Liviyalı rəssam, şair, filosof Xəlil Cibranın unutmamalı olacağımız bir sözü vardır: “ Uşaqlarınız sizdən gəlmişdir, amma sizlərin malı deyil!”
Əksərən uşaqların ataları öldükdən sonra böyüdüklərini deyirlər, bu çox doğrudur. Atalarının ölümü ilə uşağın müəyyən mənada bir hissəsinin də öldüyü hissinə qapılırlar. Çünki uşaqların həyatında ata xarici dünyaya açılan körpüdür, yəni bir güc mənbəyidir. Həqiqətən də ailənin dirəyi. Qısası uşağı ayaqda tutacaq çox şeyi kəsb edir atalar.
Ata olmaq və atalıq etmək arasında fərqliliyi hamı tam olaraq görmür. Çünki biri doğuşdan verilən həyata özünəməxsusdur, digəri isə yaşanılan cəmiyyətə uyğunlaşmaq üçün formalaşdırılan bir həyatdır. Ata olubda atalıq etməyən ailələrdə ata cəmiyyəti həddindən çox önəmsəyən, hamı nə deyər düşüncəsi yüksək, özgüvəni aşağı uşaqlar yetişdirməyə meyilli olurlar. Uşağın daxili aləmi qidalanmır, həmişə kimsə nəsə deyər qorxusu olur. Özgüvəni aşağı uşaq özünün kim olduğunu tam kəşf edə bilmir, əmr almağa daha çox önəm verir, öz dəyərlərini qiymətləndirəbilmədən yaşayır. Ətrafımızdakı soyuq, bezgin, narahat və əsəbi bu insanlardır.
Həm ata olub, həm də atalıq edən şəxslərin ailələrində uşaqlar sağlam mühitdə böyümə imkanı qazanırlar. Özünə hörmət etməklə yanaşı, cəmiyyətə də hörmət sərgiləyirlər, gülərüz olmağa üstünlük verirlər.
Cəmiyyətdə 3 cür ata tipi var:
Varlığı olan ata – mənim uşaq tərbiyəsində bir rolum yoxdur. Ata olaraq çalışır, yorulur, əmək sərf edir, pul qazanır, evə gətirir və bunu əsas işləri görən anaya təslim edir və kənara çəkilir. Evin içərisindədir, ancaq əslinə qalsa tam orada deyildir, yəni ata evdə baş verən heç bir şeyə şahid deyil.
Ənənələri önəmsəyən ata – cəmiyyətin formalaşdırdığı roldur və ondan gözləntilər var. Məsələn, uşağı xərcliksiz qoymaz. Yəni düşünürlər ki Allah mənə atalığı qismət etdi, bunu dəyərləndirim. Bunu mən necə edim deyə düşünməyə başladıqda da, ona ətrafdan daima nə etmələri haqqında artıq hamı məlumat vermiş olur, məsələn, uşağı öp amma yatanda, baxanda sərt bax qorxsun, üzünə gülmə, anası “axşam atana deyəcəm” dedikdə artıq qorxsun, titrəsin və s. Bu tip atalar digər ata tipindən fərqli olaraq hadisələrə şahidlik edirlər, ancaq ümumi ənənələrə. Bu da uşağı ənənə robotu edir, hansı ki atasına bənzəmədiyi şəkildə də bəyənilmir.
Hər bir şeyi ilə ata – hər mənada uşaqla birlikdə olmaqdır, onunla dünyaya birlikdə baxıb həyatı doğru şəkildə yaşamaqdır. Bu o demək deyilki uşağı davamlı “afərin”lə böyüdüb kaprizli hala salmaq lazımdır, iki fərqli insanın birlikdə bir can olması üçün nələr edə bilməyi öyrənməkdir.
Yaxşı ata olmaq üçün:
Bizim atalar əslində tənhadırlar, çünki uşaqlarının həyatlarındakı önəmlərinin fərqində deyillər və fərqində olmamanın verdiyi “kasıblığın” həyata yansıması onları tənha edir. Buna görə də ata ilk olaraq özünə necə ata edildiyinin fərqinə varmalıdır. Öz daxili aləmini tanımalıdır. Daxilinizdəki uşağı kəşf etdikdə bunu öz övladlarınızla birlikdə dəyərləndirin. Və ən əsası dünyanı övladınızın gözü ilə də görməyi bacarmaq lazımdır.
Biz daha çox ANA CƏMİYYƏTİyik, çünki hər çətinliklərlə mübarizə aparan, sinə gərən anaların hekayələri daha çoxdur. Əsasən ata ailəyə “çörək” gətirən və davamlı da ondan bu gözlənilən, uşaqların qorxduğu, emosional baxımdan davamlı uzaq olan və uzaqlaşdırılan birisidir. Və ən önəmlisi səhv olan bir şey isə atadan qorxunun hörmət mənasıyla eyniləşdirməsidir. Uşaqlardan soruşsaq ki atan necə biridir? Əksəriyyətin cavabında döymür, ancaq qışqırıb qorxudur, ya yaxşı iş görür, gəzməyə aparır və s. Amma kimsə mənimlə bir vaxt keçirir, birlikdə bir iş görürürk deməz. Çünki əksəriyyət tam olaraq bunun fərqinə varmır ki bunlar tam olaraq atalıq deyil.
Qız və oğlan uşaqları atadan fərqli şəkildə təsirlənirlər. Qızlar əsasən atanın verdiyi güvən hissinə, oğlan uşaqları isə səbr, qərarlı olmağı, stabilliyi model götürürlər. Qızlar atalarından emosional olaraq bəslənirlər, oğlanlar isə atalarını təqlid etməyi sevirlər. Və bu da onu göstərir ki qızlar atalarından ehtiyaclarını ödəmək üçün, oğlanlar isə şəxsiyyət formalaşdırmaq üçün atalarına yönəlirlər.
Bəzən atalar uşaqlarına sadəcə maddi yardım edərək bununla hər şeyin bitdiyini düşünürlər, ancaq bu uşaqlarla maraqlanmamaq hissi həmişə həyat yoldaşı axtarışında olan bir qız övladı, iradə cəhətdən zəif, qərarlarını verməkdə çətinlik çəkən oğul böyütmüş olacaqdır.
Ana və ata arasında davamlı eyni fikirlilik olmalıdır, əgər fikirlərə əks düşüncələr uşaqların qarşısında səslənərsə və bu hörmətsizlik formasında əks olunarsa belə bir evdə böyüyən uşaqlar həm anadan, həm də atadan əksik olurlar. Məsələn, oğlan uşağı ev idarə etməyi, bir qadına necə davranmağı, problemləri necə həll etməyi atadan öyrənir. Və bu situasiyaya da ana dəstək olmalıdır. Əgər bir ana atanın atalıq etməsi zamanı atanı hörmətdən salacaq danışıqlara səbəb olursa və bu kişi rolunu özü yüklənirsə belə bir evdə oğlan uşağında həqiqətən ciddi əksikliklər olur. Analar bəzən ataların yerini doldurmağa çalışırlar, ancaq ata ananın verdiyi şəfqət hissini, ana da atanın iradə qazanma bacarıqlarını aşılaya bilməz.
Uşaq ata ilə nə qədər çox vaxt keçirirsə uşaq atadan öyrəndiklərini xarakterə çevirir. Burada vaxt keçirmək dedikdə saatlarla aparıb əyləncə mərkəzlərində olmaq demək deyil, çünki bizə lazım olan uşağın daxili aləminə təsir etməkdir. Çünki hansısa mərkəzdə uşağın tək başına oynaması, ya evdə sadəcə maşınları sürməsi və s. lə bir vasitənin istifadəsinə heç ehtiyac yoxdur. Çünki bu halda uşaq ordakı oyuncaqlardan, atraksionlardan və s. həzz alacaqdır. Uşaqla birlikdə 5 dəqiqə ərzində bir mövzu üzərində müzakirələr aparmaq daha vacibdir. Dini, dərslər, siyasət, dünya və s. haqqında söhbət mənəvi yaxınlıq kəsb etmir, bu zehni bir müzakirədir. Mənəvi yaxınlıq bir-birlərinin yanında istədikləri kimi olmaq, uşaqların özlərini rahat olduqları halda sərgilənməsinə icazə verilməsidir. Çünki uşaqlar özlərini valideynlərinin arzuladığı qəliblərə salırlar.
Atalar çox vaxt gün içərisində yekun tənqidləri və bəzən təhdidlərə sonlandırır, beləki analar gün ərzində bunu edir və ata da axşam nöqtə qoyur. Səni döyərəm, atan səni kəsər, üzümüzü qara eləmə və s. Və bu da uşağı özü olmaqdan çıxarır. Bunu edən valideynlərin qorxuları övladlarını əxlaqsız, namussuz olmaları düşüncələridir. Bu isə onun şəxsiyyətini budamağa bənzəyir, bu sözlərin yerinə onların dəyərli, insan olduğunu aşılamaq önəmlidir.
Valideynlər tam olaraq ata olaraq mən necəyəm? Övladımı tanıyırammı? Atalıq edərkən övladım üzərində hədəfim nədir? və s.kimi sualları cavablandırmalıdır.
Atalar bir düşünün axırıncı dəfə övladınızla hansısa əyləncə mərkəzinə getmədən vaxt keçirmisiniz? Ailənin atası, həqiqətənmi qoruyucusunuzmu, yoxsa övladlarınız sizdən qorxurlar? Bunu düşünün, heç vaxt gec olmayacaqdır əmin olun…