Nermine Abbasova

Nərminə Abbasova: “Mədə-bağırsaq soyuqlamasının müalicəsi üçün xüsusi bir müalicə üsulu yoxdur”

Baxış sayı: 524

Mədə-bağırsaq soyuqlaması tibdə qastroentrit adlanır. Çox vaxt mədə qripi kimi də bilinir. Adətən mədənin soyuqlaması və ya bağırsaq infeksiyaları səbəbilə meydana gəlir.

Mədə ağrısı üçün nə etməli, uşaqlarda mədə-bağırsaq soyuqlaması, müalicəsi və mədə-bağırsaq soyuqlaması əlamətləri barədə danışan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova bildirib ki, mədə-bağırsaq soyuqlaması əlamətləri arasında ürəkbulanma və ya qusma, mədə ağrısı, qızdırma və diareya yer alır.

Ailə həkimi qeyd edib ki, mədə-bağırsaq xəstəliyi zamanı adətən sıx pəhriz saxlanılmalı, asan həzm olunan qidalar qəbul edilməli, rahatlaşdırıcı bitki çayları istifadə olunmalı və bol su içilməlidir:

“Mədə-bağırsaq soyuqlaması viral qastroenterit adlanır və qripə bənzəyən simptomlarla özünü göstərir. Adətən mədənin və ya bağırsağın soyuq havaya məruz qalması, bədəndəki bəzi infeksiyalar və ya digər səbəblərdən meydana gəlir. Mədə-bağırsaq soyuqlamasının səbəbləri arasında çirkli, köhnə və ya həzm olunması çətin olan qida və içkilərin istehlakı, norovirus və ya rotavirus kimi virus və infeksiyalara yoluxma, yaxud turşulu qidaların həddindən artıq istifadəsi yer alır”.

Ailə həkimi qeyd edib ki, mədə-bağırsaq soyuqlamasının səbəbləri çirkli, köhnə və ya həzm olunması çətin qidaların həddindən artıq istifadəsi, norovirus və rotavirus kimi infeksiyalar, tualetdən çıxarkən əlləri yumamaq, bəzi qabıqlı balıqların istehlakıdır. Nərminə xanım deyir ki, mədə-bağırsaq soyuqlaması hər kəsdə ola bilər:

 

“Lakin bəzi insanlar mədə-bağırsaq soyuqlamasına qarşı daha həssasdırlar, məsələn kiçik uşaqlar, yaşlılar, immunitet sistemi zəif olanlar, isti hava. Uşaq baxım mərkəzlərində və ya ibtidai məktəblərdə olan uşaqlar mədə-bağırsaq soyuqlamasına qarşı həssasdırlar. Uşaqların immun sisteminin formalaşması üçün vaxt lazımdır.

Yetkinlərin immun sistemi zaman içində zəifləyir. Yaşlı insanların, xüsusən də qocalar evində olanların immun sistemləri zəif və sıx təmasda olduğu üçün xəstəlik riski yüksəkdir.
Əgər orqanizmin infeksiyaya qarşı müqaviməti aşağıdırsa, immun sistemi HİV-AİDS, kimyaterapiya və ya başqa bir xəstəlik nəticəsində zədələnirsə, bütün xəstəliklər kimi bu problemin də yaranma riski var. Qeyd edim ki, xüsusilə isti yay aylarında bəzi səbəblər bu problemin ortaya çıxmasına zəmin yaradır”.

Mədə-bağırsaq soyuqlamasının əlamətlərindən bəhs edən Nərminə xanım əlamətləri sadaladı – diareya, infeksiya daha şiddətli olarsa qanlı diareya, bulantı və qusma, mədədə kramp və ağrı, bəzən əzələ ağrıları və ya baş ağrıları, yüngül qızdırma, əgər diareya və qusma intensivdirsə, dərinin və ağızın quruluğu və susuzluq. Həkim deyir ki, mədə-bağırsaq soyuqlamasının müalicəsi üçün xüsusi bir müalicə üsulu yoxdur:

“Antibiotiklər bu problemə qarşı effektli nəticə göstərmir. Bu problemin həlli üçün həkimə müraciət etmək və simptomların aradan qaldırılmasına yönəlik tədbirlər görmək lazımdır. Xəstəlik adətən bir neçə gün içərisində özlüyündən yoxa çıxacaq. Mədə-bağırsaq soyuqlaması üçün faydalı qidalar var və bu qidalar mədə-bağırsaq soyuqlaması üşün faydalıdır. Mədə-bağırsaq soyuqlaması soyuq havalar, soyuq içkilər və ya yeməklərin qəbulu nəticəsində mədə nahiyəsində narahatlıq hissi, tez-tez qarın ağrısı, şişkinlik, ürəkbulanma və həzmsizlik kimi əlamətlərlə özünü göstərə bilər. Bəzi ev vasitələri və ehtiyat tədbirləri mədə soyuqluğunu müalicə etmək üçün təsirli ola bilər. Mədəni sakitləşdirmək və narahatlığı azaltmaq üçün ilıq bitki çayları, zəncəfil çayı və ya nanə çayı içmək, duzlu su ilə qarqara etmək, qarın nahiyəsinə isti su qabı qoymaq və ya rahatlaşdırıcı isti vanna qəbul etmək kimi üsullar sınaqdan keçirilə bilər. Bundan əlavə, bu dövrdə ağır yeməklərdən qaçınmaq və yüngül, asan həzm olunan qidaları qəbul etmək də mədə qripinin təsirini azalda bilər. Lakin mədə ilə bağlı ciddi və uzunmüddətli problemlər üçün həkimə müraciət etmək vacibdir. Çünki mədədə daha ciddi problemi istisna etmək və ya müalicə etmək lazım ola bilər”.

Ailə həkimi bədəndə hər xəstəliyin müddətinin fərqli olduğunu qeyd etdi. Bildirdi ki, bu baxımdan mədə-bağırsaq soyuqlamasının da neçə gün davam etdiyi sualına dəqiq cavab vermək mümkün deyil:

“Bundan əlavə, əgər şəxs simptomları gec görərsə, xəstəliyin müddəti uzana bilər. Simptomlar nə qədər tez aşkar edilərsə və tədbir görülərsə, mədə-bağırsaq soyuqlamasından qurtulmaq bir o qədər asan olar. Adətən mədə-bağırsaq soyuqlamasının simptomları bir-iki gün davam edir. Ağır hallarda, 10 günə qədər davam edə bilər.
Qeyd edim ki, mədə-bağırsaq soyuqlaması körpələrə daha çox viruslar vasitəsilə keçir. Körpələr tez-tez əllərini və maraqlandıqları əşyaları ağızlarına qoyduğu üçün ötürülmə çox vaxt ağızdan baş verir. Buna görə də körpənin əllərini və oynadığı əşyaları təmizləməyə diqqət yetirmək vacibdir. Körpənizdə mədə bağırsaq soyuqlaması əlamətləri görünməyə başlayırsa, onun bol maye qəbul etməsinə diqqət etməlisiniz. Daimi qidalanma güclü immunitet sistemi deməkdir. İmmuniteti güclü olan körpələr xəstəliklərə qarşı daha davamlı olurlar. Buna görə körpənin müntəzəm qidalanması vacibdir. Körpədə diareya müşahidə edildiyi zaman onun bol maye qəbul etməsinə və püre qidalar yeməsinə diqqət yetirilməlidir. Körpələrin immunitet sistemini gücləndirən qidalarla qidalanması müntəzəm qidalanma proqramı üçün çox vacibdir. Körpənin bir çox xəstəlikdən qorunması üçün təmasda olduğu yaşayış yerlərinin təmizliyinə diqqət yetirmək vacibdir. Körpənin əllərini tez-tez yumalı və ya onun dərisi üçün xüsusi olaraq hazırlanmış təmizləyici qulluq salfetlərindən istifadə edilməlidir”.

 

 

Körpədə və ya uşaqlarda mədə-bağırsaq soyuqlamasının əlamətlərindən bəhs edən həkim bildirdi ki, bu zaman davamlı diareya, sidiyin rənginin dəyişməsi, qarın ağrısı və kramplar, zəiflik, uzun müddət davam edən qusma şikayəti, qusma və ishal ilə müşayiət olunan qızdırma halları baş verir. Nərminə xanım qeyd etdi ki, uşaqda və ya körpədə mədə-bağırsaq soyuqlaması əlamətləri göründükdə vaxt itirmədən həkimə müraciət edilməlidir. Çünki uşaqlar və körpələr bu problemlərə qarşı həssas olduqları üçün həkim müayinəsi və müalicəsi mütləqdir.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir