onlayn pul qazanmaq

Bu şəxslər daha tez aldanır – Sosial şəbəkələrdə ehtiyatlı olun!

Baxış sayı: 521

Sosial şəbəkədə yeni dələduzluq növü yayılıb.İnsanlarda inam yaratmaq məqsədilə müxtəlif dövlət rəsmilərinin şəkilləri paylaşılaraq saxta müsahibə mətni yazılır. Və keçidə keçən ziyarətçiləri müxtəlif saytların saxta giriş səhifəsi qarşılayır.

Müsahibə mətnində qeyd olunan investisiya saytı tamamilə dələduzluq əməlləri üçün nəzərdə tutulub və hər hansı bir yatırım zamanı sizə geri ödəniş olunmur, üstəlik ödənilən vəsaitlər mənimsənilir.

Qeyd edək ki, bu və bunun kimi xəbərlərə inanmamağını, şəxsi məlumatlarınızı həmin keçidlərə daxil etməkdən çəkinməyiniz tövsiyə olunur.

Mövzu ilə əlaqəli danışan internet-media eksperti Səbuhi Abbasov bildirir ki, sosial şəbəkələrdə yayılan dələduzluqla bağlı bütün dünya əziyyət çəkir:                                                                                                   

“Sosial şəbəkələrin idarə olunma mexanizmi dövlətlərdən deyil, həmin şəbəkələrdə yaradılan mərkəzdən asılı olduğuna görə onun dərhal qarşısının alınması məsələsi hər zaman ciddi şəkildə sual doğurub. Təcrübə onu göstərir ki, sosial şəbəkələrin hansı ölkədə nümayəndəliyi varsa, problemlərin həll olunması bir o qədər asanlaşır. Türkiyədə baş verən bir sıra həm ictimai-siyasi, həm iqtisadi problemlərlə bağlı sosial şəbəkələrin yerli nümayəndəlikləri məlumatlandırıldığı andan qısa zaman kəsiyində həmin problem öz həll yolunu tapır. Ancaq hansı ölkələrdə ki, iş ofisi və nümayəndəliyi yoxdur, orada problemlemlərin həll olunması bir o qədər çətinləşir.

Çünki bir sıra məqamlarda biz görürük ki, dələduzluqların mənbəyi heç də Azərbaycan deyil. Yəni, insanlar xarici ölkələrdə oturub istədiyi dələduzluğu seqmentinə daşıya bilir. Burada əsas problem sosial şəbəkələrlə  bağlı ölkəmizdə maarifləndirmə tədbirləri demək olar ki, aparılmamasıdır. Rabitə və Yüksək Texnologiya Nazirliyi bu sahəni təmamilə unudub.

Kibercinayətlərin, dələduzluqların fəsadlarının nəticələrini təxmin etməyərək burada ciddi boşluq yaradılıb. İnsanlar bilməlidir ki, yayılan məlumatları klik etməklə belə öz şəxsi hesablarını 3-cü tərəfə ötürmək təhlükəsi ilə üz-üzə qalacaqlar. Bu da çox ciddi bir məsələdir”.

Ekspert bildirir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda qurbanlar tanınmış şəxslər olurlar:

“İnsanların inamını qazanmaq üçün məşhur müğənnilərin, politoloqların, ekspertlərin şəkilləri təqdim edilərək öz dələduz əməllərindən ötrü istifadə edirlər. Sosial şəbəkənin təhlükəsindən az məlumatlı olan şəxslər üçün bu  böyük maraq kəsb edir. Onlar daha tez aldanırlar. Televiziya, xəbər saytları, sosial şəbəkə vasitəsi ilə maarifləndirmə tədbirləri aparılmalıdır. Kütləvi şəkildə dələduzluqla yazılan sosial şəbəkələrlə bağlı Azərbaycan adiyyatı qrumları rəsmi şəkildə müraciət və xəbərdarlıq ünvanlamalıdır. Belə olan halda biz müəyyən zaman kəsiyində dələduzluğun qarşısını ən az 30-40 faiz azaltmış olarıq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir