Cari ilin ilk beş ayı ərzində ölkədə 17 448 nikah və 8 795 boşanma hall qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,1-ə, boşanmaların sayı isə 2,2-dən 2,1-ə düşüb.
Boşanmaların sayının vaxtaşırı azalması və artmasına çoxdan öyrəncəliyik. Açıqlanan statistikada diqqətçəkən məqamılardan biri nikah bağlayanların sayının azalmasıdır.
Maraqlıdır, evlənənlərin sayının kəskin azalmasına səbəb nədir?
Bu suala cavab tapmaq üçün “Gencaile.az” saytının daimi eksperti, PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru, psixoloq M.Almara Ağaqızına müraciət etdik.
Fikirlərini bildirən mütəxəssis deyir ki, bu, təhlükəli tendensiyadır. İnsanlarda məsuliyyət hissi azalır. Boşananlardan daha çox mübahisəli ailələr çoxdur. Bəzən boşanmanı normallaşdırma kimi yanaşmanın şahidi oluruq. Nəzərə almaq lazımdır ki, Avropada və Azərbaycanda boşanmalar fərqli mənəvi zərbələr vurur. Ailədə mübahisə yeni nəslə mənfi təsir göstərir.
Ekspert onu da bildirir ki, gənclərin ailə qurmağa tələsməməsinin bir çox səbəbləri var. Burada mənfi və müsbət düşüncələr mövcuddur. Birinci səbəb maddi məsələ, ən başlıcası da ev məsələsidir. Əvvəllər gənclər qaynana-qaynata ilə birlikdə yaşamağa razı idilərsə, bu günkü gün nə oğlanlar, nə qızlar buna razı olmurlar.
Psixoloq onu da qeyd edir ki, son illər bir çox insanlar psixologiya ilə maraqlanmağa başlayır, ailənin yalnız evlənməkdən, yalnız uşaqla valideynin münasibətinin yeməkdən, isti geyindirməkdən ibarət olmadığını anlayırlar. Bu onları bir növ qorxudur.
Almara xanımın fikirncə, gəncləri qorxudan səbəblərdən biri isə kütləvi informasiya vasitələrində oxuduğumuz xəyanətə dair xəbərlərdir: “Tez-tez evli xanımların başqa kişilərə qoşulub qaçdığına, kişilərin ailəsini və övladını atıb getdiyinə dair xəbərlər oxuyuruq. Sosial şəbəkələrdən aktiv istifadə edən gənclik bütün bunları oxuyur və şüuraltı bir qorxu yaranır. Bu gənclər arasında bir-birinə inamsızlıq yaradır. Hər iki tərəfin ağlında “görəsən, o mənə sadiq həyat yoldaşı ola bilər ya yox?” sualı yaranır. Əlbəttə ki, bu insanları evlilik haqqında fikirlərini ikinci plana salır.”
Hazırladı: MƏTİN
Cəmiyyətdə baş verən hər şey biri-biri ilə sıx əlaqədədir, bir vəziyyətin sonu digərinin başlanğıcı və ya əksinədir. Evlənən hər 10 ailədən ən az 4-5-nin boşandığını görən subayın evlənmək üçün həvəsi, istəyi və ya marağı qalmır. Ailə qurmaq üçün ən vacib şərt olan güvən, etibar itir, gənclər biri-birinə inanmır, hamı biri-birinin qarşı tərəfdən umacağının olduğunu düşünür.
Tərəflər evlənməyə qərar verir, toy hazırlıqlarına başlanılır, bundan sonra problemlər bulaq kimi qaynayır. Kimsə biri-birinə güzəştə getmək istəmir, alınacaq əşyaların, qızıl-zinətin ən bahalısını tələb edən qız qalib olur, qayınana da istədiyi cehizi gətirtdirir. Bütün bunların fonunda tərəflər mənəvi böhran keçirdiklərinin fərqində olmurlar.
Gənclər də ətraflarındakı boşanma hallarını görüb evlənməkdən qorxurlar. Çünki evləndikdən sonra onları nəyin gözlədiyini təxmin edə bilmirlər – ya xoşbəxtlik, ya bədbəxtlik – heç birinə əmin deyillər
Aktual problemlerden daha birine toxundugunuz ucun tesekkurler
Cəmiyyətdə ailə münasibətləri ilə bağlı düşüncə tərzinin dəyişməsi evliliklərin azalmasına və ya bitməsinə səbəb ola bilərmi?
Camaat “ev”lənə bilir ki, evlənə də 😀
Evlilik məsuliyyət olsa da, bunu artıq yük kimi görən insanların sayı kifayət qədər artıb.
Əvvəllər evlənməyən insan kiminləsə vətəndaş nikahında yaşaya bilmirdi, yaxud bunu yaşasa belə cəmiyyət tərəfindən qınağa məruz qalırdı. Amma indi bu, belə deyil. Bəziləri buna “avropalaşmaq” deyir, bəziləri “inkişaf”, “azadlıq”…”.
Qadınlar düşünür ki, ailə qurub ayrılacamsa, uşaqla qalacamsa, tək yaşasam, daha yaxşıdır. Çünki hazırda boşanmalarla bağlı tendensiya müşahidə olunur və bu da onları qorxudur.