Ailə və qohum münasibətləri xüsusilə yeni evlənənlər üçün o qədər də asan məsələ deyil, çünki tərəflər ilk vaxtlar hansı “sərhədlərlə” qarşılaşacaqlarını bilmirlər və bunun təbii bir nəticəsi olaraq stresə məruz qalırlar. Qohumların “müdaxilələri” isə bu stresi daha da artırır. Hətta bu, bəzən tərəflər arasında fikir ayrılıqlarına belə səbəb olur. Ona görə də, tərəflər yeni qohumları ilə münasibətlərini formalaşdırarkən ilk növbədə öz ailə strukturlarına uyğun hərəkət etməlidirlər. Ancaq əgər söhbət möhkəm ailədən gedirsə, tərəflər bunun da münasibətlər üçün kafi olmadığını bilməlidirlər. Ona görə də, tərəflər yeni qohumları tərəfindən baş verən hər hansı bir müdaxiləyə (hətta bu müdaxilə onlar üçün məntiqsiz görünsə belə) heç bir sərt reaksiya verməməlidirlər. Çünki bu şəkildə baş verən hər bir reaksiyanın ailə münasibətlərində çatlara yol aça biləcəyini unutmamalıdırlar. Tərəflərin diqqət yetirməli olduqları başqa bir məsələ isə öz qərarlarını özləri qəbul etmələridir. Bunun üçün onlar hər şeydən əvvəl ailədəki təcrübəli adamların fikirlərini öyrənməli, ancaq qərar qəbul edərkən həyat yoldaşları ilə bir yerdə qərar qəbul etməlidirlər.