İndiki dövrdə internet istifadəsi artmış və zamanımızın çox hissəsini əhatə etmişdir. Bu yalnız böyüklərin yox həm də uşaqların da həyatında artıq müəyyən mövqe tutur. Aşırı istifadə halları valideynləri artıq narahat edir. Onlar uşaqları ilə bağlı psixoloqa sual verəndə övladımın internetdən ya kompyuterdən istifadəsini necə tənzimləyə bilərəm? Hansı oyunları oynamağa icazə verim? Yoxsa interneti bağlayımmı? və s. bu kimi suallarla övladlarını düzgün olmayan istiqamətə yönəlməyindən qorumaq istəyirlər. Əlverişli yollar axtarırlar.
Dünyada aparılan araşdırmalara görə artıq kompyuter oyunları və internetdən istifadə mənfi istiqamətə yönəlir. Bu təhlükəli təsir altında bir çox gənclər və uşaqlar yaşayır.
İnternetdən çox istifadə edilməsinin və uyğun olmayan şəkildə istifadəsinin nə kimi zərərləri var:
Ailə münasibətlərinin zəif olması;
Dostluq əlaqələrinə mənfi təsir;
Sosial cəmiyyətdə bacarıqların itməsi;
İnternetdən aslılıq hallarının yaranması;
Özunəqapanma;
Görmənin zəifləməsi;
Qamət pozğunluğu;
İstismar halları
Ən çox müşahidə olunan hallardır.
Bəzən valideynlər bunun zərərli nöqtələrini bilib əminliklə deyirlər ki, bu mənim başıma gəlməz. Ancaq elə vaxt olur ki, özləri də bilmədən internetdən aşırı istifadə edirlər. Və ya uşaqları ağlamasın, narahat olmasın deyə kompyuter qarşısında əyləşməsinə, telefondan istifadəsinə göz yumurlar. Bununla da uşaq vaxtının çoxunu internetdə keçirmiş olur.
İnternet uşaqlara hansı yollarla zərər verə bilər?
Erotik görüntülər və erotik reklamlar;
Ünsiyyət qurmaqçün saytlar, proqramlar;
Müxtəlif oyunlar.
Valideynlər uşaqlarını qorumaq üçün onları sıxır, internetdən uzaq tuturlar. Xüsusilə də 3 yaşından sora qadağalar başlayır. Uşağın isə artıq qadağa olunanlara marağı daha da artır. Düzgün yol isə qadağa yox, internetdən istifadəsini nəzarətdə saxlamaqdı. Yaşına uygun oyunlar oynaması, cizgi filmlərini izləməsi, yuxu rejimi və s.lər uşağa aşılanmalıdır.
Ailələr nə edə bilər?
Ana və ata internetdən özləri düzgün istifadə etməklə uşağa nümunə olmalı;
Ana və ata internetdən istifadə vaxtına nəzarət etməli;
İnternetdən istifadə zamanı uşağın fikri nəzərə alınmalı;
İnternet üçün uşaqlara qadağa qoyulan proqramlardan istifadə edilməli;
İnternetdə açıla biləcək səhifələrin adları olmalı;
İnternetin məlumat əldə etməkçün yararlı tərəfləri uşağa deyilməli;
İnternetdə tanımadığı insanlara şəxsi məlumatların verilməməsi uşaqlara başa salınmalıdır.
Valideynlər çalışmalıdır ki, “olmaz”lardan az istifadə etsinlər.Uşaqlara olmazın səbəblərini öyrətmək lazımdır.O zaman uşaq zərəri daha yaxşı anlayacaq. Əgər valideyn çətinlik çəkərsə mütəxəssisə müraciət edə bilər.
Tərcümə etdi: Təhminə Əkbərzadə