Zumrud

Övladınızla ünsiyyətiniz onun inkişafına necə təsir edəcək?

Baxış sayı: 568

Uşağın inkişafı; Özünə qulluq sosial-emosional, koqnitiv, fiziki və dil bacarıqlarını özündə birləşdirən  prosesdir. Uşaqların sağlam böyümələri və fiziki cəhətdən güclü olmaları üçün onların emosional və zehni bacarıqları ilə yanaşı, yemək və içmə vərdişləri və ya böyük və incə motor inkişafı üçün dəstək olmaları çox vacibdir. Özünü ifadə edə bilən, özünə güvənən, emosiyalarını tanıyan, hisslərini idarə edən, güclü sosial əlaqələr qura bilən uşaq yetişdirmək üçün valideynlərin diqqət etməli olduğu müxtəlif məsələlər var. Yetkinlər kimi, uşaqlar da başa düşülməli və ehtiyac duyduqları zaman dəstək ala biləcəklərini başa düşməlidirlər.

 

1) Mən sənə kömək etmək üçün nə edə bilərəm?

Uşaqlar çox tez duyğularını davranışlarına köçürür. Məsələn, uşağınız məktəbdə bir dostuna qəzəbli ola bilər və buna görə də evə gələndə qeyri-adi davranışlar göstərə bilər. Davranış dəyişikliklərindən xəbərdar olun və əsas səbəbi, nəyə ehtiyac duyduqlarını və sizdən nə gözlədiklərini öyrənin. Onların o an ehtiyacı başa düşülmək, danışmaq və ya heç bir şey etmədən ana/ata sevgisini hiss edə biləcəkləri bir qucaqlaşma ola bilər.

 

2) Mənə ehtiyac olduğunda, həmin an yanındayam

Bir şeyin səhv olduğunu gördüyünüz zaman uşağınızla əlaqə saxlayın. Hər şeyi dərhal həll etmək lazım deyil. Vaxtınızı ayırın və səbirli olun. Uşağınıza bildirin ki, sizinlə danışmaq istəyəndə onun yanında olacaqsınız. Danışmaq və izah etmək istəmədiyi zaman israrlı olmayın. Hazır olanda onun sizə gəlməsini gözləyin.

 

3) Bu gün səninlə fəxr etdim

Müvəffəqiyyətinin təqdir olunması böyüklərdə  olduğu kimi uşaqları da sevindirir. Bu, onların özünə inamını artırmağa kömək edir. Həvəsləndirmək, onlara maraqlarını kəşf etməyə və istedadlarını reallaşdırmağa kömək edir.

 

4) Bu gün özünü necə hiss etdin?

Bu gün məktəbdə nə etdin?”, “Müəlliminə ev tapşırığını göstərdin?” və.s  oxşar suallar valideyn-uşaq  arasında  tez-tez sorğu sualı olur.  Özünüzə xatırladın ki, dialoqlarınız yalnız bu kimi suallar ətrafında olmamalıdır. Duyğuların əhəmiyyətini və onların bizim kimi uşaqların həyatında da mühüm yer tutduğunu unutmayın. Təbii ki, onların yemək yeyib-yeməməsi, ev tapşırığını yerinə yetirib-yetirməməsi də vacibdir, həm də nə hiss etdiklərini, nəyə kədərləndiklərini, onları ən çox nəyin sevindirdiyini soruşmaqdır.

 

5) Hər şey daha yaxşı olacaq

Bəli, hər zaman hərşey yolunda getməyə bilər. Uşaqlar daha çox “bacarmayacam” ifadəsini işlədə bilər. Problemlərin keçici olduğunu, baş verənlərin danışaraq həll oluna biləcəyini düzgün şəkildə ünsiyyət quraraq, izah edə bilərsiniz.

 

6) Biz birlikdə bunun öhdəsindən gələcəyik

Hər hansı mürəkkəb durumda vəziyyəti birlikdə təhlil edib həll yollarını tapa bilərsiniz  Çətin anlarda onların yanında olduğunuzu bilmək onlara təsəlli verir. Öz həyatınızdan misallar gətirin. Uğursuzluqlarınızı onlarla bölüşün. Əvvəlcə çox çətin görünən bir hadisənin öhdəsindən necə gəldiyinizi, çox çalışaraq necə qalib gəldiyinizi söyləyin.

 

7) Səni sevirəm

Çox az şey var ki, isti bir sevgi ilə  sağalması mümkün deyil. Uşaqlarınıza onları sevdiyinizi, dəstəklədiyinizi və nə olursa olsun onlarla yanında olduğunuzu hiss etdirin.

 

Zümrüd Haqverdiyeva

Bilmed Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzi psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir