Fazile Camalova

Fazilə Camalova: “Sağlam uşaq ahəngdar inkişaf edir”

Baxış sayı: 920

Son vaxtlar saytımıza oxucular tərəfindən uşaq psixologiyası ilə bağlı xeyli sualların göndərilməsi “Oxucular soruşur” rubrikasında psixoloq, refleksoloq Fazilə Camalova söhbətləşməyimizi, oxuculaımızdan gələn sualları ünvanlamğımızı şərtləndirdi.

 

– Bir psixoloq kimi sizə əsasən hansı problemlərlə üz tuturlar?

– Hər zaman valideynləri övladlarının psixoloji sağlamlığı ilə bağlı problemlər  narahat edir, Əsasən, davranış pozuntusu,  diqqət əskikliyi, yaddaş problemləri, aqressiya, qorxu və fobiyalar, dırnaqyemə, kəkələmə, stress, hipperaktivlik, enurez,  autizm, ünsiyyət problemi, nitq pozuntuları kimi problemlərlə müraciət edirlər.

Fazile Camalova

-Uşaq psixoloqu olmaq necə hissdir?

-Təbii ki, psixoloq olmaq çox gözəl və məsuliyyətli bir peşədir. Uşaq psixoloqu olmaq isə həm əyləncəli, həm sevincli bir hissdir. Onların həyata sağlam addımlaması üçün hər zaman əlimdən gələnin ən gözəl etmişəm, edirəm və edəcəm.

 

Uşağın sağlam böyüməsi üçün tərbiyə metodu necə seçilməlidir?

– Uşaqların sağlam böyüməsi üçün bir sıra faktorlar  mühüm rol oynayır. Uşaqların sağlamlığı anlayışına biz onların fiziki aspektini və psixoloji vəziyyətini, eləcə də emosional vəziyyətini daxil edirik. Sağlam uşaq ahəngdar inkişaf edir. Sağlam uşaq şən, aktivdir, yaxşı yeyir, zövqlə oynayır, mehribandır və valideynlərə problem yaratmır. Uşağın sağlamlığına genetik, sosial və ətraf mühit, gigiyena və bir çox digər amillər təsir edir. Ancaq əsasən, uşağın sağlamlığı onun valideynlərindən və onların birgə səylərindən asılıdır.

 

-Hansı yaş qrupu uşaqlarla işləmək daha asan və həlledicidir: erkən uşaqlıq yaşı yoxsa məktəb yaşlarında?

-Ümumiuyətlə mənə elə gəlir ki, bunun bir o qədər də önəmi yoxdur, çünki müraciət hansı qrupdan gəlsə, onunla çalışmaq lazımdır. Vacib olan isə odur ki, uşağın problemi uşaqlıq yaşında aşkarlanmalı həll yolu tapılmalıdır.

Fazile_Camalova-removebg-preview (1)

– İndi ki, zamanda kompyuter və telefonların təsirindən uşaqlarda özünəqapalılığın müşahidə olunduğunu bilirik. Belə halda autizmli uşaqlarla bu uşaqları necə ayırd etmək olar?

Auitizm spektr pozuntusu olaraq tanınır və səbəbləri genetikaya eyni zamanda isə dərin bir problemlərə dayanır.  Uşaqlarda telefon və komputer asılılığı onların sosial adaptasiyasını zəiflədir və özünə qapanmalar yaranır.  Bu isə davranış pozuntusu olaraq və ya asılılığı olaraq bilinir.

 

– Psixoloq kimi ehtiyac olduqda özünüz da həmkarlarınızdan dəstək alırsınızmı?

– Mənə elə gəlir ki, zaman-zaman hər bir insanın yaşından asılı olmayaraq  psixoloqa ehtiyacı olur. Ehtiyac olduğu zaman normal düşüncəli fərdlər kimi həmkarlarımıza müraciət edirik və lazimi dəstəyi alırıq.

                    

Təqdim etdi: İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir