Uşaqlarda pedaqoji bacarıqlar oyuncaqlar, didaktik vəsaitlərlə, oyunlarla hələ körpəlik dövründən inkişaf etdirilməlidir. Uşaq yaşında qazanılan pedaqoji bacarıqlar onların inkişafına mühüm təkan verir. Belə olduğu halda uşağın psixoloji, sosioloji, psixo-motor, emosional inkişafı normalarla uyğun olur.
Məktəbəqədər yaş dövründə uşaqlar üçün əsas fəaliyyət növü oyun fəaliyyəti hesab olunurdusa, məktəbyaşlı uşaqlarda bu fəaliyyət təlim fəaliyyəti ilə əvəz olunur. Uşaqlar təlim fəaliyyəti hesabına bir çox pedaqoji bacarıqlara yiyələnir ki, bu bacarıqlar onların idraki (koqnitiv) sferasının inkişafında, şəxsiyyət kimi formalaşmasında, habelə cəmiyyətə adaptasiya olmasında birbaşa rol oynayır. Uşaqlarda pedaqoji bacarıqlar dedikdə oxuma, yazma, ətraf-aləm haqqında sadə təsəvvürlər, riyazi bacarıqlar, eyniləşdirmə, müəyyən anlayışların öyrənilməsi və s. nəzərdə tutulur. Bu bacarıqlar sayəsində uşaqlar nəinki müəyyən biliklərə sahib olur, hətta şəxsiyyət kimi yetişir, bir-birilə ünsiyyət yaradır, sosiallaşırlar. Pedaqoji bacarıqlar uşaqların nitq inkişafında da əvəzsiz rol oynayır. Belə ki, nitq ünsiyyət əsnasında yaranır, pedaqoji biliklər sayəsində daha da inkişaf edir.
Yeniyetməlik dövründə əsas fəaliyyət ünsiyyət olsa da, təlim fəaliyyəti yenə də öz dominantlığını qoruyub saxlayır. Yeniyetmələr qazandığı pedaqoji bilik və bacarıqlar əsasında gələcək peşə fəaliyyətini seçir, öz dünyagörüşlərini inkişaf etdirirlər.
Qeyd etdiyimiz kimi, yeniyetməlik yaş dövründə əsas fəaliyyətlərdən biri də ünsiyyətdir. Yeniyetmələr öz yaşıdları ilə, böyüklərlə ünsiyyət qurarkən yiyələndiyi pedaqoji bacarıqlara söykənərək daha möhkəm, maraqlı münasibətlər qura bilərlər.
Pedaqoji baxımsızlıq olan uşaqlarda nitq inkişaf ləngiməsi, asosiallıq, psixi inkişaf ləngiməsi, davranış pozuntusu kimi halların olması qaçınılmazdır. Belə halların olmaması üçün valideynlər uşaqlarla hələ kiçik yaşlarından etibarən məşğul olmalı, sadə bilik və bacarıqları, təsəvvürləri onlara öyrətməlidir.
Yeganə Nadirova
Orvita Autizim Evinin Pedaqoqu
Mətn, uşaqların inkişafında pedaqoji bacarıqların vacibliyini çox yaxşı işıqlandırır. Düşünürəm ki, məktəbəqədər və məktəbyaşlı dövrlərdə bu bacarıqların inkişafına xüsusi diqqət yetirilməli olduğu vurğulanıb, bu da çox doğru bir yanaşmadır. Yazıda uşaqların həm psixoloji, həm də sosial inkişafını nəzərə alaraq pedaqoji biliklərin necə əhəmiyyətli olduğu aydın göstərilir. Uşaqların təlim və oyunla inkişaf etməsi barədəki fikirlər də çox yerindədir. Eyni zamanda, yeniyetməlik dövründə ünsiyyətin əhəmiyyəti də düzgün qeyd edilib, çünki bu dövrdə uşaqların sosial münasibətləri daha da formalaşır.
Mətnin fikirləri çox dəyərlidir və uşaqların inkişafı üçün nəzərə alınmalı olan vacib məqamlara toxunulub. Uşaqlara kiçik yaşlardan pedaqoji bacarıqlar öyrətmək və onların inkişafını izləmək vacibdir. Yazıda bəhs edilən oyunların və didaktik vəsaitlərin uşaqların təlimindəki rolu mənim üçün çox faydalıdır. Mənə görə, valideynlərin uşaqlarla erkən yaşlardan başlayaraq fəal şəkildə məşğul olmaları uşaqların gələcəkdəki sosial bacarıqlarını, şəxsiyyətlərini formalaşdırmaq üçün əsasdır.
Yazının psixoloji cəhətinə daha çox yer verilsə, məsələn, uşaqların davranışlarını izləyərək onlara necə yanaşmaq lazım olduğu haqqında daha çox məsləhət verilsə, yazı daha da dərinləşə bilər.