Biz uşaqların psixoloji durumunu və davranış göstəricilərini araşdırdığımız zaman müxtəlif narahatlıqlara rast gelirik.Təbii ki bizim üçün uşağın ailə daxilində və sosial cəmiyyətdəki davranışı əhəmiyyət kəsb edir.İlkin olaraq uşağın ailə daxilindəki davranış göstəricilərinə diqqət yetirdikdə hal-hazırda bütün valideyinləri narahat edən hallardan biri də odur ki,uşaq ailəni idarə etmək istəyir.Və bu zaman ailə ilə uşaq arasında olan emosional kontaktın pozulmasına gətirib çıxarır. Bu vaxt uşağın göstərdiyi hərəkətlər hər yaşa görə fərqli olur.
1 yaşında- uşaq artıq yeriməyə başlayır və az da olsa özü müstəqil hərəkət edir.Və bu zaman yeni təcrübələr qazanmağa başlayır, bu isə valideynləri narahat etməyə başlayır və ailə ilə uşaq arasında narazılıqlara gətirib çıxarır çünki valideyn uşağın bu yaş dövründəki əksər hərəkətlerinə “olmaz” deyir.
2-3 yaş dövrü- bu dövr daha çətindir.Bu dövrdə şəxsiyyət formalaşmağa başlayır bu dövrə “eqosentrizm” dövrü deyilir yeni “mən” formalaşır.Uşaq özünü mərkəzə qoyur ve hər istəyinin yerinə yetirilməsini gözləyir.Bunu deye bilərik ki, bu dövr uşağın ailəsini idarə etmək üçün istifadə etdiyi hərəkətlərin başlanğıc dövrüdür.
Uşaq ailəni necə idarə edir? Təbii ki,uşaq öz istək və arzularını ailəsindən aşırı bir tələblə istəyir.Bu zaman uşaqlarda isterik əlamətlər üzə çıxır ki ,belə uşaqlara “isterik uşaqlar”deyilir. İsterik uşaqlar ailəsinin zəif damarını bilir və onlara təsir etmək üçün bu isterik əlamətlərdən istifadə edir.Bu zaman gözləri qapalı formada qışqıraraq ağlamalar,ayaqları yerə döyməklər,özünü vurmalar ,əlindəki oyuncağı yerə çırpmaq ,ətrafdakı əşya və avadanlıqları sındırmaq kimi hallar baş verir.Bu zaman ailə uşaqla necə davranacağını bilmədiyi üçün uşağın həmin andakı istəyini yerinə yetirir və bir növ belə hallar baş verdiyi zaman ailə “məğlub” uşaq isə “qalib” olur.Belə hallar təkrarlandıqca uşaq bir növü özünün haqlı olduğunu düşünür və artıq ailəni özünə tabe edir.Əlbəttə ki, bu hallar uşağın psixoloji inkişafında və xarakterində ciddi problemlərin olmasına gətirib çıxara bilər. Bu halların baş vermə səbəbləri müxtəlif ola bilər . Bu zaman uşağın psixonevroloji inkişafına ,ailənin uşağa davranışına fikir vermək lazimdir.Təbii ki valideynlərə məsləhətimiz budur ki, hər bir uşaq individual xarakterə malik olduğu üçün uşağın hansı motivasiyada olduğunu aydınlaşdırmaq və onlara düzgün yanaşmalıdırlar.Bu zaman aşağıdakılara əməl etmək lazımdır:
1) Səs tonunuza diqqət edin, yüksək səslə danışmaq uşağı daha da aqressiv edir.Şüuraltına mənfi təsir edir.
2 )Fiziki cəza olmaz. Həmin andakı qəzəbinizi idarə edin ,uşağa qarşı istifadə olunan “vurmaq cəzası” heç də düzgün deyil.
3) Uşağınıza nümunə olun. Siz düzgün davransanız övladlarınız da sizin nümunəvi hərəkətlərinizi özü üçün bir örnək götürəcək.
4) Mütləq şəkildə uşağın müsbət davranışlarını mükafatlandırın və bir növ motivasiya metodundan istifadə edin.
5) Hərəkətlərini səbrlə və düzgün şəkildə izah edin.Hər şeyə qadağa qoymaq düzgün deyil. Nəyi, nə üçün qadağa etdiyinizi səbrlə izah edin.
6) Aqressiv və inadkar olduğu zaman istəyini yerinə yetirməyin.Qışqırmayın və ona qarşı tərs olmayın.
7) Mübahisə etməyin.Uşaq qəzəbli, gərgin,həyəcanli olduğu zaman mübahisə etməyin.
8) Ailə üzvlərinin qərarları bir olsun.Ailə üzvlərinin fikirləri bir birinə təzad təşkil etsə, biri sərt digeri yumşaq davranarsa uşaq özünə hansı serf edecekse o istiqamətə yönələcək.
9) Uşağınızın səhvlərini deyin, lakin bunu tam sakit halda izah edin.
10) Uşağınıza qarşı heç bir zaman “sən aqressiv və tərssən” kimi ifadələr işlətməyin. Bu hal uşağın daha da aqressivləşməsinə səbəb ola bilər.
Bütün bunlardan sonra ƏN ƏSASI övladinizi bir səxsiyyət kimi görüb ,qəbul edib ,ona hörmətlə yanaşın.
Ayşən Rza