avtomobil

Avtomobilə qulluq üçün məsləhətlər

Baxış sayı: 1. 966

Avtomobilin ömrünü uzatmaq üçün bəzi tövsiyələrə əməl etmək lazımdır. Öz avtomobilinizin istismar kitabçasını oxuyun, bizim məsləhətlərimizlə birlikdə uzun müddət avtomobilinizdən həzz almağa davam edəcəksiniz.

1. Sınaq periodu dövründə səliqəli sürün.

2. 90 km/saatdan çox və ya istehsalçının tövsiyə etdiyi sürətdən artıq sürməyin.

3. Yedəyə alma kimi yüklənmədən çəkinin.

4. Avtomobili yerində işlək halda çox saxlamayın.

5. Tədricən, 3000 dövrədən yuxarı olmamaqla sürətlənin.

6. Svetoforlarda neytral pilləyə keçirin.

7. Şinləri qoruyun. Kəskin dönmə, çuxur, çala və səkilərdən qaçın.

8. Sükanı son uc vəziyyətlərdə saxlamayın, hidrogücləndiricinin nasosuna pis təsir edə bilər.

9. Bir neçə kiçik gəzintiləri bir böyük gəzintidə birləşdirin.

10. Yanacaqdoldurma məntəqəsində benzindaşıyan avtomobil görürsünüzsə yanacaq doldurmayın, məntəqədəki çənləri dolduran zaman çöküntülər çalxalanır ki, bu da sizin filtr və forsunkalarınızı çirkləndirə bilər.

11. Əgər qarda ilişmisinizsə səliqəli şəkildə çıxmaq və ya insanların köməyindən istifadə etmək lazımdır. Yüksək dövrələrdə qaz verməklə çoxlu istilik əmələ gəlir və bu da sürət qutusuna, ilişməyə, differensiala neqativ təsir göstərir.

12. İşəsalma açarını yüngülləşdirin. Ondan bir neçə açar asmaq lazım deyil.

13. Etibarlı sığorta şirkəti seçin.

14. Əgər avtomobili 1 aydan çox sürülmədən saxlamaq fikriniz varsa kondensatın (buxarın maye halına keçməsi nəticəsində alınan məhsul) əmələ gəlməməsi üçün yanacaq çənini doldurun.

15. Uzunmüddətli saxlama zamanı əl əyləcini turşumaması üçün işlətməyin, ən yaxşısı sürət qutusunu keçirmək və ya təkərin altına dayaq qoymaqdır.

16. Klemmanı akkumulyatordan (plüs) ayırın.

17. Kölgədə park edin, istidə ultrabənövşəyi şüalar rəngə pis təsir göstərir.

18. Əgər kölgə yoxdursa alınn şüşəsində xüsusi gümüşü örtüklərdan istifadə edin.

19. Hərdən qapıların rezin sıxaclarını xüsusilə soyuq havada silikonla təmizləyin, bu rezinlərin xidmət müddətini artmağa imkan verəcək. WD-40 kimi yağ məhsullarından istifadə etmək tövsiyə olunmur, yağ rezinləri zədələyir.

20. Yuyucu çənə su tökməyin, yalnız xüsusi maye tökün.

21. Çən boş olduqda yuyucunu işlətməyin, nasos sına bilər.

22. Damı böyük yüklə yükləməyin, istehsalçının tövsiyələrinə əməl edin. Böyük yük üçün ən yaxşı yük taksisi çağırın.

23. Baqaj və velosipedlər üçün xüsusi dayaq və qurğulardan istifadə edin.

24. Avtomobili qış havasında da periodik olaraq yuyun, qum, palçıq, duz və buz qarışığı tez korroziya əmələ gətirir.

25. Maye mumdan istifadə edin, o lak-boya örtüyünü qoruyur.

26. Şinlərdə təzyiqi nəzarət altında saxlayın.

27. Şinlərdə qalan sudan ehtiyatlı olun, o, təzyiqdə dəyişilməyə və disklərin korroziyasına gətirir, barmaqla nippeli basmaqla yoxlamaq olar, əgər barmaq yaş olursa şinmontajını dəyişin.

28. Şinlərin köhnəlməsinin eyniliyini yoxlayın. Aşınmanın eyni bərabərdə olmaması əyri disklərə, düzgün olmayan təkər mailliyinə və ya əyləclərlə problemlərə görə ola bilər.

29. Pnevmatik qaykaaçan (tapança) istifadə olunan şinmontajlara getməyin, bolt oyuğa əyri otura bilər. Avtomobil əyləndikdə isə oyuqlar necə lazımdı bərabərləşir və nəticədə təkər bağlanmamış olur.

30. Yağı özünüz dəyişirsinizsə tıxacı təmizləyin, bəzi tıxaclar metal hissəcikləri tutmaq üçün maqnitləşə bilir.

31. Yağı dəyişən zaman yağ və hava filtrini də dəyişin.

32. Yanacaq filtrini də ildə bir dəfə yoxlayın, çirklənmiş filtr dövrələrin aşağı düşməsinə və çətinliklərə gətirib çıxara bilər.

33. Qışda az qatı olan yağdan istifadə edin.

34. Şlanqları dövri olaraq yoxlayın, xüsusilə uzun yoldan qabaq. Onları sıxmağa çalışın, xırtıltı eşidirsinizsə onları dəyişməyin vaxtıdır və ya onlar çox yumşaqdır.

35. Mühərriki heç olmazsa iki ildə 1 dəfə yuyun. Təmiz mühərrik istiliyi tez itirir və kəmər daha çox xidmət edir. Ancaq yuyulmadan qabaq bütün elektrik və hava komponentlərini bağlayın. Qab-qacaq yumaq üçün mayedən və fırçadan istifadə etmək olar yaxud da peşəkar şəkildə buxarla yumaq məsləhətdir.

36. Kompressorun pərçimlənməməsi və freonun hərəkəti öz sıxlığını saxlaması üçün qışda bir neçə dəfə kondisioneri işə salın.(avtojurnal.com)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir