Son zamanlar ölkəmizdə alternativ enerjiyə maraq artır. Bunun nəticəsində də günəş panellərinə olan maraq artıb. Günəş panelləri, günəş işığı enerjisini elektrik enerjisinə çevirən texnologiyadır. Günəş panelləri, yenilənəbilən enerji istehsalının bir forması kimi nəzərdə tutulur və həm ev, həm də ticarət və sənaye məqsədlər üçün istifadə olunur.
Əgər yer səthinə düşən günəş enerjisinin 0.0125 faizini istifadə etsək neft, qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çox enerji əldə etmək olar. Hazırda dünyanın 70-ə yaxın ölkəsində günəş enerjisindən istifadə olunur və bunun daha da artırılması istiqamətində perspektiv layihələr hazırlanır. Ölkəmizdə günəşli günlərin sayının çox olmasını nəzərə alsaq günəş panelindən istifadə Azərbaycanda da inkişaf etdirilməkdədir. Bu istiqamətdə böyük işlər görülür.
Bəs, evimizdə günəş paneli quraşdırmaq neçə manata başa gəlir?
Belə ki, günəş panelindən maksimun elektrik enerjisi almaq üçün günəşli havaların olması önəmlidir. Bu panellər buludlu havada belə 50 faiz güclə işləyir.
Günəş panellərinin dünyada əsas istehsalçısı Çin sayılır. Ölkəmizdə də bu panellər istehsal edilir. Lakin qiyməti ucuz deyil. Belə panellərin evlərə quraşdırılmasına xüsusi icazə tələb olunmur. Panellərin qiyməti gücünə görə 400-600 manat arasında dəyişir. Bu məbləğin üstünə digər avadanlıqları və quraşdırla məsrəflərini də gəlsək panel sayından aslı olaraq qiymətlər 8-12 min manat arası dəyişə bilər. Günəş panelləri il ərzində ortalama 300 gün evlərin təxminən 50% enerji tələbatını qarşılaya bilər. Günəş panellərinin ömrü təxminə 30 ildir. İstifadə olunan materialın növündən asılı olaraq müxtəlif çalarlarda olur. Ən böyük günəş paneli 700 wattdır. Ən çox istifadə edilən 550 watlıq panellərdir.
Lakin günəş panelləri ölkəmizə baha gəldiyindən özünü ödəmə müddəti çox vaxt aparır. Bu səbəbdən sahibkarlar günəş panellərinə çox da maraq göstərmir. Amma ötən illərə nisbətən maraq getdikcə çoxalır.