Əlilliyi olan uşaqların məktəbəqədər məssisələrə sadəcə fiziki surətdə daxil olunması deyil, həm də inklüziv təhsil qrup mühitində hər bir uşağın başqaları ilə birlikdə tədris prosesində iştirak etmə hüququnu nəzərdə tutur. İrq, cinsi fərqlər, eləcə də xüsusi fərq və müxtəlif qabiliyyətlər bu hüquqa təsir göstərmir. Öz qabiliyyət və ehtiyaclarından asılı olmayaraq uşaqların hamısı qrupun tamhüquqlu üzvü sayılır. İnklüziv təhsilin bu konsepsiyası “Bütün uşaqlar dəyərli və cəmiyyətin fəal üzvləridir” kimi əsas demokratik ideyalardan birini əks etdirir. Belə ki, uşaqlar sağlam və əlilliyi olanlara bölünmür, öz fərdi xüsusiyyətləri, ehtiyacları və istedadları olan ayrı-ayrı şəxsiyyətlər kimi nəzərdən keçirilir və daima təlim prosesində dəstək alırlar.
İklüziv təhsildə psixoloji dəstək necə olmalıdır?
İklüziv təhsildə psixoloji dəstək, şagirdlərin fərdi ehtiyaclarına uyğun şəkildə aşağıdakı kimi təşkil edilməlidir.
- Fərdi yanaşma: Hər bir şagirdin xüsusi ehtiyacları, güclü tərəfləri və çətinlikləri var. 1Psixoloq, şagirdin fərdi inkişafını və sosial bacarıqlarını nəzərə alaraq fərdi dəstək planları hazırlamalıdır.
- Müəllimlərlə əməkdaşlıq: Müəllimlərə psixoloji dəstək göstərmək, onların inklüziv yanaşmalarını gücləndirə bilər. Psixoloqlar, müəllimlərə strategiyalar təqdim edərək, sinif mühitini daha inklüziv hala gətirə bilərlər.
- Sosial bacarıqların inkişafı: Şagirdin sosial bacarıqlarını artırmaq üçün xüsusi proqramlar və fəaliyyətlər təşkil etmək vacibdir. Bu, şagirdin digər sinif yoldaşları ilə daha yaxşı əlaqə qurmasına kömək edəcək.
- Stress idarəsi: Şagirdə stress və emosional çətinliklərə qarşı mübarizə yollarını öyrətmək üçün seminarlar və qruplar təşkil etmək faydalıdır. Uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq yaşa uyğun oyun terapiyası və rollu oyunlar çox effeklidir.
- Ailələrə dəstək: Ailələrin rolu da önəmlidir. Onlara psixoloji dəstək təqdim etmək, evdə dəstəyi artırmaq üçün əhəmiyyətlidir.
- Monitoring və qiymətləndirmə: Şagirdin inkişafını izləmək və psixoloji dəstəyi daim qiymətləndirmək xidmətin effektivliyini artırır.
Sağlamlıq imkanları məhdud uşağın vəziyyəti yalnız onun özünə təsir göstərmir. Zaman-zaman bu vəziyyət ailədaxili münasibətlərdə münaqişənin yaranmasına səbəb olur. Burada kənardan gələn təsirlərin də: nənələr, babalar, dostlar və s. rolu böyükdür. Təbii ki, bu vəziyyət ailədən ailəyə dəyişir, valideynlərin şəxsi xüsusiyyətləri və onların bir-biri və ətrafdakıların onlara nə dərəcədə dəstək verməsindən asılı olur. Ailələr adətən sağlamlıq imkanları məhdud uşağın probleminin tez bir zaman içərisində həll olmasını gözləyirlər. Bunun uzun zaman və böyük səbr tələb etdiyini görəndə ümidləri puç olan valideynlər övladlarını reabilitasiya mərkəzlərinə aparmaq istəmirlər. Bu səbəbdən maarifləndirmə və təbliğat işlərinin aparılması vacibdir.
İnklüziv təhsil zamanı ailələrə dəstək və valideyinlərin təlim prosesinə cəlb edilməsi
İnklüziv təhsil zamanı ailələrə dəstək vermək və valideynləri təlim prosesinə cəlb etmək üçün bir neçə effektiv yanaşma var:
- Təlim proqramları: Valideynlər üçün mütəmadi olaraq inklüziv təhsilin əhəmiyyəti, fərdi inkişaf və dəstək strategiyaları barədə təlimlər təşkil edin. Bu, onların bilik və bacarıqlarını artırar.
- Valideyinlərlə əməkdaşlıq: Müəllimlər və psixoloqlar valideynlərlə sıx əməkdaşlıq qurmalı, onların fikirlərini dinləməli və təkliflərini nəzərə almalıdır. Ailələrin təkliflərini dəyərləndirmək, onlara özlərini prosesin bir hissəsi kimi hiss etdirməyə kömək edir.
- Açıq qapı günləri: Müxtəlif tədbirlər və açıq qapı günləri keçirərək, valideynlərə məktəbdə baş verənlər haqqında məlumat vermək, onların məktəbə daha çox cəlb olunmasına imkan tanıyır.
- Dəstək qrupları: Valideynlər üçün dəstək qrupları yaradın. Bu qruplar, təcrübə mübadiləsi və emosional dəstək üçün əla bir platforma ola bilər.
- Fəaliyyətlərdə iştirak: Valideynləri müxtəlif tədbirlərdə, layihələrdə və fəaliyyətlərdə iştirak etməyə təşviq edin. Bu, onların məktəb mühitinə daha yaxınlaşmasına və övladları ilə birgə aktiv olmasına imkan tanıyır.
- Müntəzəm əlaqə: Valideynlərlə müntəzəm olaraq əlaqə saxlayın. E-poçt, telefon zəngləri və ya mesajlar vasitəsilə onların narahatlıqlarını dinləmək və dəstək vermək əhəmiyyətlidir.
- Rəy və Feedback: Valideynlərin fikirlərini toplamaq üçün anketlər və müzakirələr təşkil edin. Bu, onların düşüncələrini dəyərləndirməyə və təlim prosesini daha yaxşı anlamağa kömək edir.
- Məktəb İcması: Valideynləri məktəb icmasının bir hissəsi kimi görmək, onların iştirakını artırar. Müxtəlif ictimai tədbirlərində iştirak etməyə təşviq edərək məktəblə bağlılıqlarını artırmaq məqsədəuyğundur.
Bu yanaşmalar, valideynlərin təlim prosesinə aktiv şəkildə cəlb olunmasına və inklüziv təhsilin uğurla həyata keçirilməsinə kömək edəcək. Çünki, təhsilin və uşaqların inkişafında valideyin, şagird, müəllim üçbucağının səmərəli qurulması vacibdir.
Valideyinlər arasında dəstək qrupları
Valideynlər arasında dəstək qrupu yaratmaq üçün aşağıdakı təklifləri nəzərdən keçirək:
- Təşkilati məlumatlandırma: İlk addım olaraq, valideynlərə dəstək qrupunun məqsədi və faydaları haqqında məlumat verin. İnformativ broşürlər, e-poçtlar və ya məktəb veb saytında elanlar yayımlamaq olar.
- İlkin görüş: Valideynlər üçün tanışlıq tədbiri təşkil edərək bir-biri ilə tanış olmaq, fikirlərini bölüşmək və qrupa dair gözləntiləri müzakirə etmək imkanı yaradacaq.
- Mütəmadi görüşlər: Qrup üçün müntəzəm görüşlər təyin edərək müxtəlif mövzular, problemlər və təcrübələr müzakirə etmək olar..
- Fasilitator istifadəsi: Qrupun daha səmərəli fəaliyyətini təmin etmək üçün hər dəfə müxtəlif sahələr üzrə mütəxəssis dəvət edilməsi faydalı ola bilər. Bu şəxs, müzakirələri yönləndirə və iştirakçıların daha açıq olmasına kömək edə bilər.
- Mövzu seçimi: Valideynlərin maraqlandığı mövzular üzrə görüşlər təşkil edin. Bu, onların daha çox iştirak etməsini təşviq edə bilər. Məsələn, inklüziv təhsil, emosional dəstək, sosial bacarıqlar və s.
- Onlayn platforma: Fiziki görüşlər çətin olduqda, valideynlər üçün onlayn bir platforma (məsələn, WhatsApp qrupu və ya Facebook qrupu) yaradıla bilər. Bu, iştirakçıların daha asan əlaqə saxlamasına və dəstək verməsinə imkan tanıyar.
- Rəy: Valideynlərdən davamlı olaraq rəy alın. Bu, onların ehtiyaclarına uyğun olaraq qrupun inkişafını təmin edəcək.
- Tədbirlər: Müxtəlif sosial tədbirlər, pikniklər və ya seminarlar təşkil edərək, valideynlərin bir-biri ilə daha yaxınlaşmasını təmin etmək olar.
- Uğurların Paylaşılması: Qrupda müsbət dəyişiklikləri, təcrübələri və nailiyyətləri paylaşmaq motivasiyanı artırar və valideynlər arasında bağları gücləndirər.
Bundan əlavə uşaq poliklinikalarında sahəkimlərinin valideyinlərlə maarifləndirici görüşlərini təşkiletmək lazımdır. Çünki, əksər valideyinlər xüsusi qayğıya ehtiyacı olan uşaqlarını inklüziv məktəblərə yazdırmaq üçün tibbi-pedaqoji-psixoloji komissiyanın müayinəsindən keçirməkdən ötrü sahə həkimlərinə müraciət etməli olduqlarından xəbərsizdir. Komissiyaların təşkilinin məhdud olması, əhalının onların iş stukturu ilə tanış olmaması çətinliklər törədir.
Günay İsmayılova
“İnclusive Edu Academy” şirkətinin rəhbəri, İnklüziv təhsil mütəxəssisi, ADPK-nin müəllimi
İnklüziv təhsilin tətbiqində qarşılaşılacaq çətinliklər, məsələn, resursların olmaması və müəllimlərin hazırlığı kimi məsələlər yazıda daha çox vurğulanmalıdır. Bu, ideya ilə real dünya arasındakı uyğunsuzluğu göstərir.
Əlilliyi olan uşaqların inklüziv təhsil mühitinə cəlb olunması çox gözəl vurğulanıb. Bu yanaşma, uşaqların sosial bacarıqlarını inkişaf etdirmək və onları cəmiyyətin fəal üzvləri halına gətirmək baxımından əhəmiyyətlidir.
Valideynlər üçün təlim proqramlarının keçirilməsi, onların daha məlumatlı olmasına və uşaqlarına daha yaxşı dəstək verməsinə kömək edir.
Ailələrə dəstək vermək üçün təqdim olunan yanaşmalar, onların prosesə cəlb olunmasını artırır və məktəb ilə valideynlər arasında müsbət əlaqələrin qurulmasına şərait yaradır.
İnklüziv təhsilin tətbiqində qarşılaşılacaq çətinliklər, məsələn, resursların olmaması və müəllimlərin hazırlığı kimi məsələlər yazıda daha çox vurğulanmalıdır. Bu, ideya ilə real dünya arasındakı uyğunsuzluğu göstərir.