Fazile Camalova

Azyaşlıların məktəb fobiyası – MÜTƏXƏSSİS YAZIR

Baxış sayı: 701

Kiçik yaşlı uşaqlar ilk dəfə məktəbə qədəm qoyduqları zaman həyəcan keçirirlər. Uşaqda baş verən ciddi narahatlıqlar baş verir. Həyəcan səbəbiylə uşağın məktabdən imtina etməsi, anasının onunla birlikdə sinifdə oturmasını tələb etməsi, ağlaması, ürəkbulanma, qarnının ağrıması emosional cəhətdən narahatlığından xəbər verir. Məktəbə gedən uşaqların çoxunda bu kimi halların baş verməsi normaldır. Hər məktəbə getmək istəməyən uşaq üçün bunu demək olmaz. Çox uşaqlar səhərlər yuxudan oyanmaq istəmədiyi üçün məktəbə getmək istəmir, məktəbdə isə hər şey qaydasında olur. Məktəb fobiyası olan uşaqlarda isə əksinə, məktəbə getmədiyi vaxt özünü çox xoşbəxt hiss edir, heç bir əlamət özünü göstərmir.

3 yaşa qədər uşaqlar anaya bağlı olurlar. 3 yaşdan 5 yaşa qədər olan dövrdə valideynlər  uşağın şəxsiyyətinin inkişafı üçün çalışmalıdır. 6-10 yaş dövrü  kiçik məktəb yaşı dövrü kimi göstərilir. Bu yaş dövrü uşaq həyatında ciddi dəyişikliklərin baş verdiyi dövrdür. İndiyə qədər oyun oynayan uşaq, artiq həyata ilk addımını atır. İndi uşaqlar 5 yaşdan məktəbəhazırlıq qruplarına cəlb olunduğu üçün məktəbə başlayan şagird, məktəblə artıq tanışdır. Sinifdə özünü necə aparmağı, dərsdə necə davranmağı, sinifdən müəllimin icazəsi ilə çıxmağı, verilən tapşırıqları yerinə yetirməyi, yaşıdları ilə davranmağı az da olsa bilirlər. Əsas vəzifəsi oyun oynamaq olan bir uşaq artıq şagirddir və özünə məxsus tələbləri vardır.  Lakin bu o demək deyil ki, uşaq artıq oyunla vidalaşmalı, ancaq dərslə məşğul olmalıdır. Bəzən valideynlər məhz bu cür düşünür. Övladı məktəbə başlayan kimi onun oyuncaqlarını ortalıqdan qaldırır.

Müəllim obrazı indiyə qədər uşağın həyatında var olan digər insanlardan fərqlənir. O şagird qarşısında konkret tələblər, tapşırıqlar qoyur. Şagird üçün ən mühüm şəxsə çevrilir.

Övladı məktəb həyatına qədəm qoymuş valideynin də qarşısında mühüm vəzifələr dayanır. Valideyn hər halıyla uşağın yanında olduğunu hiss etdirirsə, uşaq düşdüyü yeni şəraitə daha asan uyğunlaşır. Yaranan çətinlikləri birgə həll edə biləcəyi valideyni varsa, sagird həvəslə yoluna məktəbə gedir və dərslərini oxuyur. Valideyn övladına sakit və rahat yanaşarsa, övladı daha çox uğur əldə edəcək. Nə qədər çox dəstək olunsa bir o qədər nəticə gözəl olar.

 

Fazilə Camalova

Psixoloq, refleksoloq




6 şərh “Azyaşlıların məktəb fobiyası – MÜTƏXƏSSİS YAZIR

  1. Aynur Sultanova

    Məqalənin valideynlərin roluna verdiyi önəm çox doğrudur. Valideynlərin uşaqlarına dəstək olması və onların məktəbə uyğunlaşmasına kömək etməsi məsələsi yaxşı şəkildə vurğulanıb. Bununla yanaşı, valideynlər üçün praktiki tövsiyələr və nümunələr əlavə etmək faydalı olardı. Məsələn, valideynlərin məktəbə başlamış uşaqları ilə necə müzakirələr aparması və hansı yanaşmaların daha effektiv olduğu barədə daha çox məlumat təqdim oluna bilərdi

    Cavabla
  2. Kamil Memmedov

    Çox sağ olun, Fazilə xanım. Uşaqların məktəbə keçid dövrünü və məktəb fobiyasını yaxşı şəkildə açıqlamısınız. Uşaqların məktəbə getməkdə yaşadığı həyəcan və narahatlıqların müxtəlif səbəbləri ətraflı təsvir olunub. Məktəb fobiyasının nə olduğunu və bunun necə fərqləndiyini izah etmək çox faydalıdır. Məqalə həmçinin uşaqların yaş dövrlərinə görə inkişafını mükəmməl bir şəkildə izah edir, bu da valideynlər üçün aydınlaşdırıcı bir baxış təqdim edir

    Cavabla
  3. Vəliyeva Fidan

    Cox gözəl yazırsız ee həqiqətən adam baxir heyrətə gəlir sizə😍😍😍

    Cavabla
  4. Zivər xanım

    Məqalə ümumilikdə çox məlumatlandırıcı və dəyərli bir mənbədir. Uşaqların məktəbə adaptasiya prosesini anlamaqda kömək edir. Lakin, bəzi hissələrdə daha ətraflı statistik məlumatlara və araşdırma nəticələrinə yer verilməsi məqalənin elmi əsaslarını gücləndirə bilər. Ayrıca, uşaqların məktəb fobiyası ilə mübarizə aparmaq üçün istifadə oluna biləcək spesifik strategiyalar və üsullar təqdim edilsəydi, daha praktiki və faydalı olardı.

    Cavabla
  5. Məhbubə Əmirli

    Məqalənin strukturu yaxşı qurulub və məzmun mütənasib şəkildə təqdim edilib. Lakin, bəzi yerlərdə konkret nümunələr və real həyatdan götürülmüş hadisələr əlavə edilsəydi, məqalə daha təsirli olardı. Məsələn, məktəb fobiyası yaşayan uşaqlardan bəhs edən real nümunələr təqdim etmək oxucuların mövzunu daha yaxşı anlamasına kömək edə bilər.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir