Bu gün qınadığımız Əhmədin müəllifi tək o qətlə yetirilən ata ana deyil. Hər birimizik. Gəlin Əhmədin həyatına nəzər salaq.
Əhməd bir gün dünyaya göz açdı. O dünyaya ki, övladı qız olub deyə boşadıqları xanımların dünyasına, o dünyaya ki, övladı olmadığı üçün döyülən söyülən qadınların dünyasına göz açdı. Kişi ağlamaz, qadın gülməz dünyasına. Kişi güclü olmalıdır, gücünü qadının üzərində göstərməlidir, kişi dediyin sərt olar, kişi dediyin sözü bütöv olar. Kişiyə hər şey olar. Kişi namus üstündə adam öldürə bilər, kişi söyüş üstə adam öldürə bilər, kişi kişi olmaq üçün öz cinsi funksiyasını yerinə yetirməlidir. Və kişilərin üzərinə yüklənən bu qədər rol onu vəzifəsindən sui istifadə edən şəxslər kimi “mən hər şeyi edə bilərəm” psixikasına malik insana çevirir. Oğlan uşaqları dili ilk açılan kimi əmini söy, dayını söy tipli cümlələr quran, kişi dediyin içki içər, siqaret çəkər deyib gözünü açmamamış əllərinə ilk verdikləri şey siqaret olan bir uşağın psixologiyasının necə olmasını gözləyirsiniz? Hələ sünnət toylarından danışmıram. Bu konkret kişi olmağın cinsi orqandan keçdiyini təbliğ edib bunun önəmini vurğulamaqdan başqa bir şey deyil. Sonrasında gözünü söyüşlə açmış, sünnəti toy bayramla edilən o şəxs təcavüzü, tacizi, şiddəti əlbəttə ki, həyatının bir parçası olaraq onsuz da şüuraltında hiss edəcək. Sadəcə cəmiyyətdə olan müəyyən davranış qaydalarına əməl etmək məcburiyyətində qalıb, cəmiyyətə deyil, öz ailəsinə tətbiq edən insanlar çoxalacaq.
Öz ailəsindən qızına, bacısına, qohumuna təvacüz və taciz edən kifayət qədər kişilər vardır. Hələ üstəlik, bu qədər şeydən sonra bir də şəxsiyyət olaraq əzdiyimiz insanın özünü təsdiq üçün içində yatan qəfəsdə olan şir misalı o instinktiv aqressiv davranışlarını göstərə biləcəyi və idarə etmədiyi bir situasiya düşəndə belə şey etməsini niyə bu qədər təəccüblə qarşılayırsınız? Axı o Əhmədlər bəzilərimizin ailəsində ayağı qandallı oturub bir gün Əhməd olacağı günü gözləyir. İndi siz deyin, kimdir günahkar? Əhmədmi, ailəsimi, ya bizmi? Məncə birinci özümüzü tənqiddən başlayaq. Və Əhmədlərin formalaşmasının qarşısını alaq!
Psixoterapevt Dilbər Bəhmənli
Əhməd Əhmədovun psixi problemləri olduğu deyilir, qeyri-adekvat davranışlar etdiyi bildirilir. Üstəlik, bu vəziyyətdən ailəyə yaxın insanların da xəbəri olub, valideynlərinə onu müvafiq xəstəxanaya yerləşdirmək tövsiyə edilib. Amma bunu özünə ayıb bilən ailə sonda öz sonunu hazırlamış oldu
ətrafa bu cür təhlükə saçan şəxslərlə bağlı ilk tədbiri elə ailəsi görməliydi
Millətdən ayıbdır, mən məktəb direktoruyam, oğlumu dəlixanaya qoya bilmərəm” deyirmiş anası… O qədər təhlükəli imiş ki, qohumları qorxurmuş, ataya deyirmişlər ki, bizim evə gətirmə, hamı ondan uzaq qaçırmış.
Anası dəlixanaya getməsinə razı olmayıb, atası deyirmiş ki, son vaxtlar dərman da atmırmış, halı pis imiş. Yəni, bir məsuliyyətsizliyə görə 5 və 9 yaşlı uşaqlar, ata, ana, bacı faciəvi öldü. Dəli olduğu üçün nə etdiyinin fərqində də deyil.
Baş verən Ailə faciəsi həqiqətən dəhşətlərin uzaqda yox yaxında olduğundan xəbər verir.
Hələ bilmək olmaz, dostlarla, ətrafdakı insanlarla münasibəti hansı formada olub? Sevdiyi, tanış olduğu xanım varsa ona hansı işgəncələr verib!? Ailə ilə digər problemləri hansı formada olub ki, bu duruma gəlib çıxıb.
Bu gün cəmiyyətimizdə yetərincə aqressiv adamlar var. Hətta vəziyyət o yerə çatıb ki, yolda gülümsəyən insana dəli kimi baxırlar. Problemlər biz doğulandan başlayır və ölənə kimi də davam edəcək. Ancaq insan övladı hər vəziyyətə öyrəşməli, öyrəşə bilmədikdə problemdən çıxış yolunu tapmalıdır. Bu yazı məlum faciə ilə bağlı yazılsa da. insanların aqressiyası uzun zamandır cəniyyətdə özünü büruzə verirdi. İnşallah, bu yazı faydalı olar. Təşəkkürlər, Dilbər xanım.