oruc

Ölkələrin maraqlı ramazan adətləri

Baxış sayı: 504

Dünyada İslamı qəbul edən milyardlarla insan var. Eyni müqəddəs kitaba inansalar da, müxtəlif coğrafiyaların mədəniyyətləri ilə böyüyən bu insanlar 11 ayın sultanı sayılan Ramazan ayını fərqli adət-ənənələrlə qarşılayırlar. Budur, hər bir ölkənin öz mədəniyyəti ilə yoğurduğu və illər ərzində formalaşdırdığı ən diqqət çəkən Ramazan ənənələri.

 

Misirdə Ramazan bayramı adətləri

Misir Ramazan adətləri Ramazan bayramı

Misirdə yol kənarlarında, mağazalarda, evlərin eyvanlarında asılmış fanus adlanan dəbdəbəli fənərlərə və rəngli kağız bəzəklərə baxaraq Ramazanın gəldiyini asanlıqla başa düşə bilərsiniz. Bu ölkədə bayram havasını yaşadan etdirən bu ənənənin tarixi 969-cu ildən başlayır. Ramazan çıraqları olaraq da bilinən fənərlər Fatimilər tərəfindən Misirə gətirilib. O vaxtdan bəri birlik-bərabərlik və xoşbəxtlik simvoluna çevrilən fənərlərdən misirlilər Ramazan ayında bu niyyətlərini gücləndirmək üçün istifadə edirlər. Bu, Misirdə Ramazan ayında üstünlük təşkil edən yeganə ənənə deyil. Məsələn, misirlilər iftar süfrəsində süddə isladılmış xurma ilə iftar edirlər. Lakin iftarı axşam namazından sonra edirlər. Sahurda isə doyma xüsusiyyətinə görə demək olar ki, hər süfrədə xırdalanmış lobyadan hazırlanmış xörək olur.

 

Yəməndə Ramazan adətləri

Yəmən Ramazan adətləri
Yəməndə Ramazan ayında kişilərin gözlərinə sürmə çəkdiyini görsəniz, təəccüblənməyin. Yəmən kişiləri əsrlərdir ki, Ramazan ayında Məhəmməd peyğəmbərin gözünə sürmə çəkmək ənənəsini davam etdirirlər. Məhz bu səbəbdən Yəməndə Ramazan ayı gələndə məscidlərin həyətində tez-tez sürməçilərə rast gəlmək mümkündür. Yəməndə Ramazan ayına xas olan digər bir ənənə evlərin rənglənməsidir. Kifayət qədər maddi imkanı olan yəmənlilər evlərini rənglədiyi halda, nisbətən aşağı gəliri olanlar divarlarını yumaqla kifayətlənməli olurlar. Ramazan ayı Yəmənə gəlməzdən əvvəl xeyriyyəçilər tərəfindən məscidlərin xalçalarının təzələnməsi başqa bir ənənədir.

 

Pakistanda Maraqlı Ramazan adətləri

Pakistanda Maraqlı Ramazan adətləri
Əhalinin təxminən 90 faizinin müsəlman olduğu Pakistanda Ramazan bayramı böyük coşqu ilə qeyd olunur. Hələ Ramazan ayı gəlməmiş məscidlər, hüseyniyyələr təmizlənir, bəzənir. Məscidlərdə iftar vermək əsrlərdən bəri davam edən bir ənənədir. Həmçinin, Ay Gecəsi adlanan Çaand Rat dövründə müsəlman ailələri yeni ayı gözləmək üçün açıq ərazilərə toplaşırlar. Təzə ay görünəndə qadınlar Şəvval ayının gəlişini qeyd etmək üçün Mehndi adlandırdıqları xına ilə əllərinə gözəl motivlər çəkirlər. Daha sonra həmin axşam yeyiləcək yeməkləri hazırlamağa başlayırlar və min-bir nemətin olduğu süfrələr düzəldirlər. Burda mağazalar və marketlər səhərin ilk işığına qədər açıqdır. Ramazan ayında Pakistanda Celibi adlı desert növünü camaat arasında paylanır. Ancaq Pakistanda Ramazan süfrəsi dedikdə ilk ağıla Pakora yeməkləri gəlir.

 

Qırğızıstanda Ramazan bayramı adətləri

Qırğızıstanda Ramazan bayramı adətləri
Qırğızıstanda Ramazan ayında əsrlərdir davam edən bir ənənə vardır. “Ca Ramazan” adlanan bu ənənədə uşaqlar və gənclər Ramazan ayının 15-ci günündən sonra toplaşırlar. Onlar bir-bir atlı və ya piyada şəkildə küçələrdə dolaşır, bütün qapıları döyərək, müxtəlif ölkəyə məxsus musiqi alətlərinin müşayiəti ilə dua, istək və niyyəti özündə əks etdirən bayatılar oxuyurlar. Uşaq və yeniyetələrin bu xoş dualarına cavab olaraq onlara müxtəlif ikramlar də təklif edir.

 

İndoneziyada Ramazan adətləri

İndoneziyada Ramazan bayramı adətləri Ramazan haqqında

İndoneziyada Ramazan bayramının şövqlə qeyd olunduğu coğrafiyalardan biridir. Burda Türkiyə mədəniyyətində oxşarı olan çox maraqlı bir ənənə var: “Wayang Golek”. Yaxşı, amma bu «Wayang Golek» nədir desəniz, dərhal cavab verək. İndoneziyada Ramazan axşamlarının vazkeçilməz hissəsi olan “Wayang Golek” əyləncəli bir kukla tamaşasıdır. Adətən iftardan sonra ictimai yerlərdə və yarmarkalarda çalınan “Wayang Golek” Ramazan gecələrini unudulmaz edən detallardan biridir. Qeyd edək ki, bu ənənə Türkiyədəki Qaragöz-Hacivat kukla tamaşasına çox bənzəyir.

Təbii ki, İndoneziyada maraqlı Ramazan ənənələri bununla məhdudlaşmır. İndoneziyada illərdir davam edən ən maraqlı ənənələrdən biri Padusandır. Padusan, bir növ təmizləmə ritualı, Mərkəzi Java və Yogyakarta bölgəsində tətbiq olunan bir ənənədir. İnsanlar çay, göl, su quyusu kimi yerlərdə yuyunur və təmizlənirlər. Bu yolla insanlar Allaha daha yaxın olduqlarına inanırlar. Bu ənənə sayəsində təkcə bədənin deyil, ruhun və zehnin da təmizləndiyinə inanılır. İndoneziyada hər il Ramazan ayında keçirilən başqa bir ənənə də atəş futboludur. Bu ənənədə futbol matçı zamanı yanan kokos( hind qoz) top kimi istifadə olunur. Qarşılaşmanın baş tutması üçün hava qaranlıq olmalıdır. Oyunçular ayaqqabıdan, qapıçılar isə əlcəkdən istifadə edə bilməz. Keçmişdə İndoneziya döyüşçülərini gücləndirmək üçün oynanılan bu oyun indi yalnız Ramazan ayında əyləncə kimi keçirilir.

Bu adətlər nə qədər bir-birindən fərqlənsə də hər biri Ramazan bayramına ayrı bir gözəllik və rəng qatır, bayramı özəl edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir