Fazile Camalova

Sizin diqqətinizi çəkmək istəyən uşaqlarla belə davranın – PSİXOLOQ YAZIR

Baxış sayı: 558

“Mənim uşağım aqressivdir”, “Mənim uşağım dəcəldir”, “Mənim uşağım dərs oxumur” və s. kimi bir çox valideyn şikayətləri ilə tez-tez qarşılaşırıq. Problem kimi səslənən bu fikirlər uşaqla düzgün ünsiyyət qurulmadığı üçün yaranan bir haldır. Uşaqla valideyn arasında emosional bir bağ mövcuddur. Bu cür şikayətlərin səbəbi emosional hisslərin düzgün ötürülməməsindən irəli gəlir. Uşağın sözə baxmamasının səbəbi, o anda valideynlərin keçirdiyi hisslərdən aslıdır. Uşaq diqqət və qayğıya ehtiyac duyduğu anda öncəliklə hərəkətləri ilə bunu sizə işarə edir. Valideynlərini hər gün məşğul görən uşaq, sizi işdən yayındıraraq diqqəti özünə çəkməyə çalışır, bu zaman isə sizdə qıcıq yaranır. Övladınızı başa düşmək üçün onu sadəcə hisslərini və emosiyalarını diqqətlə izləmək və dinləmək lazımdır. Özünüzlə uşaq arasında gözlər vasitəsilə yaxşı əlaqə qurmağa çalışın.

Bütün valideyinlər müxtəlif  zamanlarda uşaq aqressiyası ilə qarşılaşırlar. Uşaqlıq dövrü üçün bu normal hal kimi qəbul edilə bilər. Zamanla qalıcı bir vərdiş halını almaması üçün emosional yanaşma ilə vəziyyəti dəyişə bilərsiniz. Bunun üçün isə ilk öncə səbriniz və sevginiz çox vacibdir. Hər bir uşaq kimi sizində uşağınızın ilk öncə sevgiyə, qayğıya ehtiyacı var.

– Uşaq tənqid edilirsə, o, başqalarını günahlandırmağı öyrənir. Nə qədər çox tənqid edilsə bir o qədər insanları günahlandıracaq, özündə isə bunu  hiss etməyəcək.

Qorxu hissi ilə yaşayan uşaqlar hər zaman həyəcanlı və təşvişli olurlar.

Uşaqlara hörmət və sevgi ilə yanaşıldığı zaman o öz fikirlərini hisslərini düzgün ifadə etməyi öyrəncək və həyatda hər kəslə eyni rəftar edəcək.

Valideynlər tutarlı davranış sərgilədikləri zaman uşaqlarda bu hallar azalır.

-Valideynlər arasında uşağın davranışları ilə bağlı fikir ziddiyyəti olmamalıdır.

-Atanın “olar”ları ilə ananın ” olmaz”ları üst üstə düşmürsə, bu zaman  uşaqdan tutarlı bir davranış gözləmək yanlışdır.

– Aşağın “cəza və mükafat” sistemi olmalıdır.

– Dünən verdiyiniz cəzanı və qadağanı sabah pozduğunuz zaman uşaqdan verdiyi sözlərin üstündə durmasını gözləmək doğru deyil. Ümumiyyətlə “özünü tərbiyyə et “prinsipi ilə yanaşmalı və uşaqla daha gözəl ünsiyyət qurulmalıdır. Öncəliklə valideyn uşaq üçün bir nümunədir.Övladlarınıza  əmrlər yox sevgi verin!

 

Psixoloq, refleksoloq Fazilə Camalova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir