üzərində məhkəmə prosesi qurdu. Proses televiziya vasitəsilə yayımlanırdı. Cəmi iki saat davam edən məhkəmə prosesində Nikolae və Yelena Çauşeskular soyqırımı ittihamı ilə ölüm hökmünə məhkum edildilər. Şikayət üçün formal olaraq 10 gün vaxt verilsə də, hökm televiziya translyasiyası başa çatan kimi həyata keçirildi. Güllələnməni həyata keçirmək üçün yüzlərlə könüllü hazır olsa da, yalnız 4 nəfər – bir zabit və üç əsgər seçildi. Keçmiş diktator və xanımının meyiti bir neçə gün stadionda qalandan sonra Buxarestdə dəfn edildi.

Avraam Linkoln

Avraam Linkoln

“Xidmətçi olmağı istəmədiyim kimi, xidmətçi istifadə etməyi də sevmirəm, mənim demokratiya anlayışım budur” ifadəsinin sahibi ABŞ-ın 16-cı prezidenti Avraam Linkoln “bir xəyalim var” şüarı ilə seçkini qazanmışdı. Prezident seçildikdən sonra ilk işi qarşıdurma vəziyyətində olan cənub və şimal əyalətləri arasında sülh yaratmaq olub. 4 il davam edən vətəndaş müharibəsini qazanan Linkoln 1865-ci ildə yenidən prezident seçilib.

1865-ci  aprelin 12-də ildə prezident Avraam Linkoln teatrda “Bizim Amerikalı əmioğlumuz” tamaşasına baxarkən həmin teatrın aktyoru Con Uilks But tərəfindən qətlə yetirilib. Həmin gecə onunla birlikdə köməkçisi və xarici işlər naziri də sui-qəsdə uğrayıb, ancaq möcüzə nəticəsində xilas olublar. Linkolna olan sui-qəsdin sirri ancaq 1961-ci ildə açılıb. Belə o, zamanlar dövrün müdafiə naziri Edvin Stantonun Linkolnun yerinə keçmək üçün sui-qəsdi planlaşdırdığı müəyyən olundu.

Ceyms Abram Qarfild

Ceyms Abram Qarfild

Ceyms Abram Qarfild 1881-ci il seçkilərində Respublikaçılar Partiyasının namizədi olaraq çox az səs fərqi ilə ABŞ-ın 20-ci prezidenti seçilmişdi.

Vəzifəsinin icrasına başladıqdan 4 ay sonra Vaşinqton vağzalında əsəb xəstəsi olan Çarls Gito tərəfindən güllələnib. Güllə yarasının qan zəhərlənməsinə səbəb olması nəticəsində Qarfild həyatını itirib.

Mahatma Qandi

Mahatma Qandi

Mahatma Qandi hind milli – azadlıq hərəkatının 1919-1948-ci illər arasında ən önəmli lideri idi.  “Böyük ruh” mənasını verən “Mahatma” adına layiq görülən Qandi həyatı boyunca Britaniya imperatorluğunun zülmünü və terrorizmi rədd edib . Hind xalqının haqqlarını müdafiə etmiş, ancaq yenə bir hindli tərəfindən öldürülmüşdür.

Qandinin Britanya hökumətinə qarşı qazandığı ən böyük qələbələrdən biri torpaq razılaşmasıdır. Hindistanda siyasətə atıldıqdan sonra 1934-cü ilin yazında 3 dəfə müvəffəqiyyətsiz sui-qəsdə uğrayıb. Ölkə rəhbərliyində söz sahibi olan Qandi Hindistanın ikiyə bölünməsinə şiddətlə qarşı çıxırdı. Ancaq 30 Yanvar 1948-ci ildə ölkənin bölünməsinə görə ittiham edilərək öldürüldü.

Bənazir Buhutto

Bənazir Buhutto

Pakistanda iki dəfə baş nazir vəzifəsini icra edən Bənazir Buhutto uzun illər sürgün həyatı yaşayıb. Nəhayət , 2007-ci ildə seçkilərdə iştirak etmək məqsədilə Londondan İslamabada gəlib. Əl-Qaida tərəfindən  2007-ci ilin 18 oktyabrında bombalı hücuma məruz qalan Buhutto sağ qalıb. Hadisə zamanı 138 nəfər ölüb. Bundan sonra xanım Buhutto 2007-ci ilin 27 noyabrında Ravalpində  yenə də sui-qəsdə  məruz qalıb.

Qatil Buhuttonun avtomobilinə yaxınlaşaraq 3 dəfə atəş açıb. Hədəfi vura bilməyən cani daha sonra üzərindəki bombanı partladıb. Başından yaralanan Buhutto dərhal xəstəxanaya aparılıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Əl-Qaida sui-qəsdin məsuliyyətini üzərinə götürsə də, lakin bundan bir neçə gün sonra Pakistan Daxili İşlər Nazirliyinin iddiasının əksinə olaraq Əl-Qaida liderlərindən Beytullah Maqsud bu sui-qəsdlə əlaqəsinin olmadığını bildirib.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir