“Gencaile.az” saytı bu gündən etibarən “İmmunitet”’ rubrikasına start verir. Həkim Mütəxəssis-İnfeksionist Nilufər Məmmədovanın məqalələrinin təqdim olunacağı sözügedən rubrikada xüsusən valideynlər övladlarının sağlamlığı ilə bağlı onları narahat edən suallara cavab tapacaqlar.
Bağırsaq qurdları, xüsusilə uşaqlar arasında geniş yayılmışdır. Bu parazitlər, sanitariya şərtlərinin kifayət qədər yaxşı olmadığı mühitlərdə asanlıqla yayılaraq uşaqların sağlamlığına təsir edir. Buna görə də, məktəblərdə və bağçalarda uşaqları parazitlərdən qorumaq üçün effektiv tədbirlər görmək çox vacibdir. Tətbiq edəcəyimiz tədbirlərlə uşaqlarımızı qurd xəstəliklərindən qoruya bilərik. Bəs bu tədbirlər nələrdir?
1) Uşaqlara şəxsi gigyena qaydalarının əhəmiyyəti öyrədilməli və bu vərdişlər qazandırılmalıdır. Yeməkdən əvvəl və tualetdən sonra əllərin sabun və bol suyla yuyulması uşaqlara öyrədilməli, dırnaqların qısa və təmiz saxlanılmasına nəzarət olunmalıdır.
2) Uşaqların müntəzəm olaraq tibbi müayinələrdən keçirilməsi, xüsusilə bağırsaq qurdlarının aşkarlanması üçün nəcis testi kimi üsullardan istifadə edilməsi həm xəstəliyin irəliləməsinin qarşısını ala, həm də erkən diaqnoz qoyulması ilə xəstəliyin başqa uşaqlara yayılmasının qarşısı alına bilərik.
3) Uşaqların təmiz su içməsi və yaxşı yuyulmuş meyvə və tərəvəzlər istifadə etməsinə diqqət yetirməli,məktəblərdə verilən yeməklərin sanitariya şərtlərinə uyğun hazırlanması diqqətə alınmalıdır. Tərəvəz və meyvələrin yaxşıca yuyulmuş olduğundan əmin olunmalıdır.
4) Məktəbdə oyun sahələri və siniflər müntəzəm olaraq dezinfeksiya edilməlidir. Uşaqların oynadığı qum qutuları, idman sahələri və sinifdəki əşyalar sanitariya qaydalarına uyğun şəkildə mütəmadi olaraq təmizlənməlidir.
5) Müəllimlər və valideynlər, bağırsaq qurdlarının yayılması və necə qoruna bilərik haqqında uşaqların başa düşəcəyi xüsusi üsullardan istifadə edib uşaqları maarifləndirməlidirlər. Məktəblərdə və bağçalarda infeksiyalardan qorunmaqla bağlı maarifləndirici plakatlar asılmalıdır.
6) Uşaqlar arasında oyuncaqlar, qidalar və digər əşyaların paylaşımı nəzarət altında olmalıdır. Xüsusilə, şəxsi əşyaların (döşək, daraq və s.) paylaşılmaması haqqında uşaqlar başa salınmalıdır.
7) Uşaqların immun sisteminin xəstəliklərlə mübarizə qabiliyyətini gücləndirəcək bir qidalanma rejimi təmin etməli, bəslənmə çantalarına meyvə,tərəvəz, protein tərkibli qidaların qoyulmasına diqqət etməliyik. Bu tədbirlər, bağırsaq qurdlarının bədəndə qalmasını çətinləşdirir.
Edəcəyimiz bu tədbirlər uşaqlarımızı qurdlardan və digər infeksiyalardan qorumaq üçün mühüm addım olacaqdır.
Məqalə çox faydalı və praktiki tövsiyələrlə doludur. Uşaqlarımızın bağırsaq qurdlarından qorunması üçün təqdim olunan tədbirlər çox dəyərlidir. Məncə, məktəblərdə və bağçalarda bu məlumatların mütəmadi olaraq təkrarı çox vacibdir.
Çox maraqlı və ətraflı bir yazı! Məqalədəki tövsiyələr sadə və aydın şəkildə təqdim olunub, hər bir valideynin asanlıqla tətbiq edə biləcəyi üsullardır. Belə mükəmməl məlumatlar üçün sizə minnətdaram
Məktəblərdə və bağçalarda uşaqların bağırsaq qurdlarından qorunması çox önəmlidir və bu məqalə bu mövzuda əslində çox kömək edir. Məqalənin təqdim etdiyi məlumatlar real həyatda tətbiq oluna bilər və uşaqlarımızın sağlamlığını qorumağa kömək edəcək
Bu məqalə uşaqların sağlamlığını təmin etmək üçün çox vacib olan məsləhətlər təqdim edir. Təklif olunan gigiyenik tədbirlər və preventiv metodlar çox dəyərlidir. Məktəb və bağça mühitində bu məlumatların daha çox yayılması mütləqdir.
Təşəkkürlər doktora. Yazı məktəb və bağçaların gigiyena məsələlərini çox yaxşı işıqlandırır. Təklif olunan tövsiyələr valideynlər və müəllimlər üçün çox faydalıdır. Məqalənin formatı və təqdimatı da çox yaxşıdır,
Bu məsələ ilə bağlı məlumatların daha da genişləndirilməsi çox vacibdir. Məsələn, bağçalarda uşaq təmizliyinə necə diqqət yetirilə biləcəyini izah edən konkret təkliflər çox faydalı olar. Mənim fikrimcə, uşaqların əllərini yumağı öyrənmək üçün xüsusi dərslərin olması da yaxşı bir fikir olardı
Məktəblərdə və bağçalarda bağırsaq qurdlarından qorunma üsulları ilə bağlı məlumatlılığın artırılması üçün müntəzəm olaraq seminarlar və təlimlər keçirilməlidir. Uşaqların sağlamlığını qorumaq üçün, məktəb və bağça rəhbərləri tərəfindən valideynlərə də məlumat verilməlidir.
Mənim fikrimcə, məktəb və bağçalarda müntəzəm sanitariya və təmizliyə çox diqqət yetirilməlidir. Həmçinin, uşaqların qidalanmasına nəzarət edilməsi və onların sağlam qidalanma vərdişlərinin inkişaf etdirilməsi də çox önəmlidir.
Bağçaların və məktəblərin təmizliyinə əlavə olaraq, uşaqların fərdi gigiyena vərdişlərini inkişaf etdirmək də çox vacibdir. Uşaqlara əllərin müntəzəm yuyulmasının, şəxsi əşyaların paylaşılmamasının önəmini öyrətmək üçün maraqlı və interaktiv metodlardan istifadə etmək yaxşı olar
Valideynlerin anlayacagi dilde yazilmis cox maariflendirici meqaledir.
Mence de bele yazularin olaması faydalııdır. Hansısa açıq-saçıq şekiller paylasmaqdansa bele yazilar yaxsidir
Mene ele gelir ki tedris ili erefesinde faydali ola bilecek yazidir. Tesekkurler Nilufer xanim
Havalar soyuduqdan sonra usaqlari infeksiyadan nece qorumali oldugumuzla bagli da meqale olsa yaxsi olar