*Uşaqlarda aqressiyanın növləri və korreksiyası
*Aqressiya-məqsədli fəaliyyət olub başqa insan qrupuna, heyvana, əşyaya ziyan verməyə yönəlir.
*Aqressivlik- bu şəxsiyyətin aqressiyaya hazır olduğunu göstərən xüsusiyyətdir.
Aqressiyanın növləri;
– verbal
– özünə istiqamətlənmiş
– ətrafa istiqamətlənmiş
– destruktiv
– konstruktiv
Uşaqlarda aqressiyanın yaranmasına gətirib çıxaran səbəblər;
-Valideynlərlə münasibətin pozulması. Uşaqlar hiss edirlər ki, ailədə onlara heç bir işə yaramayan insan kimi baxırlar. Bu isə onlarda daxili aqressiyaya səbəb olan başlıca amildir.
– Hisslərinə qarşı laqeydlik gördükdə,
– Uşaq özünə lazımı dəstəyi, sevgini, qayğını marağı valideynlərindən almadıqda
– Uşaq üçün zidd tələblər, qadağalar qoyulması üçün qərar alındıqda və ya tətbiq edildikdə daha aqressiv davranışlar sərgiləyə bilər
– Valideynlərin özlərinin mənfi emosional vəziyyətləri və onlar tərəfindən özünə nəzarətin, özünü idarənin aşağı olması.
– Ətrafdakı insanların öz mənfi emosiyalarını boşaltmaq üçün uşaqlara cəza vermək (hirs, qıcıqlanma, küskünlük)
– Etinasızlıq uşaqlarda, gələcəkdə qisas almaq və soyuq davranışlar, inamsızlıq, güvənsizlik, dəyərsizlik hisslərinin yaranmasına səbəb olur.
– Sən bacarmazsan, sən etmə, sən bilmirsən kimi sözlər də eyni zamanda uşaqlarda özünəinamın itməsinə və aqressiyaya səbəb olur. Aqressiv uşaqlar adətən başqa uşaqlara qarşı düşmənçilik hissi daha aktiv olur
Bu tip uşaqlar ətrafında olanları özünə təhdid kimi qiymətləndirir, onlara qarşı düşmənçilik edir. Problemli situasiyaya qarşı reaksiyaları çox az olur ki, bəzən heç problemlə maraqlanmırlar. Özünənəzarətin və özünüdərkin səviyyəsinin aşağı olması. Aqressiyaya normal hal kimi baxırlar və bu vəziyyətdə öz dəyərlərini və güclərini hiss edirlər. Eyni zamanda aqressiv uşaqlarda Nevroloji çatışmazlıqlar müşahidə olunur. dözümsüzlük, zəif yaddaş, diqqət dağınıqlığı və s.
*Aqressiv davranışları aradan qaldırmağın yolları
-Valideynlərin özünün mənfi emosional vəziyyətini idarə etməsi, beləki valideynin nümunəvi davranışı uşağında davranışlarına nəzarət etməsinə səbəb olur.
– Uşaqların aqressiv davranışlarına qarşı konstruktiv və pozitiv reaksiyanın verilməsi.
– Uşaqla onun hissləri və yaşadıqları barədə danışmaq, aktiv dinləmək onun daxili aləmini dərk etmək.
Psixoloq, refleksoloq Fazilə Camalova
Uğurlar arzulayıram sizə
Uğurlar,hər zaman kimi yenə nələrsə oyrətdiniz bizə
Dəyərli fikirləriniz üçün təşəkkür