26102_z80xhlc819

Dünyanın ən qəribə dinləri və inancları

Baxış sayı: 329

Dünyanın üç əsas monoteist dini – iudaizm, xristianlıq və İslamdan başqa, yetərincə azsaylı ardıcılı olan inanclar mövcuddur. Bəşər tarixi sanki bu xalqlar və qəbilələr üçün yazılmayıb, XXI əsrdə yaşasaq da, bu insanlar ta qədimdən gələn etiqadlarını itirməyiblər. onlarla yanaşı, yeni din icad edən “peyğəmbərlər” də doğulur.

Beləliklə, az saylı dini icmaların bəzisi haqda məlumatı oxucularına çatdırır.

Sirius ulduzuna səcdə edənlər – Afrikanın Doqon tayfası qəribə dini inancı ilə seçilir. Doqonlar Sirius ulduzuna tapınırlar və hesab edirlər ki, onların əcdadı ilahə Nom-Mo (yarıinsan-yarıilan) həmin ulduzun ətrafında kosmik aparat vasitəsilə dövr edir.

Qeyd edək ki, doqonlar avropalı astronomlardan öncə səmada 2 Sirius ulduzunun olduğunu bilirdi.

Adamyeyən tanrı Baksbakualanksveyə səcdə edənlər – Kanadadakı bəzi hindu tayfaları bu tanrıya səcdə edərkən insan əti yeyirdilər. Lakin son illərdə Baksbakualanksveyə sitatiş ayini zamanı hindular ən pis halda bir-birini dişləməklə kifayətlənirlər.

Dəlikçilər – XIX əsrin ortalarında Rusiyanın Sibir bölgəsində meydana gələn pravoslav sektandır. Onlar hesab edirdilər ki, patriarx Nikonun ölümündən sonra yeni ikonaların müqəddəsləşdirən din xadimi olmayıb, qədim ikonalar isə dinsizlər tərəfindən təhrifə uğrayıb. Buna görə də dəlikçilər Şərqə tərəf dua etməyi təklif edirdilər. Onlar hesab edirdilər ki, bu istiqamətdə dua deyilərsə, Tanrı insanı eşidəcək. Yay aylarında açıq sahələrdə dua edən dini sekta qışın soyuğunda öz evlərinin şərqə baxan divarlarında deşiklər açaraq bu aralıqdan dua edirdilər.

Cayonizm – Hindistanda 5 milyondan artıq ardıcılı olan dindir. Caynistlərin əsas prinsipi canlı varlıqlara zərər verməməkdir. Buna görə onlar ət yemir və heç zaman əllərinə silah götürmürlər. Caynistlərin bəziləri “şvetambarı” (“işığa bürünmüşlər”) adlanırlar. Şvetambarilər heç zaman əyinlərinə paltar geyinmirlər.

Xüsusi tənzif vasitəsilə hava alan din nümayəndələri bununla hər hansı canlıya zərər vermədikləri fikrindədirlər. Onlar hərəkət edən zamanı əllərindəki xüsusi süpürgə vasitəsilə yollarını təmizləyirlər.

 

Caynizm qida qəbuluna qarşı çox ciddi yanaşır və aclıqdan ölən tərəfdarlarını müqəddəsliyin zirvəsində görürlər. Bununla belə caynistlər sələmçiliklə məşğul olur və borcunu gecikdirənlərlə amansız rəftar edirlər.

Silkələnənlər – 1774-cü ildə amerikalı qadın Enn Li tərəfindən əsası qoyulan dini sektadır. Enn Li hesab edirdi ki, tanrını dərk etmək üçün insanlar əldən düşənə qədər rəqs etməli və silkələnməlidirlər. Adətən, silkələnərək özlərini taqətdən salan sekta üzvləri “orgiya” ilə məşğul olurdular. Bu orgiyalar zamanı doğulan uşaqlar müqəddəs elan olunurdular. XIX əsrdə populyar olan “silkələnənlər” təriqəti hazırda cəmi 7 üzv ilə təmsil olunur.

Parazitlərə səcdə edənlər – Braziliyadakı Tapirape tayfasına məxsus qəribə dini inamdır. Tapirapelər hesab edirlər ki, dünyanı yaradan ruhlar birə və bit kimi parazitlərə yerləşiblər. Özünü bit və birəyə bürüyən hindular hesab edirlər ki, bununla onlar bütün günahlardan təmizlənir və yaradanın səsini eşidirlər.

Bu proseduru qəbul etməyən tayfa üzvləri isə “ruhların tərk etdiyi adam kimi” damğalanaraq icmadan qovulurlar.

Raeliançilər – Kanada jurnalist Klod Raelin yaratdığı yeni dinlərdən sayılır. Raelin sözlərinə görə, onun doğma atası yadplanetli olub və ölümündən öncə oğluna etiraf edib ki, kosmosun dərinliklərində Yer kürəsini xilas edəcək “uçan boşbaq” mövcuddur. Lakin bu “boşqab”ın Yerə çatıb onu xilas etməsi üçün insanların ona inanması lazımdır. Klod Rael iddia edir ki, insanların inamı “üçan boşqab”ı idarə edir və bu inam güclü olduqca o daha tez Yerə səthinə çatacaq. Maraqlıdır ki, hazırda 50 mindən artıq insan özünü “raelinçilər” hesab edir.

Karqoya (yükə) inananlar – İkinci Dünya müharibəsi zamanı Okeaniyada meydana gələn dini inancdır. 1945-ci ildə amerikalılar bu adalara desant çıxarırdılar. Özləri ilə hazır yüklər və ərzaqlar gətirən amerikalı əsgərlər bu nemətləri yerli sakinlərlə bölüşürdülər. Nəticədə Okeaniya sakinləri amerikalıların gətirdiyi konserv bankalarına sitayiş etməyə başladılar. Onlarda belə bir inam formalaşıb ki, konserv bankalarına inamları nə qədər güclü olarsa, göydən onlar bir o qədər çox ərzaq düşəcək. Ada sakinləri nəqliyyat təyyarələri üçün eniş meydançaları düzəldirlər və ümid edirlər ki, karqo (yük) dolu təyyarələr (onları öz əcdadlarının elçiləri hesab edirlər) həmin meydançalara eniş edərək ərzaq gətirəcəklər.

Maradona kilsəsi – Futbol ulduzu Dieqo Armando Maradonta tapınanların yaratdığı dini sektadır. Dünya üzrə bir neçə min üzvü olan kilsə Maradonaya və futbola ali sevgi hiss aşılayır. “Maradona kilsəsi”nin 10 qızı qaydasından birinə görə icmaya üzv olan hər bir şəxs özünün və övladlarının ikinci adını mütləq olaraq Dieqoya dəyişməlidir.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir