Ünsiyyət insan həyatının əsas dayaqlarından biridir. Biz düşüncələrimizi, hisslərimizi və ehtiyaclarımızı məhz ünsiyyət vasitəsilə ifadə edirik. Sağlam ünsiyyət münasibətlərin inkişafına, psixoloji rifahın möhkəmlənməsinə və qarşılıqlı anlaşmaya xidmət edir. Lakin gündəlik həyatda müxtəlif ünsiyyət maneələri ilə qarşılaşmaq mümkündür. Bu maneələr vaxtında aradan qaldırılmadıqda şəxsi münasibətlərdə gərginlik yaradır, həm də insanın sosial və psixoloji inkişafına mənfi təsir göstərir.
Ən cox rast gəlinən ünsiyyət maneələri
1) Empatiya çatışmazlığı
Empatiya qarşı tərəfin hisslərini anlama və onun mövqeyinə həssas yanaşma bacarığıdır. Empatiyanın olmaması insanı yalnız öz baxış bucağından danışmağa yönəldir və münasibətlərdə anlaşılmazlıq yaradır.
2) Həddindən artıq müdaxilə və ya susmaq
Ünsiyyətdə balansın pozulması həm çox danışmaq, həm də tam susmaqla müşahidə oluna bilər. Müdaxiləçi üslub dialoqu qarşılıqlı anlaşmadan uzaqlaşdırır, susmaq isə tərəflər arasında emosional məsafə yaradır.
3) Fikirlərin aydın ifadə olunmaması
Düşüncələrin qeyri-dəqiq, dolaşıq və ya çoxmənalı ifadəsi qarışıqlıq yaradır. Bu, mesajın düzgün anlaşılmasına mane olur və münasibətlərin sağlam gedişatına təsir edir.
4) Verbal və qeyri-verbal uyğunsuzluq
İnsanın dedikləri ilə bədən dili, mimika və səs tonu arasında uyğunsuzluq olduqda qarşı tərəfdə çaşqınlıq yaranır. Məsələn, sözlərlə razılıq bildirilsə də, üz ifadəsində narazılıq əks oluna bilər.
Ünsiyyət maneələrinin həlli yolları
1) Empatiyanın inkişafı
Empatiya insanın həm şəxsi, həm də sosial həyatında ən mühüm ünsiyyət bacarıqlarından biridir. Bunun üçün:
- qarşı tərəfin hisslərinə diqqət yetirmək,
- vəziyyəti onun gözü ilə görməyə çalışmaq,
- mühakiməsiz dinləmək vacibdir.
Empatiyanı inkişaf etdirmək üçün psixoloji təlimlər, qrup müzakirələri və fərdi məşqlər faydalı ola bilər.
2) Aktiv dinləmə bacarıqları
Aktiv dinləmə sadəcə sözləri eşitmək deyil, həm də onların arxasında duran hissləri və niyyətləri anlamaqdır. Dinləyici:
- diqqətlə qulaq asmalı,
- təkrar suallar verməli,
- qısa cavablarla marağını göstərməlidir.
Bu yanaşma həm ailə, həm də iş mühitində sağlam münasibətlərin qurulmasına kömək edir.
3) Aydın və dəqiq ifadə
Fikirləri sadə və anlaşılan dildə ifadə etmək ünsiyyətin keyfiyyətini artırır. Çox mürəkkəb və çoxmənalı sözlərdən qaçmaq, hissləri konstruktiv formada paylaşmaq qarşı tərəfin düzgün anlamasına şərait yaradır.
4) Bədən dilindən düzgün istifadə
Göz kontaktı, açıq duruş, səmimi mimikalar və yumşaq səs tonu ünsiyyətin effektivliyini artırır. Bədən dili ilə verilən mesaj sözlərlə uyğun olduqda, qarşı tərəfdə etibar və rahatlıq yaranır.
5) Səbr və anlayış
Münasibətlərin sağlam inkişafı üçün tərəflərin bir-birinə hörmətlə yanaşması, fikir ayrılıqlarında emosional stabillik göstərməsi vacibdir. Səbrli yanaşma tərəfləri daha açıq, mehriban və anlaşılır edir.
Ünsiyyət maneələrinin vaxtında müəyyənləşdirilməsi və həll edilməsi həm şəxsi həyat, həm də peşəkar mühit üçün zəruridir. Empatiya, aktiv dinləmə, aydın ifadə və düzgün bədən dili insan münasibətlərini daha səmərəli edir. Bu bacarıqların inkişaf etdirilməsi psixoloji rifahı möhkəmləndirir, insanın özünü daha yaxşı dərk etməsinə və sağlam sosial əlaqələr qurmasına imkan yaradır.
Psixoloq M. Almara Ağaqızı
PRİM – Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin direktoru
(Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən “PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinə müraciət edə və ya 050 777 80 04 mobil nömrəsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər. Həmçinin @almara.melikova.aga_qizi instagram səhifəsi vasitəsi ilə də Almara xanımla kontakt yarada bilərlər.)
Unusiyyet insanin en vacib seylerindendi, her sheyin basi da budur. Empatiya olmadan hechne alinas, cunku qarshidakini anlamaq lazimdir. Baxirsan, bezen bir adam danishir, amma sen ne dediyini basha dusmursen. O zaman ya susmaq lazimdir, ya da yaxi dinləmək. Bu, sadəcə yaxin unusiyyetlerde deyil, ishde de cok vacibdi.
Bir də deyirlər ki, insan dedikləri ilə davrandığı zaman daha inandırıcı olur. Yəni, sözlərlə razılaşsan da, əgər bədən dilində başqa şeylər göstərirsənsə, bu, qarışıqlıq yaradır. Məsələn, gözlərin başqa şeylər deyirsə, üz ifadən başqa… O zaman qarşı tərəf nəyi düzgün başa düşsün?
Ünsiyyetde ən vacib şey empatiya diyesek, yanilmariq. İnsanlar bəzən başqalarının hisslərini anlamır və bu, ciddi anlaşılmazlıqlar yaradır. Məsələn, birinin pis gün keçirdiyini görüb, ona dəstək olmaq əvəzinə, sadəcə keçib gedirik. Bu da münasibətlərə zərər verir.
Bu movzu eslinde her kesin basha dushmesi gereken bir sheydir. Aydın ve deqiq danişmaq munasibetleri xeyli asanlaşdirir. Bezen insanlar cok murəkkəb cumlələr qurur, amma qarshi teref ne dediklərini anlamır. Bu, anlasılmazliğa səbəb olur.
Bu yazı cok faydalidir, cunku her gun bashimiza gelen situasiyalardir. Insanlar bezen hem danishir, hem de dedikleri ile davranişlari uygun olmur. Bu da qarshi terefdə çashqinliq yaradir. Mence, beden dilini dogru istifade etmek cok vacibdir. Cunku sozlerden cok, davranişlarimiz bashqalarini daha cok tesir edir.
Heddinden artiq susmaq da munasibetlerde ciddi gerginlik yaradir, her kes danishmaga haqqi var. Bu yazida dediyiniz kimi, eger bir teref cok danisharsa, digeri de susursa, orda hechne alinas. Mence, bu meseleni en yaxi yol – her iki terefin ortaq noqtede bir-birini dinlemesidir.
Menim de her zaman dusunduyum bir meseleydi, cunku gundeleyik heyatda bezen bashqalariyla elaqe qurarkən cok problem yaranir. Meselen, danishanda bashqasinin fikrini dinlemek cok onemlidi. Aktiv dinleme dediyimiz shey var, hechkim sadəcə qulaq asmaqla bitmez.